Məhkəmə qərarları › İş №2(102)-5283/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5283/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5283/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(103)28/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adından Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(006)1794/2017 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdəhlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması v ə s.” tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-28/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(006)-1794/2017 nömrəli qətnaməsi həmin cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adından Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-28/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azər baycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə verildiyi və vəkilin kassasiya şikayətini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən sənəd əlavə edilmədiyi üçün kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kas sasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Kassasiya şikayətindən müəyyən olunur ki, həmin şikayət 12 avqust 2020-ci il tar ixdə cavabdehlərin adından Vəkil tərəfindən verilmişdir. Lakin iş materiallarına əlavə olunmuş Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda Vəkil verilmiş 07 fevral 2017-ci il tarixli etibarnamələrdə verilmiş səlahiyyətlərin müddəti 07 fevral 2020-ci il tarixədək müəyyən olunmuşdur. Beləliklə müəyyən olunur ki, nümayəndə (vəkil) tərəfindən kassasiya şikayəti imzalanarkən etibarnamənin müddəti bitmiş və kassasiya şikayətinə yeni etibarnamə əlavə olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, kassasiya şikayəti bunun üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 405. 0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prin sipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin əsaslandırılmış surəti cavabdehlərin ünvanına göndərilərək, 21 may 2020-ci il tarixdə Cavabdeh1 rəsmi qaydada təqdim olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adından Vəkil tərəfindən verilmiş kassasiya şikayəti isə 12 avqust 2020-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən olunmuş müddət bitdikdən 21 gün sonra Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüquq u olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasınd an asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı, qanunla müəyyən olunmuş müddət ötürü lməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(103)-28/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adından Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar