Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5285/2021 05.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ASC İddiaçı Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə, Cavabdeh1 cavabdehlər ASC İddiaçı Bankı, Cavabdeh2, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC İddiaçı Bank, Cavabdeh2 və Şəki regional “ASAN” xid mət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-261/2021 saylı iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı və iş üzrə məhkəmə icraatı 1. 4 iyul 2014-cü il tarixdə ASC İddiaçı Bankı ilə Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC İddiaçı Bankı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh1 ilə ASC İddiaçı Bankı arasında bağlanmış 7 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 4 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC İddiaçı Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X2 qar şı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddianın artırılması, azaldılması və dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Eyni zamanda iddiаçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş 07 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb оlunmа və mübahisə predmeti barəsində üçüncü şəxsi n müstəqil tələb irəli sürmələri bаrədə ərizələrini məhkəməyə göndərərək, cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı Şəki şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş 07 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və mübahisə predmeti olan yaşayış binasının geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
5. Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(075)-4/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-4/2020 saylı və 2(075)860/2020 saylı mülki işlər birləşdirilmişdir.
6. Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qərardadı ilə iddiаçı Cavabdeh1 cavabdehlər ASC İddiaçı Bankı, Cavabdeh2 və Şə ki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC İddiaçı Bankı, Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizələri baxılmamış saxlanılmışdır.
7. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 18 sentyabr 2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi ilə ASC İddiaçı Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması”, Cavabdeh1 ASC İddiaçı Bankına, Cavabdeh2, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxslər Ca vabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC İddiaçı Bankına, Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, 07 iyul 2014-cü il tarixli **********99914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan və Şəki şəhəri Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 150,5 kv.m. ümumi, 50,6 kv.m. yaşayış, 99,9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilərək ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılması, əmlaklar ın satışından əldə olunmuş vəsait hesabına 04 iyul 2014-cü il tarixli **********99914 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 14000.17 (on dörd min ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində əsas borcu, 04.07.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10442.6 (on min dörd yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, 01.06.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 100 (bir yüz) ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542.17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları borcun (qətnamə icra olunan günə manata məzənnəsi üzrə), habelə, ipoteka predmetinə tutma nın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC İddiaçı Bankının xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən iddiaçı ASC İddiaçı Bankı tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-261/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və E.Ş.Hüseynov) iddiaçı ASC İddiaçı Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Ra yon Məhkəməsinin 2(075)-4/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Qətnamədən narazı qalan iddiaçı ASC İddiaçı Bankı tərəfindən kassasiya şikayəti verilərək, Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(107)261/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və Bankın iddiasının tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3669/2021 saylı 19 may 2021-ci il tarixli qərardadı ilə (hakim İ.K.Xəlilov) iddiaçı ASC İddiaçı X4 Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qa ytarılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti qanunvericlikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 405.0.1, 408.1.4, 408.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(107)-261/2021 saylı qərardadı ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), A.M.Eyvaz ov və İ.H.Şükürov) iddiaçı ASC İddiaçı X3 Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli 2(107)-261/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması qərar alınmış, iddiaçı tərəfə qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla ümumi qaydada yenidən kassasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan SS710049268AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, ASC XalqBanka göndərilmiş Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsi 08.02.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, kassasiya şikayəti 12.04.2021-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir. İddiaçı təşkilat müddətin ötürülməməsi ilə bağlı digər sübut təqdi m etməmişdir. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 405.0.1, 408.1.4, 408.2, 408.3, 408.4, 408.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
16. İddiaçı ASC İddiaçı X5 Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(107)-261/2021 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və Bank tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(107)-261/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi bankın MPM-nin 403-cü maddəsində təsbit olunmuş kassasiya şikayəti ilə müraciət etmək hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə iclasında bankın nümayəndəsi tərəfindən poçt rabitəsi orqanının ("xxxx" sürətli poçt xidmətinin) qəbzi təqdim edilməklə məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, bank tərəfindən qətnamədən kassasiya şikayəti 06.04.2021-ci il tarixdə poçt rabitəsi orqanına verilmişdir. Poçt rabitəsi orqanı isə həmin kassasiya şikayətini apellyasiya məhkəməsində “Lətifov” soyadlı şəxsə təqdim etmişdir. Həmin məhkəmə iclasında bankın nümayəndəsi şifahi vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, həmin “Lətifov” soyadlı şəxsin məhkəmə iclasına dəvət olunaraq bu məsələnin araşdırılmasını xahiş etmişdir. Lakin, apellyasiya məhkəməsi bankın qeyd olunan vəsatətini təmin etməmiş və yuxarıda göstərilən xüsusatların doğru olub-olmadığını araşdırmadan qərarda qəbul etmişdir.
18. Kassasiya şikayəti həmçinin onunla əsaslandırılır ki, qətnamədən bank tərəfindən verilmiş kassasiya şikayətinin və ona əlavə sənədlərin apellyasiya məhkəməsinə çatdırılmasını həyata keçirmiş "xxxx" MMC-dən əldə olunmuş 14.07.2021-ci il tarixli aktda göstərilmişdir ki, ASC İddiaçı Bankı tərəfindən 06.04.2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməli olan məktubu ATLAS EKSPRESS MMC 112944 nömrəli qaimə ilə 06.04.2021-ci il tarixdə qəbul etmiş və 17.04.2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə çatdırmışdır. Həmin məktub “Lətif ov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Hesab edirlər ki, qeyd olunanlar bank tərəfindən qətnamədən kassasiya şikayətinin MPM ilə müəyyən edilmiş müddət ərzində verildiyini təsdiq edir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin xüsusi notariusu Xətai Səmədov məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün he sab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
23. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 408.1.4 Kassasiya şikayəti mü əyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
25. Maddə 416 Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. İddiaçı ASC İddiaçı X5 Məhkəməsi Mülki kollegiyasının 2(107)-261/2021 saylı iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətində qərardadı bütünlüklə mübahisələndirdiyindən qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işdə olan SS710049268AZ nömrəli poçt xəbərnaməsindən (İİİ cild, səhifə 222) görünür ki, ASC XalqBanka göndərilmiş Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsi 08.02.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır (İİİ cild, səhifə 233). Buna baxmayaraq, kassasiya şikayəti 12.04.2021-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir.
31. Kassasiya şikayətində qərardadın ləğv edilməsi əsası kimi “ATLAS EKSPRESS MMC sürətli poçt daşıması xidmətinin 14.07.2021-ci il tarixli aktına istinad edilərək, kassasiya şikayətinin şirkətə 06.04.2021-ci il tarixdə verildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin 12.04.2021-ci il tarixdə rabitə orqanına verilməsini təkzib edən mötəbər sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, kassasiya şikayətinin 06.04.2021-ci il tarixdə poçt orqanına verilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət keçdikdən sonra verilmişdir.
32. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§26).
35. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC İddiaçı Bankının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-261/2021 saylı iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.