Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-529/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) 24.02.2021 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1820/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixdə 5 sa ylı “ASAN Xidmət” mərkəzindəki notariat kontorunda təsdiqlənmiş kredit müqaviləsinə əsasən, Baharov X2 oğluna xx.xx.2015-ci ilədək qaytarmaq şərtilə 300.000 manat borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 300.000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 9750 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 15.000 manat məbləğində əldən çıxmış faydanın, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 164.250 manat cərimənin, 10.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 499.041 manat pulun onun xeyrinə tutu lması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borc məbləği xx.xx.2015-ci il tarixdən başlayaraq qaytarılmalı idi. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə iddiaçıdan aldığı borc pulu bu günə kimi qaytarmamışdır, göründüyü kimi, cavabdeh iddiaçını aldatmış, onun əmlakını mənimsəmişdir. İddiaçı hazırda cavabdehin qanunsuz sahibliyində olan əmlakını, yəni 300.000 manat pulunu tələb edir, cavabdehdən pulunu dəfələrlə tələb etmiş, cavabdeh pulu ödəməkdən yayınmış, pulu verəcəyini bildirsə də bu günə qədər verməmişdir. İddiaçının cavabdehdən borc pulu almaq cəhdləri baş tutmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, h esab edir ki, 300.000 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsinin 1-ci bəndində göstərilir ki, borc alan götürdüyü krediti müqavilədə göstərilən müddətdə qaytarmazsa, hər bir günə görə “borc verən”ə 0,15% miqdarında ödəyir. Göründüyü kimi müqaviləyə əsasən cavabdeh iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci ilədək 300.000 x 0,15% = 450 (1 günə), cəmisi 450 x 365=164 250 hesablanmış cərimə də ödənilməlidir. Ona görə də, onlara vaxtında işlədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş 164.250 manat cərimə də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Əgər iddiaçı həmin məbləği keçən ərzində banka depozit hesabına qoysaydı xeyli miqd arda gəlir əldə edə bilərdi. İddia ərizəsinə əlavə olunmuş mərkəzi bankın rəsmi internet səhifəsinin çıxarışdan müəyyən ki, bank uçot dərəcəsi xx.xx.2014-cü il tarixində 3.5 %, xx.xx.2015-ci il tarixində isə 3 faiz olmuşdur. 2014-2015-ci illərə görə orta faiz dərəcəsi 3.25 % olmuşdur. Ona görə borc ödənilmədiyi üçün cavabdehdən hesablanmış illik 3,25 faiz bank uçot dərəcəsi kimi 9750 manat pul da tutularaq iddiaçıya ödənilməlidir. Hesab edir ki, 300.000 manat pul üçün illik yəni 15 000 manat (300 000 x 5%) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə cavabdeh iddiaçının pulunu qaytarmamaqla və onu aldatmaqla iddiaçının əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur ki, iddiaçıya 10.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Belə ki, 30 0.000 manat böyük məbləğdə puldur və həmin məbləğin iddiaçıya vaxtında qaytarılmaması iddiaçını çətin vəziyyətə salmışdır. Belə ki, iddiaçı həmin pula bəzi təsərrüfat və sair xərclərini ödəmək istəmiş, lakin cavabdehin həmin pulu qaytarmaması nəticəsində bu mümkün olmamışdır. İddiaçı cavabdehə verdiyi borc pulu ala bilmədiyi üçün iddiaçı əsəb sarsıntısı keçirmiş, səhhəti pisləşmişdir. Odur ki, iddiaçı məcburiyyət qarşısında qalaraq başqa şəxslərdən borc almışdır. Göründüyü kimi, cavabdeh iddiaçını həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətdə qoymuşdur. Ona görə də cavabdeh tərəfindən iddiaçıya vurulmuş həmin 10.000 manat mənəvi zərər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxxx 2016-cı il tarixli, 2(005)1070/201 6 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan müqavilənin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə Cavabdeh ərizəsi əsasında qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
7. İddiaçı, tələbin həcminin artırılması barədə ərizə verərək Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 300.000 manat məbləğində əsas borcun, həmin müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 301.500 manat məbləğində pulu, hesablanmış 21.420 manat məbləğində bank uçot dərəcəsinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 30.000 manat məbləğində əldən çıxmış faydanın, 10.000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 662.961 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli iclasında bildirmişdir ki, o, iddiaçıdan 300.000 manat pul götürüb 350.000 manat qaytarmalı idi. Lakin sonuncu məbləği qəbul etmir, vaxtında olmasa da ödənişlər etmişdir. Borcdan 100.000 manat məbləğində hissəni qaytarmışdır. “xxxx MTK”-dakı əmlakı iddiaçının adına keçirmişlər. Borcunu ödəmək fikri var, sadəcə olaraq müflis vəziyyətindədir. Bundan əlavə, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli iclasında bildirmişdir ki, borcun 100.000 manat hissəsi qaytarılıb, iddianın 200.000 manat hissəsini qəbul edirlər. İddia tələbinin mənəvi zərərlə bağlı heç bir sənəd təqdim olunmayıb və əldən çıxmış fayda görünmür.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxxxx 2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 300.000 manat məbləğində əsas borc, bank uçot dərəcəsi kimi hesablanmış 21420 manat pul, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 3000 manat cərimə, 30 manat dövlət rüsumu, 11 manat məhkəmə xərci, cəmi 324.461 manat pul İddiaçı xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh bu günədək borcu ödəməməklə öhdəliklərini lazımınca icra e tməmişdir. Məhkəmə iclasında cavabdeh həmin borcun bir hissəsini ödədiyini, həmçinin borca görə əmlakın girov qoyulduğunu bildirsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1820/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə Baharov X2 oğluna xx.xx.2015- ci il müddətinədək 300.000 manat borc vermişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin çoxmərtəbəli yaşayış binasında qeyri-yaşayış sahəsinin satışı haqqında xx.xx.2007-ci il tarixli müqavilə ilə ümumi sahəsi 166,50 kv.m olan qeyri-yaşayış sahəsi Fehruzə Ömərovaya satılmışdır. Fehruzə Ömərovanın “xxxx” MMC-yə ünvanladığı ərizədən görünür ki, F.Ömərova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh İddiaçı olan 300.000 manat borcunun əvəzində İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1536/2019 saylı qərardadı ilə İddiaçı “xxxx” MTK-ya qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziya nın ödənilməsi” tələbinə dair mülki işə tərəflər arasında bağlanmış barışıq müqaviləsinin təstiqlənməsi ilə xitam verilmişdir. Həmin barışıq müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində saxlanılmışdır. Cavabdehin iddiaçıya olan borcu “xxxx” MTK tərəfindən iddiaçıya verilmiş həmin qeyri-yaşayış sahəsi ilə əvəzləşdirildiyindən cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi qalmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən tam hərtərəfli və obyektiv araşdırma aparmadan işin həqiqi hallarının müəyyən edilməsi üçün düzgün araşdırma aparmamış, iş üzrə gəldiyi nəticəni ancaq cavabdehin iddiaçıya borcun qaytarılmasını təsdiq edilməsini qanunvericilikdə nəzərdə tutulmuş sübutlara deyil, yalnız cavabdehin heç bir sübuta söykənməyən izahatına əsaslanmışdır. Halbuki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, birinci mərtəbəsində yerləşən 167 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin və “xxxx” MTK-nın cavabdehə heç bir aidiyyəti yoxdur. İş materiallarında bu halı təsdiq edəcək hər hansı bir sübut yoxdur. Məhkəmə i ş materiallarında sübut olmadığı halda mülahizələr əsasında bu halı müəyyən edə bilməzdi. Belə ki, cavabdeh tərəfindən bu hal məhkəmə iclasında təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi ümumiyyətlə nəyə əsasən apellyasiya şikayətinin təmin edilməsi qənaətinə gəlməsini qətnamədə göstərməmişdir. “xxxx” MTK tərəfindən iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin cavabdehə və məhkəmə mübahisəsinə heç bir aidiyyəti yoxdur. Həmin əmlakın cavabdeh tərəfindən İddiaçı verilməmişdir. Sözügedən əmlak cavabdeh tərəfindən İddiaçı xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun əvəzləşdirilməsi üçün verilməmiş və həmin əvəzləşdirməni təsdiq edən hər hansı sənəd və sübut təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
20. Maddə 445.7. Borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
22. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsin ə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə
416. K assasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çün ki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc münasibətləri vardır. Belə ki, iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə cavabdehə xx.xx.2015-ci ilədək qaytarmaq şərtilə 300.000 manat məbləğində borc vermişdir.
33. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilə bilər (§ 23).
34. Normanın məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Başqa sözlə, borc məbləğinin borc alana verilməsi təsd iqləndikdən sonra borc alan, kreditor qarşısında borclanır və borcunu qaytarmaq öhdəliyi meydana gəlir. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır.
35. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehə notarial kredit müqaviləsi ilə 300.000 manat pulun verildiyi mübahisəsiz olduğu üçün həmin borcun qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə aiddir. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 24).
36. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
37. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi ilə cavabdehin iddiaçıya olan borcu ödənilmişdir. Yəni, borc həmin daşınma z əşya ilə əvəzləşdirildiyindən cavabdehin iddiaçı qarşısında öhdəliyi qalmamışdır.
38. Kollegiya aşağıdakılara əsasən apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmır.
39. Belə ki, iş materiallarında sözügedən qeyri-yaşayış sahəsinin “xxxx” MMC tərəfindən X1 dair xx.xx.2007-ci il tarixli müqavilənin, habelə dəyəri 835.000 kimi qeyd olunan qeyri-yaşayış sahəsinin İddiaçı adına keçirilməsi barədə F.Ömərovanın ərizəsinin surətləri vardır. Həmin ərizədə F.Ömərova, oğlu Elnur Xasiyevin dostu Cavabdeh İddiaçı olan 300.000 manat borc müqaviləsi bağlamasını da qeyd etmişdir.
40. Bununla belə Kollegiya hesab edir ki, qeyd edilən sənədlərin surəti bu iş üzrə borcun əvəzləşdirilməsi qənaətinə gəlmək üçün əsas ola bilməz.
41. Ona görə ki, əvvəla, qeyri-yaşayış sahəsi xx.xx.2014-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. Sahə ilə bağlı adları çəkilən tərəflər arasında məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiqlənməklə xitam verilmişdir. Sazişə əsasən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində qalması “xxxx” MMC tərəfindən tanınmışdır. Lakin nə barışıq sazişində, nə də məhkəmə qərarında sözügedən sahənin iddiaçıya məhz bu iş üzrə kredit borcunun əvəzində verilməsi haqqında məlumat yoxdur. Əksinə məhkəmə qərarından görünür ki, “xxxx” MMC, daha əvvəl (xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən) Fehruzə Ömərovaya məxsus olmuş qeyri yaşayış sahəsinin oğlu X4 Baharova olan 835.000 manat borcunun müqabilində sonuncunun adına rəsmiləşdirildiyini bildirmişdir. Ca vabdeh tərəf hansı səbəbdən barışıq sazişində və məhkəmə qərarında özünün adına və borcuna istinad olunmamasını izah edə bilməmişdir.
42. İkincisi, qeyri-yaşayış sahəsinin dəyəri Fehruzə Ömrəovanın müqaviləsində 14.000 manat, həmin sahə Cavabdeh borcuna görə iddiaçıya verildikdə isə 835.000 manat göstərilmişdir. Bu məbləğlər arasındakı əhəmiyyətli fərqin səbəbi, hətta daşınmaz əşyanın həqiqi qiyməti 835.000 manat olsa belə, onun hansı səbəbdən təxminən üç dəfə aşağı məbləğdə olan 300.000 manatlıq borcun əvəzində iddiaçıya verilməsi aydınlaşdırılmamışdır. Üstəlik cavabdeh rayon məhkəməsində iddiaçıya əlavə olaraq 100.000 manat da ödədiyini bildirmişdir.
43. Üçüncüsü, əgər Cavabdeh 300.000 manatlıq borcu Fehruzə Ömərovanın ərizəsi ilə İddiaçı qeyri-yaşayış sahəsi verilməklə ödənilirdisə hans ı səbəbdən kreditor İddiaçı öhdəliyin tam icrasına dair sənəd alınmaması, əksinə Cavabdeh 300.000 manatlıq borc almasına dair İddiaçı notarial kredit müqaviləsi verməsi ağlabatan dəlillərlə izah olunmamışdır.
44. Dördüncüsü, əgər cavabdehin borcu sözügedən qeyri-yaşayış sahəsinin 2014-cü ildə iddiaçıya verilməsi ilə (əvəzləşdirilməklə) ödənilmişdisə, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin xx.xx.2016-cı ildə verdiyi izahatında iddia tələbini 200.000 manat hissədə qəbul etməsinin səbəbi aydınlaşdırılmamış, həmin etirafa lazımi hüquqi qiymət verilməmişdir.
45. Kollegiya, qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə u yğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 25-27).
46. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla əlavə araşdırma aparılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1820/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.