Məhkəmə qərarları › İş №2(102)-5287/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5287/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5287/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı fərdi firmasının Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5287/22 (Açar sözlər: borcun ödənilməsi tələbi) Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2849/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “ Səma" fərdi firması ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən - “Səma" fərdi firması borc alana - Cavabdeh 20082015-ci illər ərzində nisyə olaraq un məmulatları vermiş və aralarında 250.000 manat pul borc yaranmışdır. Borc alan həmin məbləği xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. “Səma" fərdi firması tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 60 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı fərdi firmasına 250.000 manat məbləğində borcu vardır. xx.xx.2015-ci il tarixindən hal-hazıra kimi “Səma" fərdi firmasına borcu ilə əlaqədar firmanın kassasına və bank hesabına Cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı fərdi firması məhkəmədə iddia qaldıraraq, Cavabdeh 250.000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun öz xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh “Səma" fərdi firmasına 250 000 manat məbləğində borcu vardır. Həmin məbləğ 2008-2015-ci illər ərzində Cavabdeh İddiaçı fərdi firmasından aldığı un məmulatlarına görə yaranmışdır. Cavabdeh borcunu xx.xx.2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı fərdi firması dəfələrlə Cavabdeh borcunu tam şəkildə ödəməklə əlaqədar olaraq müraciət etmişdir. Cavabdeh başqa şəxslərdən almalı olduğu pulları ala bilməməsini bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırır. Lakin həmin bəhanələr cavabdehin məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. İddiaçı fərdi firması xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyi Hüquqi X3 Üzrə Bakı Bölgə Şöbəsində “Fərəh” fərdi firması kimi qeydiyyatdan keçmişdir. xx.xx.2003-cü ildə X1 Reyestrindən xx.xx.2003cü il tarixli Çıxarışa əsasən “Fərəh” fərdi firmasının adı dəyişdirilərək İddiaçı fərdi firması olmuşdur. Hal-hazırda İddiaçı fərdi firması ********** saylı VÖEN əsasən fəaliyyət göstərir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən C.Musayeva) xx.xx.2022-ci il tarixli, 2(006)-143/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya 250.000 manat məbləğində borclu olduğu işin mübahisələndirilməyən halıdır və bu hal məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öz təsdiqini tapmaqdadır. Cavabdeh borcunun müəyyən hissəsini qaytardığını bildirərək “kassa dəftəri”ni məhkəməyə təqdim etmişdir. Cavabdeh, Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən borc sənədinin özündə olmasına istinad etmiş, bununla da öhdəliyə qismən xitam verildiyinin öz təsdiqini tapdığını bildirmişdir. Məhkəmə təqdim edilən sübuta (“kassa dəftəri”nə) nəzər salaraq hesab etmişdir ki, bu dəftərin sübut qismində dəyərləndirilməsi qeyri-mümkündür. Belə ki, pulun qismən qaytarılmasını təsdiq edən yeganə sübut olan dəftərin cavabdehin sahibliyində olmasına baxmayaraq bu dəftərdə cavabdehin və ya iddiaçının adı qeyd olunmamış, qeydlərə əsasən isə hansı müqavilə üzrə və kim tərəfindən ödənişlərin həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki Mülki Məcəllənin 529.7-ci maddəsinin tələblərinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

7. Qeyd edilən qeyri-müəyyənlikləri aydınlaşdırmaq məqsədi ilə məhkəmə tərəfindən sənəddə əks olunan imzanın məxsus olduğu X2 şahid qismində dindirilmişdir. Şahidin verdiyi ifadəyə əsasən cavabdehin məhkəməyə sübut qismində təqdim etdiyi dəftərdə qeyd olunan imzaların ona məxsus olduğu, lakin dəftərin cavabdehə aidiyyəti olmadığı müəyyən edilmişdir.

8. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etdiyi sənəd “kassa dəftəri” qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, bu dəftər borcun qismən qaytarıldığını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

9. Məhkəmə qeyd etmişdir ki, qanunun tələblərinə və öhdəliyin şərtlərinə tam cavab verən icranı qəbul edən kreditor borclunun tələbi ilə icranın həcminə müvafiq olaraq onu tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Belə sənədin verilməsi borclunun tələbindən asılıdır. Cavabdehin öhdəliyin icrasına yönəlmiş hərəkətlərini ciddi hesabat blankı olan ödəniş qəbzlərinin tərtib edilməsi ilə təsdiq etmək hüququndan lazımi qaydada istifadə etməməsini məhkəmə mübahisə predmeti olan ödənişlərin həyata keçirilmədiyinə dəlalət edən hallar kimi qiymətlənd irmişdir.

10. Öhdəliyin qismən icrasını təsdiq edən borc sənədi məhkəmə tərəfindən sübut qismində qəbul edilmədiyindən, cavabdeh öhdəliyi icra etdiyini başqa sübut vasitəsilə təsdiq edə bilmədiyindən, məhkəmə onun öhdəliyi icra etmədiyi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, borc olaraq verilmiş pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir.

11. Beləliklə, cavabdehlər müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 529.3, 739.1, 741, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1.2, 1.4, 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın 150.000 manat hissəsində rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Firmaya olan 250.000 manat borcdan 150.000 manatı ödəyib. Bu hal Rayon Məhkəməsinə təqdim etdiyi "xxxx" ilə təsdiq edilir. Belə ki, o, borcu hissə-hissə Firmanın mühasibatlığına şəxsən, bir neçə dəfə isə tanışı olan Ədalətin vasitəsi ilə ödəyən zaman həmin dəftər Firmanın mühasibi Sevda Qələndərova təqdim edilmiş, sonuncu isə qəbul etdiyi məbləğ barədə dəftərə imza etmişdir. Ədalətin ona borcu var idi və ona olan borcun ödənilməsi məqsədi ilə onun adından Firma ya bir neçə dəfə ödəniş etmişdir. Buna görə də hesab edir ki, Rayon Məhkəməsi iddia tələbini tam təmin etməklə işin hallarına və təqdim edilmiş sübutlara cavab verməyən nəticəyə gəlmişdir. Çünki borcun ödənilməsinin üçüncü şəxsin vasitəsi ilə həyata keçirilməsi və bunun adı dəftərdə qeyd edilməsi qanunla qadağan edilməyib. Yəni sübut, hazırki halda – “dəftər” əgər cavabdehdədirsə və cavabdeh onu məhkəməyə təqdim edirsə, artıq həmin sübutun cavabdehə aid olması işin mübahisəsiz halıdır. Həmin dəftərdə ad yazılamasından asılı olmayaraq həmin dəftər bir mənalı olaraq cavabdehə aid olan sübut kimi qəbul edilməlidir. Bundan başqa Rayon Məhkəməsi borcun əvəzi olaraq tutulmalı olan 250.000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulmasını qət etsə də, cəmi tutulmalı o lan məbləği 280.000 manat müəyyən etməklə iddia tələbindən kənara çıxmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-2849/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı Fərdi Firmasının xeyrinə tutulmalı olan cəmi məbləğin 250.030 manat olması müəyyən edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsi, yəni iddianın təmin edilməsi, tərəflər arasında unun alış-verişi ilə bağlı yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Fərdi Firmasının xeyrinə 250.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin sübut kimi məhkəmələrə təqdim etdiyi “borc dəftərinin” başqa şəxsə deyil məhz cavabdehə məxsus olması qəbul edilsə də, belə borcun (tam və ya qismən) ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki ödəniş nağd qaydada həyata keçirilmişdirsə bu halı “kassa mədaxil orderi”, əgər hesablaşma yolu ilə həyata keçirilmişdi rsə “ödəniş tapşırığı formasında” olmalıdır.

17. Hər iki halda ödənişin edildiyini təsdiq edən sənədin bir hissəsi ödənişi həyata keçirən cavabdehdə, digər hissəsi isə ödənişin kassasına, yaxud hesablaşma hesabına edildiyi iddiaçı Firmada qalmalıdır. Lakin cavabdeh bu kimi sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

18. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsində açıq hesab səhvinə yol verərək həmin məbləği (250.000 manat + 30 manat) 250.030 manat göstərmək əvəzinə 280.000 manat kimi göstərmişdir.

19. Qətnamədə yol verilmiş açıq hesab səhvinin birinci instansiya məhkəməsinin özü tərəfindən aradan qaldırılması qaydası nəzərdə tu tulsa da, birinci instansiya məhkəməsi bunu etməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, həmin açıq hesab səhvi apellyasiya qaydasında, yəni qətnamənin qismən, yəni cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsinin ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin 250.030 manat məbləğində müəyyən edilməsi barədə qət edilməklə aradan qaldırılmalıdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1, 425.1, 442, 448, 567, 600, 601.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın 150.000 manat hissəsində rəd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsini səhv təsfir etmişdir. Qeyd edilən qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan və VOEN-i olan fiziki şəxsə aiddir. Cavabdehin sahibkar statusu yoxdur. Yəni cavabdehin borcun ödənişi ilə bağlı təqdim etdiyi sübut qəbul edilməli və məhkəmə tərəfindən qiymət verilməli idi.

24. Kassa dəftərində Ədalət adının yazılması o dəftərin ədalətə aid olması demək deyil. İddiaçının həmin dəftərin Ədalətə aiddir dəməsi məhkəmə üçün sübut ola bilməz. Cavabdehin ödənişlətinin üçüncü şəxs tərəfindən ödənilməsi qanunvericili klə qadağan edilməmişdir. Yəni dəftər əgər cavabdehdədirsə və cavabdeh məhkəməyə təqdim edirsə, artıq həmin sübutun cavabdehə aid olması işin mübahisəsiz halıdır.

25. Məhkəmə şahidin ifadəsini düzgün dəyərləndirməmiş, iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsindəki ifadəsini nəzərə almamış, iş üçün əhəmiyyət kəsb edən şahidləri məhkəməyə dəvət etmədən qərar qəbul etmişdir.

26. Yeni sübutlar o halda apellyasiya instansiya məhkəməsinə təqdim edilə bilər ki, tərəfin həmin sübutun birinci instansiya məhkəməsində təqdim etmək imkanı olmasın. Belə ki, cavabdehin ödənişlərin edildiyi dəftərin ona aid olmasını təsdiq edəcək şahidləri məhkəməyə təqdim etmə imkanı olmamışdır.

27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1, 433.3, 529.7, Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 88, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgə r mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kollegiya bildirir ki, sübutları ara şdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

24. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya ş ikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2849/2022 nömrəli mülki iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar