Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5288/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5288/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2342/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 14R000010205 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2262.22 ABŞ Dolları məbləğində kredit borcu, 2643.65 ABŞ Dolları məbləğində faiz borcu və 813.15 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5719.02 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüs umunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.05.2012-ci il tarixli 14L000002036 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.08.2014-cü il tarixli 14R000010205 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imz aladıqları 23.09.2015-ci il tarixli 14R000010205S saylı, 30.03.2016-cı il tarixli 14R000010205SA saylı, 27.09.2016-cı il tarixli 14R000010205SB saylı, 16.10.2017-ci il tarixli 14R000010205SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.05.2019-cu il tarixdən banka qaytarmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 oktyabr 2020-ci il tarixli 2(010)-3039/2020 nömrəli qətnaməsi ilə (hakim – Anar Qasımov) iddia qismən təmin edilərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2262.22 ABŞ Dolları məb ləğində kredit borcu, 2356.1 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4638,32 ABŞ Dolları məbləğində (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borcun və 20 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 25.08.2014-cü il tarixli 14R000010205 saylı Kredit razılaşması bağlayarkən götürdüyü öhdəlikləri pozmuş vəhəmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla belə, iddiaçı cavabdehdən iddia tələbində kredit müqaviləsi üzrə f aiz məbləğini kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə məhkəməyə iddia ilə müraciət edildiyi tarixədək tələb edir. Məhkəmə isə iddiaçının kredit müddətinin bitməsindən sonra də eyni faiz dərəcəsi ilə əsas borca faizlərin hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi»nə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd etmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını v ə müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsinin qərarında həmçinin göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə üzrə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməm əsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb e də bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzini n ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Göründüyü kimi, qeyd olunan qərarda kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə qeyd etməyi zərurui hesab edir ki, tərəflər arasında kredit müqaviləsi 28 oktyabr 2015-ci il tarixdə 36 ay müddətinə bağlanılmış və 28 oktyabr 2018-ci il tarixdən etibarən artıq tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitmişdir. Bu isə ona dəlalət edir ki, həmin müqavilə ilə müəyyən edilmiş 28 oktyabr 2018ci il tarix həmin kredit müqaviləsi üzrə yekun mülki məsuliyyətinin həddidir. Məhkəmə baxışında təqdim olunmuş maliyyə arayışından görünür ki, müqavilənin bitmə tarixinə, yəni 12 noyabr 2019-cu il tarixədək faiz borcu 2356,1 ABŞ dolları təşkil edir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehdən əsas məbləğ üzrə 2262.22 ABŞ dolları, faiz borcuna görə isə müqavilənin bitmə tarixinə hesablanmış 2037,57 ABŞ dolları tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 5 manat məbləğinə qədər azaldılmalı dır. Beləliklə məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 439.1, 442, 443.1, 445.2.1, 448.1, 470.1, 472.2, 474.2, 467, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1, 113.1, 119.1 -ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi»nə dair 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-2342/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3039/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh4 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinni həmin hissədə Cavabdeh4 münasibətdə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işdə olan 25.08.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2012-ci il tarixli (120 ay müddətinə 10 0000 ABŞ dolları kredit verilməsi) kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsini öz üzərinə götürmüşdür. Bundan sonra həmin tərəflər arasında 25 avqust 2014-cü il tarixli (24 ay müddətinə 12000 ABŞ dolları) kredit razılaşması imzalanarkən Cavabdeh4 ondan irəli gələn öhdəliklər üçün nəinki zamin durmamış, həmin razılaşmadan, ümumiyyətlə, məlumatı olmamışdır. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə k imi çıxış edir. Kollegiya qeyd edir ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verərək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə zaminlik müqaviləsində belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikd ə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, Kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əks olunmuş hüquqi mövqeyi və həmin Qərarlarda şərh edilmiş qanunvericilik normalarının hüquqi mənasını nəzərə alaraq belə qənaətə gəlir ki, müvafiq şərtlərin (faiz dərəcəsi, müddət, valyuta, məbləğ və s.) müqavilədə göstərilməməsi və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Kollegiya m ülki iş materiallarında olan 25 avqust 2014-cü il tarixli zaminlik müqaviləsini nəzərdən keçirərək qeyd edir ki, həmin müqaviləyə əsasən Cavabdeh4 04 may 2012-ci il tarixli (120 ay müddətinə 100000 ABŞ dolları kredit verilməsi) kredit müqaviləsinin şərtlərini qəbul edərək Cavabdeh1 zamin durmuş, sonradan idiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2014-cü il tarixli (24 ay müddətinə 12000 ABŞ dolları) kredit razılaşmasından və yeni şərtlərdən, ümumiyyətlə, xəbəri olmamışdır ki, bu halda, o, zamin kimi kreditor qarşısında məsuliyyət daşıya bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı QSC (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh4 aid hissədə də təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakİ Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi düzgün tətbiq edilməmiş, nəticədə pozuntuya yol verilmiş, həmçinin “kredit xətti” müqaviləsinə və onun əsasında bağlanmış “kredit razılaşması”na düzgün hüquqi qiymət verilməyərək yanlış nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri il ə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında “kredit xətti” müqaviləsinin və “kredit razılaşması”nın anlayışı verilmişdir. Həmin Qərarın hüquqi mövqeyinə görə kredit razılaşması kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Apelyasiya məhkəməsi kredit razılaşmasına ayrılıqda qiymət verərək yanlış nəticəyə gəlmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı QSC-nin vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərt lər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə zaminlərə aid hissədə mübahisələndirildiyindən məhkəmə aktı yalnız həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin zaminliyə xitam verilməsinin əsassızlığı ilə əlaqədar dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, iddiaçı kasasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərar ına istinad edərək, həmin Qərarın hüquqi mövqeyinə görə kredit razılaşmasının kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olmasını, apelyasiya kollegiyasının düzgün qənaətə gəlmədiyini bildirsə də, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, Cavabdeh4 04 may 2012-ci il tarixli (120 ay müddətinə 100000 ABŞ dolları kredit verilməsi) kredit müqaviləsinin şərtlərini qəbul edərək Cavabdeh1 zamin durmuş, sonradan idiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 20 14-cü il tarixli (24 ay müddətinə 12000 ABŞ dolları) kredit razılaşmasından və yeni şərtlərdən, ümumiyyətlə, xəbəri olmamışdır ki, bu halda, o, zamin kimi kreditor qarşısında məsuliyyət daşıya bilməz. Belə olan halda apelyasiya kollegiyası mübahisələndirilən hissə üzrə düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2342/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.