Məhkəmə qərarları › İş №2(102)-529/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-529/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-529/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5306/2023 nömrəli iş üzrə 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcverən borcalana 150.000 ABŞ dolları həmin vaxt manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat) 235500 manat məbləğində pul borc verir, borcalan isə krediti 3 il 9 ay müddətinə - 17 noyabr 2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürüb. Borc məbləği borcalan tərəfindən hər üç aydan bir 10000 ABŞ dolları, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat)15700 manat qaytarmaq şərtilə götürülür. 2. 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cavabdeh müraciəti ə sasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

3. Cavabdeh 21 yanvar 2023-cü ildə yazdığı əlyazma ilə İddiaçı 150.000 ABŞ dolları (235.500 manat) pul götürməsini, bu puldan 38050 manat ödədiyini, 197.450 manat borcu qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini, axırıncı ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğunu təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 197450 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 488 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, almış olduğu borcu kredit müqaviləsində göstərilən forma və məzmunda icra etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə qaytarmalı olduğu borcun bir hissəsini, yəni 2016-cı il üzrə - noyabr 2016 -1000 manat, dekabr 2016- 500 manat, 2017-ci il üzrə - yanvar 2017-300 manat,fevral 2017-500 manat, mart 2017- 650 manat, aprel 2017-700 manat, may 2017-300 manat, iyun 2017-300 manat, avqust 2017400 manat, sentyabr 2017-500 manat, oktyabr 2017-600 manat, noyabr 2017-600 manat, dekabr 2017-600 manat, 2018-ci il üzrə - 17 fevral 2018-300 manat, 25 fevral 2018-400 manat, 16 mart 2018 - 200 manat, 05 aprel 2018-500 manat, 23 may 2018-300 manat, 02 iyul 2018-500 manat, avqust 2018-500 manat, sentyabr 2018-600 manat, oktyabr 2018300 manat, noyabr 2018-1000 manat, 2019-cu il üzrə - yanvar 2019- 400 manat, mart 2019-500 manat, may 2019- 400 manat, iyun 2019-300 manat, iyul 2019- 700 manat, sentyabr 2019-500 manat, oktyabr 2019-600 manat, dekabr 2019-1200 manat, 2020-ci il üzrə yanvar 2020-800 manat, fevral 2020-500+500=1000 manat, 20 mart 2020- 300 manat, 28 aprel 2020-400 manat, 21 may 2020-500 manat, 25 may 2020-500 manat, 15 iyun 2020-500 manat, 13 iyul 2020-500 manat, 22 avqust 2020-500 manat, 05 oktyabr 2020-500 manat, 24 oktyabr 2020-700 manat, 26 noyabr 2020-1200 manat 2021-ci il üzrə - 24 yanvar 2021-700 manat, 26 fevral 2021-700 manat, 16 mart 2021-500 manat,19 may 2021-500 manat, 09 iyul 2021-700 manat, 03 avqust 2021-600 manat, 28 avqust 2021700 manat, 25 sentyabr 2021-700 manat, 28 oktyabr 2021-700 manat, 26 noyabr 2021700 manat, 2022-ci il üzrə 05 yanvar 2022-700 mana t, 29 yanvar 2022-500 manat, 26 fevral 2022-700 manat, 28 mart 2022-700 manat, 15 aprel 2022-400 manat, 27 aprel 2022-300 manat, 06 may 2022-300 manat, 18 may 2022-200 manat, 01 iyun 2022-300 manat, 12 iyun 2022-200 manat, 06 iyul 2022-500 manat, 16 avqust 2022-700 manat, 17 sentyabr 2022-500 manat, 22 oktyabr 2022-500 manat, 15 noyabr 2022-400 manat, 05 dekabr 2022-300 manat, 28 dekabr 2022-200 manat, 2023-cü il üzrə 19 yanvar 2023-700 manat miqdarda geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh ilə borc verən İddiaçı arasında borcun son qalıq miqdarının dəqiqləşdirilməsinə dair iki tərəfli akt tərtib olunmuşdur. Həmin aktla borc alan Cavabdeh bir daha 235500 manat borcu olduğunu bildirmiş və eyni zamanda sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olmaqla ödəniş e tdiyini, xx.xx.2023- cü il tarixə yekun olaraq 197450 manat borcunun qaldığını etiraf etmişdir. Tərəflər arasında bağlanmış bu akt borc alan Cavabdeh və borc verən İddiaçı qarşılıqlı imzaları ilə bir daha təsdiq olunmuşdur.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi, iddia müddətini ötürdüyünə görə təmin olunmaması, bununla bağlı qəbul olunmuş müvəqqəti təminat tədbirinin ləğv olunması və İddiaçı Cavabdeh almış olduğu 51650 manat pul vəsaitinin, 245 manat dövlət rüsumu və 100 manat müdafiə xərclərinə görə sərf etdiyi pul vəsaitlərinin Cavabdeh qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünva n 1 ünvanında yaşayan İddiaçı uzun illərdir ki, onunla dostluq edən şəxs olmuşdur. İddiaçı ilə 2013-cu ildən birgə kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Həmin illərdə Cavabdeh Xətai rayonunda kafe (təndir evi ) və Düşpərə sexini işlətmişdir. İlkin fəaliyyətə başladığı dövrdə Fərid ona 50.000 manat və 100 (yüz min) ABŞ dolları dəyərində onda ABŞ dolları 78 qəpiyə olduğundan 78.000 manat pul vəsaitini (ümumilikdə 128.000 manat) işləməklə ona faizlə pulu ödəməyini təklif etdiyinə görə onunla razılaşmışdır. 2016-cı ilə qədər olan müddətdə o, Fəridə əvvəllər hər ayda 6-7, sonra isə 10-15 min manat pul ödəməklə ümumilikdə ona 330.000 manat pul qaytarmışdır. Ondan sonra kafe fəaliyyətini ziyana işlədiyinə görə dayandırmışdır. Fəridə aldığı pulla bağlı faiz verməyi qurtarmaqla bu söhbətə də s on qoyulmuşdur. 2016-cı ilin fevral ayında Fərid ona pis vəziyyətdə olduğunu, dayısının evini Banka girov qoyaraq 150.000 ABŞ dolları götürüb həmin pulla kommersiya işlərini görsə də, fəaliyyəti uğursuz alındığından pulları itirdiyini və ziyana düşdüyünü, dayısının isə həmin pulları istədiyini bildirmişdir. Ona kömək etməyini xahiş etməklə dayısını inandırmaq istəmişdir ki, pulları iş görmək üçün qoymuşdur. Rasim buna görə nə etməli və ona necə kömək edə biləcəyini soruşduqda Fərid onunla birlikdə notariusa gedib kredit müqaviləsini (borca pul almağı barədə) bağlamağını, həmin müqaviləni isə dayısına göstərməklə, onu inandırmaq istədiyini bildirmişdir. Rasim Fəridlə dost olduğuna görə ona kömək etmək qənaətinə gəlmişdir. Ona görə də Fəridlə birlikdə Nərimanov rayonundakı 9 saylı notariat o fisinə gedib belə bir müqavilə imzalamışdır ki, guya Fərid ona 150.000 ABŞ dollarını 235500 manat borc verir. Əslində isə heç bir pul məbləği ortada olmamışdır. Sadəcə həmin müqaviləni dayısına göstərməklə vaxt qazanmasından ötrü bağlamışdır. Hətta müqaviləni rəsmiləşdirən notarius onlara əgər real pul yoxsa bu müqavilənin heç bir əhəmiyyəti olmadığını bildirdikdə belə Fərid notariusa bunu sadəcə öz aralarında bağladıqlarını bildirmişdir. Belə bir pulun Rasimə verilməsi olmuş olsaydı bu bank vasitəsilə olunacaq və notariat sənədlərində də əksini tapacaqdı. Ondan bir müddət sonra 2016-cı ilin noyabr ayında Nərimanov rayonunda 9 saylı notariat ofisinin yaxınlığında Fəridlə görüşərkən Fərid pula möhkəm ehtiyacı olduğundan Rasimdən ona 40-50 min manat pulun verilməsində kömək etməyini xahiş et mişdir. Fəridin əvvəllər ona gördüyü işlərlə bağlı yardımçı olduğunu və dostluq münasibətləri olduğundan ona hər ay müəyyən qədər lazım olan məbləğdə pul verə biləcəyini bildirmişdir. Fərid buna razı olduğunu bildirdiyinə görə 2016-cı ilin noyabr ayından başlayaraq hər ay ona müəyyən məbləğ pul verməyə başlamışdır. Fərid isə ona çətin günlərində kömək əlini uzatdığına görə Rasimə minnətdarlığını bildirmişdir. Bundan sonra Fəridə hissə-hissə 2023-cü ilin yanvar ayı da daxil olmaqla 46650 manat pul vermişdir. Bu ilin yanvar ayında Fəridlə Nərimanov rayonundakıı Montin otelinin restoranında görüşəndə Fərid Rasimin verdiyi pulları cədvəl halında yazmağını, bunu dayısına göstərəcəyini və gələcəkdə ondan almış olduğu pulun məbləğinin bilməsindən ötrü etdiyini bildirdi, Rasim də etiraz etməmişdir. Bundan sonar, fevral ayında da daha 5000 manat Fəridə pul vermişdir. Ümumilikdə, Fəridə bu dövrlər ərzində 51650 manat pul vəsaitini vermişdir. İddiaçı ondan pul tələbinə dair Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonradan Rasim dostu İddiaçı bu sadəlövlüyündən istifadə etdiyini və həmin sənədləri məhkəmə vasitəsi ilə ondan pul tələb etməsinə görə hazırladığını bilmişdir. Ona görə də bununla bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İşdə əsas olan bağlanmış “kredit müqaviləsi”nin bağlanan zaman həmin müqavilənin 2-ci bəndindən görünür ki, İddiaçı onunla bağladığı “kredit müqaviləsi”nin 3 il 9 ay müddətinə bağlandığı və xx.xx.2019-cu il tarixdə “Borc verənə” qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. Müqavilə şərtlərinə görə həmin müddətin xx.xx.2019-cu ildə tamamlanmasına baxmayaraq, borc verən iddia tələbini həmin müddətdən 3 illik iddia müddəti keçdikdən sonra 30 yanvar 2023-cu il tarixdə iddia tələbi qaldırması iddia müddətinin keçməsini göstərir. Buna görə də həmin iddia icraata qəbul olunmamalıdır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-1915/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova) hər iki iddia rədd olunmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia tələbinin hüquqi əsasını İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi təşkil edir.

10. Məhkəmə gəldiyi qənaəti, həmçinin onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə kredit müqaviləsi Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X4 tərəfindən rəsmiləşdirilsə də, Cavabdeh həmin müqaviləyə əsasən ona İddiaçı tərəfindən 150.000 ABŞ dolları məbləğində borcun verilməsini təkzib etmiş, həmin müqavilənin görüntü üçün bağlandığını iddia etmişdir. Cavabdehin bu dəlili Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X2 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı ifadəsi ilə üst-üstə düşmüşdür. Belə ki, araşdırma zamanı izahatı alınmış 9 saylı notariat ofisinin notariusu X1 Fərid Bəbir oğlunun Cavabdeh ilə bağladığı kredit müqaviləsinin formal olaraq bağlandığını təsdiq etmiş, bu isə həmin kredit müq aviləsi bağlanılan zaman İddiaçı Cavabdeh hər hansı pul vəsaitinin verilməməsini bir daha təsdiqləmiş olmuşdur. Bununla yanaşı 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış tərəflərin izahatlarından və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuş, bununla bağlı aralarında mübahisə yaranmışdır. Belə ki, İddiaçı həmin vaxt verdiyi izahatında bildirmişdir ki, Cavabdeh qardaşı Ruslan Ağcayevin ona 200.000 manat borcu yaranmış, lakin o, həbs edildiyinə görə borcu ödəyə bilməmişdir. Yaranmış borcla əlaqədar Ruslanın qardaşı Rasim ilə görüşəndə o, qardaşının borcunu ödəyə bilmədiyini söyləyib birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. Birgə bizneslə məşğul olmaq üçün Cavabdeh əvvəl Binəqədi rayonu 7-ci mikrorayonda yerlşən ofisində 50.000 manat, sonradan fəaliyyətini genişləndirmək üçün 100.000 ABŞ dolları vermişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin məhkəmədə iddia qaldırmaq məqsədilə formal tərtib edildiyini bildirmişdir. Məhkəmə bu dəlilin həqiqətə uyğun olduğunu hesab etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş həmin qəbzin mətnindən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 150000 dollar pul götürdüyünü, 197450 manat borcunun qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini bildirdiyi, qəbz hər iki tərəfin imzası ilə təsdiq edildiyi halda, İddiaçı cəmi 10 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid də eyni vaxtda Cavabdeh bu məsələ ilə bağlı ondan məsləhət aldığını təsdiq etmişdir.

12. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisənin predmeti olan borc müqaviləsi formal bağlanmaqla yalan əqd olduğu üçün əhəmiyyətsiz əqd olduğundan, tərəflər arasında əslində borc münasibətləri və qeyd edilmuş müqavilə üzrə öhdəliklər yaranmadığından ilkin iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə eyni əsaslara görə qarşılıqlı iddia tələbinə münasibətdə də hesab edib ki, tərəflər arasında faktiki olaraq borc münasibətlərindən fərqli olan işgüzar münasibətlərinin mövcudluğu ehtimal edildiyindən 51650 manat pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı borc olar aq verilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2016-cı ildə notarial qaydada bağlanan kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 3 il 9 ay müddətinə 150.000 ABŞ dolları həmin vaxtda manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat) 235500 manat pul borc vermişdir. Cavabdeh 2023-cü ilin yanvar ayının 19-na qədər kredit müqaviləsi üzrə borcu kiçik məbləğlərlə ödəsə də, qalıq 197.450 manat borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh bir sıra əsassız tələblər irəli sürərək borcun ödənilməsindən boyun qaçırmağa çalışmışdır. Xətai Rayon Məhkəməsi mülki işə münasibət bildirərkən qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Məhkəmə bunu qeyd edərək əsaslandırmağa çalışmışdır ki, tərəflər arasında bağlanmış müqavilə formal olmuşdur. Lakin məhkəmə uğursuz və absurd əsaslandırmalar edərək iddiaçını konstitusion və mülki hüquqla rını pozan qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmış, əqdin subyektlərinin tərkibi və məzmunu tam qanunauyğun olmuş, tərəflərin iradə ifadəsinin bildirilməsi yolu ilə bağlanmışdır. Məhkəmə bu faktlarla bağlı, yəni müqavilənin formal olması ilə bağlı heç bir mötəbər sübut və əsaslandırma irəli sürə bilməmişdir.

16. Cavabdeh şikayəti üzrə Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında da notariusun sözləri təhrif edilmiş, müstəntiq tərəfindən tərəflər arasında bağlanmış müqavilə “formal” müqavilə adlandırılmışdır. Məhkəmə isə notarius Rəşadət Sadıqovun ifadəsi ilə tanış olmadan, müstəntiqin qeyd etdiyi xüsusatları əsas kimi gətirərək qətnamədə qeyd etmişdir. İlk növb ədə, müstəntiq mülki işə qiymət verərək və notariusun ifadəsini öz istəyi kimi dəyişərək müqaviləni formal adlandırmış, məhkəmə də müstəntiqin bu əsassız qərarına əsaslanaraq müqavilənin guya formal olduğu qənaətinə gəlmişdir. Notariusun ifadəsinin təhrif edilərək qərarda qeyd edilməsi ilə bağlı qarşılıqlı iddiaya etiraz ərizəsində və məhkəmə baxışında da toxunulmasına baxmayaraq, məhkəmə hansısa səbəblərdən bunu görməzdən gəlmiş və qətnamədə belə bir absurd fikri əsas götürərək müqaviləni formal hesab etmişdir. Bu, ədalətli məhkəmə araşdırılmasının, işə obyektiv və qərəzsiz baxılması prinisipinin məhkəmə tərəfindən darmadağın edilməsinə gətirib çıxarmışdır.

17. Cavabdeh qanunsuz və əsassız qarşılıqlı iddia tələbi irəli sürərək kredit müqaviləsi üzrə pul tələbinə dair iddianın müddətin ötü rülməsi səbəbi ilə təmin edilməməsini xahiş etmişdir. Şikayət verən bu məsələ ilə bağlı bildirir ki, borc müqaviləsinin icra müddəti 2019-cu ildə bitsə də, iddia müddəti ötürülmüş hesab edilə bilməz. Belə ki, xx.xx.2023-cü ildə tərəflərin iştirakı ilə tərtib edilmiş aktda və həmin dövrə qədər tərtib edilmiş qiymət cədvəlində Cavabdeh özü də təsdiq etmişdir ki, borc müqaviləsi üzrə ödənişləri davamlı şəkildə 2023-cü ilin yanvar ayına qədər etmişdir. Həmçinin bu fikir Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində də təsdiqlənir. Qarşılıqılı iddia ərizəsində Cavabdeh bildirmişdir ki, “...Bundan sonra Fəridə hissə-hissə 2023-cü ilin yanvar ayı da daxil olmaqla 46650 manat pul vermişəm...”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək bildirir ki, kredit müq aviləsinin icra müddəti 2019-cu ildə bitsə də, Cavabdeh kredit müqaviləsi üzrə borcunu 2023-cü ilin yanvar ayına qədər ödəmişdir. Daha sonra isə, iddiaçıya olan borcunu ödəməmək üçün tərəflər arasında bağlanan kredit müqaviləsinin formal olaraq, guya İddiaçı kömək etmək məqsədi lə bağladığını iddia etmişdir. Cavabdehin iddiasına görə kredit müqaviləsi bağlanılan zaman İddiaçı Cavabdeh hər hansı pul vəsaiti verməmişdir. Buradan belə bir sual yaranır ki, əgər heç bir vəsait verilməmişdirsə, niyə xx.xx.2023-cü il tarixinə qədər İddiaçı borcu qaytarmaq məqsədilə ödənişlər etmişdir? xx.xx.2023-cü il tarixli Cavabdeh aid olan əlyazma ilə bir daha sübut olunur ki, Cavabdeh İddiaçı 150000 dollar (235.500 manat) pul götürmüşdür. Bu puldan 38050 manat ödəmiş, 197.450 manat borcu qalmışdır. Bu pulu hissə-hissə ödəyəcəkdir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 700 manat olmuşdur. Yuxarıdakı faktlardan görünür ki, cavabdehin iddiası ilə ifadələri arasında uyğunsuzluq mövcuddur, borcu ödəməkdən yayınmaq məqsədilə bir-birini təkzib edən ifadələr vermişdir. Nəticə etibarilə cavabdeh almış olduğu borcu kredit müqaviləsində göstərilən forma və məzmunda icra etməmişdir. Kredit müqaviləsi üzrə borclunun əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbl əğinin ödənilməsini gecikdirdikdə, Mülki Məcəlləninin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı isə humanist yanaşma sərgiləyərək mülki qanunvericilikdə nəzərdə tutulmuş zərərə görə əlavə pul və borc faizini Cavabdeh tələb etməmişdir. Cavabdeh minnətdarlıq etməli olduğu yerdə, əsassız və absurd olan iddialarından savayı, müdafiə xərclərinə sərf etdiyi 100 manat pulu da İddiaçı tələb etmişdir. Bütün bu faktlardan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi əhəmiyyət kəsb edən bu faktları təhrif etməklə qətnamə qəbul etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh tərəfindən qarşılıqlı iddia verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etmişdir ki, “m ülki iş barədə bildiriş poçt ünvanına 11 fevral 2023-cü il də göndərilmişdir və həmin bildiriş ona 2 mart 2023-cü ildə verilmişdir”. Bununla bağlı isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1, 154.1-ci maddələrinə istinad edərək Cavabdeh göstərdiyi hər iki tarixə (11 fevral və 2 mart) görə qarşılıqlı iddianın verilməsi müddətini ötürmüş hesab edir. Çünki o, qarşılıqlı iddianı xx.xx.2023-cü ildə məhkəməyə ünvanlamış, bununla da qarşılıqlı iddia vermə müddətini ötürmüşdür. Məhkəmə isə ümumiyyətlə qarşılıqlı iddia ərizəsini icraatına götürüb-götürməməsi barədə heç bir hərəkət etməmiş, İddiaçı etiraz ərizəsinə də münasibət bildirmədən birbaşa qətnamə qəbul edərək qarşılıqlı iddia ərizəsini də rədd etmişdir. Lakin yuxarıda göstərilən xüsusatlara əsasən, məhkəmə qarşılıqlı idd ia ərizəsini icraata götürməməli, götürdüyü təqdirdə isə onu əsaslandırmalı idi.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5306/2023 nömrəli iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov(sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilmədiyi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilərək Cavabdeh 197450(yüx doxsan yeddi min dörd yüz əlli) manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 488(dörd yüz səksən səkkiz) manat alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyiş dirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 17 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmçinin Cavabdeh 21 yanvar 2023cü ildə İddiaçı 150.000 ABŞ dolları (235.500 manat) pul götürməsini, bu puldan 38050 manat ödədiyini, 197.450 manat borcu qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini, axırıncı ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğunu təsdiq edən əlyazma yazmış və bu yazılı sənədi hər iki tərəf imzalamışdır. Bu faktı tərəflərin heç biri inkar etmir.

20. İşin mübahisəli halı isə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıdan hər hansı bir məbləğdə pul almadığını, yalnız iddiaçının xahişinə əsasən formal bağlandığını və həmin əqdin əhəmiyyətsiz olmasını, eləcə də 21 yanvar 2023-cü il tarixli borcun etirafı barədə sənədi də formal yazdığını bəyan etməsidir.

21. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.

22. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc (kredit) müqavilələri yaxud mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud borcun etirafını təsdiq edən digər yazılı sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi müqavilənin formal bağlandığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansada və cavabdeh sonradan əlyazma ilə yazdığı sənəddə iddiaçıya 197.450 manat borcu qaldığını etiraf etsə də cavabdeh iddiaçıdan pul almadığını və ya borcu qalmadığını, müqavilənin və borcun etirafı barədə yazılı sənədin formal olaraq tərtib olunduğunu bəyan etdiyi üçün birinci instansiya məhkəməsi də bununla razılaşıb kredit müqaviləsini əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir.

24. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən cavabdehin şikayəti üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət təqibi üzrə aparılan araşdırma zamanı kredit müqaviləsini təsdiq etmiş notariusun izahatına əsaslanmışdır. Ancaq şikayətə əlavə edilmiş izahatında notarius tədiq etdiyi müqaviləni formal adlandırmamışdır. Əksinə, notarius izahatında kredit müqaviləsi təsdiq edilərkən pul vəsaitinin notariat kontoruna gətirilmədiyini və bank hesabına köçürülmədiyini, tərəflər qabaqcadan öz aralarında razılaşmaya əsasən pulu alıb verdiklərini, daha sonra həmin vəsaitin rəsmiləşdirilməsi barədə müraciət etdiklərini, 20 19-cu ilədək borcun verilməsinin bankın depozit hesabı vasitəsilə həyata keçirilmədiyini və bunun vacib olmadığını, müqavilənin bağlanması zamanı pulun alınması barədə bütün müştərilərə suallar verdiyini, onların da pulun alınması barədə cavab verdiyini, lakin pulun həqiqətən alınıb verilməsi barədə məlumatının olmadığını göstərmişdir. Cinayət işinin başlanmasını rədd edən müstəntiq isə qərarında notariusun izahatını təhrif edərək onun müqavilənin formal olaraq bağlandığını təsdiq etdiyini, bu isə İddiaçı Cavabdeh hər hansı bir pul vəsaitinin verilməməsini bir daha təsdiqləmiş olduğunu, belə olduğu halda həmin müqavilənin etibarsız müqavilə hesab olunmalı olduğunu göstərmişdir.

25. Göründüyü kimi, müqavilənin “formal bağlanması” və “etibarsız müqavilə” hesab olunması barədə ifadələrin nota riusun yox, müstəntiqin mülahizələri olması həm cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də notariusun izahatında açıqaşkar görünməsinə baxmayaraq məhkəmənin belə bir qənaətə gəlməsi anlaşılan olmamışdır. Çünki, kredit müqaviləsi bağlanan zaman pul vəsaitinin notariat kontorunda yaxud notariusun iştirakı ilə verilməməsi həmin əqdin etibarsız olması demək deyildir. Kredit müqaviləsinin məzmununa diqqət yetirdikdə də aydın olur ki, borcverənin müqavilədə göstərilən məbləği borcverənə verməyi, borcalanın isə müqavilədə nzərdə tutulmuş müddətdə və qaydada borcverənə qaytarmağı öhdələrinə götürmələri barədə razılığa gəlmişlər. Deməli, müqavilənin bu şərtinin məzmununa görə pul vəsaiti müqavilə bağlanmamışdan əvvəl də, sonra da verilə bilərdi. Buna dair qanunvericilikdə h əmin vaxt hansısa qadağa nəzərdə tutulmamışdır. Ona görə məhkəmənin kredit müqaviləsini əhəmiyyətsiz, üstəlik yalan əqd kimi qiymətləndirməsi əsaslandırılmalı, o cümlədən pərdələnən əqdin hansı əqd olduğu dəqiq göstərilməli idi. Ancaq məhkəmə bunların heç birini etməmişdir.

26. Tutaq ki, 17 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan müqavilədə göstərilən məbləği almamış və həmin müqavilə məhkəmənin qeyd etdiyi kimi etibarsız əqd olmuşdur. Onda cavabdeh 21 yanvar 2023-cü ildə iddiaçıdan 150.000 ABŞ dolları (235.500 manat) pul götürməsini, bu puldan 38050 manat ödədiyini, 197.450 manat borcu qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini, axırıncı ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğunu nə üçün öz əlyazması ilə yazıb borcunu etiraf edirdi. Əlbətdə ki, bu ritorik sual olsa da, cavabdeh bunlara cavab verməyə hazır olmalı idi. Çünki, həm müqavilənin bağlanması, həm də iddiaçıdan borc almasını və borcu qalmasını yazılı sənəddə, özü də müqavilənin bağlandığı tarixdən 7 il sonra da etiraf etməsi formal ola bilməzdi. Çünki, bu cür vəziyyət həyatda həmişə baş verən hallara uyğun gəlmir. Ən azından cavabdehin gətirdiyi arqumentlər inandırıcı və ağlabatan olmalı idi. Hətta bir anlığa təsəvvür edilsə ki, kredit müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur, cavabdeh 21 yanvar 2023-cü il tarixli əlyazma ilə borcunu etiraf edərkən həmin müqaviləni təsdiq etmişdir. Demək əhəmiyyətiz əqd bağlamış olsa belə onu təsdiq etdiyi üçün onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir(MM.m.351).

27. Bununla yanaşı, borcun etir afı institutu da tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdehin 21 yanvar 2023-cü il tarixdə əlya zma ilə yazdğı sənədi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirdikdə də yenə də ilkin iddia əsaslı idi və məhkəmənin də ilk iddianı rədd etməsi əsassız olmuşdur.

28. Bundan əlavə, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki,...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutun un məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətini n axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: -müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; -borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

29. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

30. Cavabdeh br tərəfdən kredit müqaviləsi üzrə və ümumiyyətlə iddiaçıdan hər hansı bir məbləğdə vəsait almadığını və müqavilənin əhəmiyyətsiz əqd olduğunu bəyan edir, digər tərəfdən isə iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş edib. Bu mövqelərin biri digəri ilə ziddiyyət təşkil edir. Yəni, cavabdeh kredit müqaviləsi əhəmiyyətsiz olduğuna görə iddianın rədd edilməsini bəyan edirsə, demək iddia müddətinin tətbiqi ilə bağlı hüquqi müdafiə vasitəsindən istifadə etməyə də gərək yoxdur. Başqa sözlə, iddia əsassızdısa onsuzda rədd olunacaqdı. Cavabdehin bu davranışı da ilk iddianın əsaslı olduğuna dəlalət edir. Çünki, bu yanaşma onu göstərir ki, cavabdeh özü də əmin deyil yaxud qətiləşdirməmişdir ki, iddiaçıya borcu qalıb yoxsa qalmayıb. Bununla yanaşı, iddiaçı müqavilənin bitdiyi tarixdən 3 il keçdikdən sonra məhkəməyə müraciət etsə də, cavabdeh müqavilənin müddətinin bitdiyi tarixdən 21 yanvar 2023-cü ilədək davamlı olaraq iddiaçıya hissə-hissə ödənişlər etmişdir. Bunu iş materialında olan ödənişlərin tarixini göstərən sənədlər də təsdiq e dir. 21 yanvar 2023-cü il tarixdə isə cavabdehi özünün yazdığı və iddiaçının da imzaladığı yazılı sənəddə tələb edilən məbləğdə borcunun qaldığını etiraf etmişdir. Demək ki, iddia müddətinin keçməsi barədə dəlil də təsdiq olunmur.

31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilk iddia üzrə cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcə kdir. Bu cür ilk iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək iddia edilən pul tələbinin təm in olunmasına dair İddiaçı iddiası təmin olunmaması, Bakı Apellyasiya məhkəməsinin qərnaməsinin ləğv olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin 24-cu bəndinə istinad edərək tərəflər arasında 17 fevral 2016-cı il tarixli notaial qaydada təsdiq edilmiş kredit müqaviləsinin bağlanmasını, həmçinin Cavabdeh 21 yanvar 2023-cuildə İddiaçı ondan almış olduğu puldan 38050 manat ödədiyini, axırıncı dəfdə xx.xx.2023-cu ildə isə 700 manat ödəməsini təsdiq edən əl yazmasının olmasını və tərəflərin bunu inkar etmədiklərini göstərmişdir. Məhkəmənin bu fikri və qənatəti yanlış və təhrif olunmiuş formada öz əksini tapmışdır.Belə ki,mübagisə edilən müqavi lənin görünüş xətrinə bağlanması iddiaçının özü və notariat qaydasında müqaviləni bağlamış notarius tərəfindən Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsində aparılmış araşdırma materialları iə təsdiqini tapmışdır. Lakin, məhkəmə qanuni qüvvəyə minmiş və məhkəmə qərarlarının qəbulunda təkzib olunmaz fakt kimi rol oynayan bu xüsusatı yəni “Preyudisiya”nı sanki görməmiş, buna hüquqi qiyməti düzgün verməmidir. Digər tərəfdən məhz mübahisələndirdikləri hal Rasimin dost kimi Fəridə köməklik etməsinə görə ona pul vəsatini verməsi, Fəridin məhz müqavilə bağlanan zaman belə bir niyyətdə olmasını və belə bir niyyətin ondan sonradan yaranmasına dəlalət edir. Sonuncu mövqeyi bildirmək onunla bağlıdır ki, müqavilə müddəti qurtardıqdan sonra Fərid Rasimi aldatmaqla ondan özünü təsdiqləyən əl yazısını al mış və məhz bundan sonra dərhal məhkəməyə müraciət etməklə həmin mübahisəni yaratmışdır. Məhkəmə qətnaməsinin 30-cu bəndində əsaslandığı müqavilənin “formal bağlanması” və “etibarsız müqavilə” hesab olunması barədə ifadələrin notariusun yox, müstəntiqin mülahizələri olması həm cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də notariusun izahatında aşıq-aşkar görünməsinə baxmayaraq məhkəmənin belə qənaətə gəlməsi anlaşılan olmamışdır. Çünki kredit müqaviləsi bağlanan zaman pul vəsaitinin notariat kontorunda yaxud notariusun iştirakı ilə verilməməsi həmin əqdin etibarsız olması demək deyildir. Kredit müqaviləsinin məzmununa diqqət yetirdikdə aydın olur ki, borcverənin müqavilədə göstərilən məbləği borcverənə verməyi, borcalanın isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qayd ada borcverənə qaytarmağı öhdələrinə götürmələri barədə razılığa gəlmişlər.Deməli müqavilənin bu şərtinin məznununa görə pul vəsaiti müqavilə bağlanmamışdan əvvəl də, sonrada verilə bilərdi. Buna dair məhkəmənin kredit müqaviləsini əhəmiyyətsiz, üstəlik yalan əqd kimi qiymətləndirməsi əsaslandırılmalı,o cümlədən pərdələnən əqdin hansı əqd olduğu dəqiq göstərilməli idi.Ancaq məhkəmə bunların heç birini etməmişdir.Lakin, məhkəmə bunu da nəzərə almamışdır ki, mübahisələndirilən müqavilə bağlanan zaman onların aralarında onda və ondan sonra heç bir pul vəsatinin verilməsi halları olmamışdır. Həmin fakt Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılmış və ona hüquqi qiymət verilməklə qərar qanuni qüvvəsindədir.Bundan başqa iddiaçının özü Cavabdeh nə onda, nə də ondan sonra heç bi r pul vəsaiti vermədiyini etiraf etmişdir.Məhkəmə iddiaçının özünün etirafı ilə Cavabdeh pul vəsaitini verməməsi barədə bildirdikləri məhz həmin əqdin pərdələnmiş əqd olmasını etirafıdır. Lakin, Apellyasiya Məhkəməsi iddiaçının istintaqdakı araşdırma zamanı bağladığı kredit müqaviləsinin formal xarakter daşımasını,həmin vaxtı və ondan sonra borcludan heç bir pul vəsaitləri vermədiyini etiraf etməsi faktını nəzərə almamış, sanki belə bir faktın olmadığ kimi qətnamədə buna hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 347.1-ci maddəsinə görə -“. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər”. Apellyasiya məhkəməsi qətnamənin 31-ci bəndində göstərmişdir ki, tutaq ki,17 fevral 2016-cı il tarixli not arial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan müqavilədə göstərilən məbləği almamış və həmin müqavilə məhkəmənin qeyd etdiyi kimi etibarsız əqd olmuşdur. Onda cavabdeh 21 yanvar 2023-cu ildə iddiaçıdan 150.000ABŞ dolları(235.500 manat) pul götürməsini,bu puldan 38050 manat ödədiyini,197.450 manat borcu qaldığını,bu pulu hissə-hissə ödəyəcəyini,axırıncı ödənişin xx.xx.2023-cu il tarixdə 700 manat olduğunu nə üçün öz əlyazması ilə yazıb borcunu etiraf edirdi.Çünki,həm müqavilənin bağlanması,həm də iddiaçıdan borc almasını və borcu qalmasını yazılı sənəddə, özü də müqavilənin bağlandığı tarixdən 7 il sonra da etiraf etməsi formal ola bilməzdi. Çünki,bu cür vəziyyət həyatda həmişə baş verən hallara uyğun gəlmir. Ən azından cavabdehin gətirdiyi arqumentlər inandırıc ı və ağlabatan olmalı idı.Hətta bir anlığa təsəvvür edilsə ki, kredit müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur, cavabdeh 21 yanvar 2023-cu il tarixli əlyazma ilə borcun etiraf edərkən həmin müqaviləni təsdiq etmişdir. Demək əhəmiyyətsiz əqd bağlamış olsa belə onu təsdiq etdiyi üçün onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir ( MM.m.351 Lakin məhkəmə öz mövqeyini izah etmiş olsa da qanunvericiliyin mövqeyinə diqqət yetirməmişdir.Belə qanunvericilik bir mənalı olaraq “Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır” tələbini unutmuş ya da ki, bundan bilə-bilə yan kecmişdir. (MM-nin m 351.1) Məhkəmənin təsdiq etmə qənaətini münasibətdə isə MM-nin 351.5-ci maddəsinə görə “Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçünc ü şəxslərin mənafeyini pozmasın”. Ona görədə bağlanmış əqd və ya uydurma, habelə yalan əqdlər, ictimai mənafeyə və əxlaq normalarına zidd olduqlarına görə təqsdiq etmə yolu ilə etibarlı hesab edilə bilməz. Apellasiya məhkəməsinin özünün bu mövqeyi qəbul etdiyi qərarı şübhə altına alır. Belə ki, tərəflərin hər ikisi əvəllər çox səmimi münasibətləri olmalarını etiraf etmələri, iddiaçının dayısından borca götürdüyu pul vəsaitini uğursuz komersiyya fəaliyyətində itirməsini və bundan sonra dost kimi Cavabdeh ona yardım etməsini xahiş etməsinə görə ona köməklik məqsədilə hər ay pul verməsini hansı əxlaq normaları qiymətləndirdiyini nə səbəbdən izah etməmişdir. Digər tərəfdən formal olaraq bağladıqları kredit müqaviləsinin müddəti keçdiyinə görə Cavabdeh sadəlövlüyündən istifadə edərək ona həmin əl yazmasını da məhz Fəridin dayısna göstərmək adı iə aldığına görə ona verdiyini bildirsə də Fərid bu kağız parçasını aldıqdan sonra yubanmadan məhkəməyə iddia ilə müraciət etməsinin səbəblərini niyə məhkəmə araşdırmamışdır. Həmin faktı təsdiqləyən şahid X7 birinci instansiya məhkəməsində şahid kimi verdiyi ifadəsində də bunu təsdiqləmişdir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqadan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir, Hüquqdan sui-istifadəyə yol verilmir,bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində sürülə bilər. “Bu məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olma qla,maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zoraklığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.Vacib əhəmiyyətli yanılmanın təsiri altlnda bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhz, Cavabdeh dostu İddiaçı olan etibarına görə yanılmış və ona görədə onun həmin əqdi bağladığını etiraf etmişdir. Bunun özü də həmin əqdin etibarsız sayılmasına dəlalət edir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Etibarsızlıq, əqdin e tibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı o lmayaraq özlüyündə etibarsız olan əqddir. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləki, iddiaçının iddiası əsaslıolmadığına görə təmin olunmamalı və onun məhkəməyə təqdim etdiyi kredit müqaviləsi və borcun etirafı kimi qəbul edilmiş “kağız parçası” yanılma əqd kimi hesablanaraq etibarsız hesab olunmalı, cavabdehin ona pul vəsaitini ödəməsi barədə tələbi təmin olunmalıydı.

34. Mübahisə edilən pul vəsatinin verilməsini təsdiqləyən sənəd mövcud olmamaqla yanaşı iddiaçının tə ləbi real həqiqətlərə uyğun deyildir. Mübahisə edilən pul vəsaitinin notariat qaydasında verilnəsi formal xarakterli olmuşdur.Bakı Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz.

35. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1, 351,560.1, 560.2, 354.1, 354.2, Azərbaycan Respubnlikasının MPM-in 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

40. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

44. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

45. M addə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

46. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

47. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

48. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

49. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın

50. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələ bləri üzrə iddia müddəti isə altı ildir.

51. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

52. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

53. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

55. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

56. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

57. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

58. Maddə 739.1.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya)Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqda rda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

59. Maddə 739.2. (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya ) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

60. Maddə 740.1. (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır.

61. Maddə 740.2. (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya ) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

62. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

63. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

64. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

65. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsin i nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

66. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhk əmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təm in edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarıdüzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

79. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 nömrəli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar