Məhkəmə qərarları › İş №2(102)-5294/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5294/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5294/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Cəbrayıl qızına və Cavabdeh2 оğlunа qarşı QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər,Xələfov İlqar Rəhim oğlu(məruzəçi),Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Cəbrayıl qızına və Cavabdeh2 оğlunа qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh2 və İddiaçı 01 aprel 2006-cı il tarixdə nikaha daxil olmuş, nikahdan sonra İddiaçı Cavabdeh2 yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçmüşdür.

2. Tərəflərin birgə nikahlarından 04 sentyabr 2006-cı il tarixdə X6 və 15 fevral 2009cu il tarixdə X12 adlı övladları doğulmuşdur.

3. Şəki Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan övladları anaları İddiaçı yanında saxlanılmışlar.

4. X10 30 sentyabr 2000-ci ildə ölmüşdür İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 Cəbrayıl qızına və Cavabdeh2 оğlunа qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq qaynatası X4 adına olan ünvan 1ində yerləşən evdən uşaqları ilə birlikdə yaşayış hüquqlarının tanınması, iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə qurаrkən Cavabdeh2 və onun ailə üzvlərinin razılığı ilə həmin vaxt rəsmi qaydada heç bir qeydiyyatı olmayan cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçmüş və 2019-cu ilin noyabr ayınadək həmin evdə yaşamışdır. 2019-cu ilin noyabr ayında iddiaçı və onun uşaqları qeyd olunan fərdi yaşayış evini tərk etmək məcburiyyətində qalmış və iddiaçı həmin vaxtdan uşaq ları ilə birlikdə atası evində yaşamaq məcburiyyətindədir. Lakin atasına məxsus evdə uşaqları ilə birlikdə yaşaması üçün lazımi şəraiti yoxdur.

7. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia qismən təmin edilərək, İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları - 04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X12 ilə birlikdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 400 inventar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi və İddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir/ b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)914/2021 nömrəli qətnaməsi ilə (hakimlər: İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə Ə.T.Məcidov və A.A.Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin iddiaçının və onun iki azyaşlı uşaqlarının mübahisəli evdən istifadə hüquqlarının tanınması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmışdır. Çünki, həmin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq cavabdehlər bu evdə yaşayır və bu evdən təyinatına uyğun olaraq istifadə edirlər. Eləcə də, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması sonuncuların bu evdə yaşamalarına hər hansı bir maneə yaratmır. c)Kassasiya isntansiyası məhkəməsində birinci icraat

11. Cavabdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)914/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi mübahisələndirilən evin hüquqi statusunu müəyyən etməmiş, evin faktiki sahibi olmuş cavabdehin atası X4 adına texniki pasportunun olmasını və bu səbəbdən iddiaçının mübahisəli evə istifadə hüququnun olmamasını nəzərə almamış, Mənzil Məcəlləsinin 53 və 54-cü maddəsini tətbiq etməklə maddi hüquq normalarını pozmuşdur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Şamayev, E E.Vəliyeva və A.Abasov) 2(102)-122/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)-914/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün a pellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

14. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, yuxarıda qeyd olunduğu kimi iddianı təmin edən məhkəmələr mübahisələndirilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mövqelərini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri ilə əsaslandırmışlar. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının köçürülməsi xahiş olunan evə Cavabdeh2 atasının adına texniki pasport tərtib olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilə n” mülkiyyət hüququ olmuşdur.

15. Kollegiya qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Odur ki, iddiaçının həmin yaşayış sahəsinə 2006-cı ildə köçürülməsi nəzərə alınmaqla, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya ins tansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, X10 30 sentyabr 2000-ci il tarixdə, yəni iddiaçının evə köçməmişdən əvvəl vəfat etmişdir.

16. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmələr tərəfindən müəyyən edilməli olan digər məsələ tərəflər arasında hüquq münasibətləri yarandığı anda fərdi yaşayış evinə “gözlənilən” mülkiyyət hüququnun kimə keçməsidir ki, məhkəmələr bununla bağlı ümumiyyətlə araşdırma aparmamışlar.

17. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə istinad etmişdir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X7 və X2) 2(107)-517/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsi qismən, İddiaçı uşaqları 04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X12 ilə birlikdə evdən istifadə hüquqlarının tanınması və İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları ilə birlikdə X18 оğlunun adına daşınmaz əmlak ın dövlət reyestrində 400 invertar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi həmin hissədə də təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağ lı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Odur ki, iddiaçının həmin yaşayış sahəsinə 2006-cı ildə köçürülməsi nəzərə alınmaqla, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, X10 30 sentyabr 2000-ci il tarixdə, yəni iddiaçının evə köçməmişdən əvvəl vəfat etmişdir.

20. Məhkəmə kollegiyası bildirmişdir ki, X4 adına olmuş fərdi yaşayış evi hazırda X8 (fərdi yaşayış evi), Cavabdeh2 və Cavabdeh1 Cəbrayıl qızının (torpaq sahəsi ümumi birgə) adlarına qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1 C əbrayıl qızı və X1 rayonu, Aşağı Küngüt kəndi ünvanında yerləşən ümumi sahəsi 106.5 kv.m olan fərdi yaşayış evindən ½ hissədə miras payı almışlar.

21. Bundan başqa kollegiya qeyd etmişdir ki, Cavabdeh1 Cəbrayıl qızı ona düşən miras payın ½ hissəsini X5 bağışlamış və ev tam mülkiyyət hüququ ilə X3 mülkiyyətindədir.

22. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, həmin fərdi yaşayış evi X3 mülkiyyətindədir o İddiaçı evinə köçürülməsinə etiraz edir.

23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər is tifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın2.4-cü bəndinə əsasən,qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əh əmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(107)-517/2022 nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar