Məhkəmə qərarları › İş №2(102)-5297/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5297/2019

29.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5297/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 avqust 2019-cu il şəhəri İş № 2(102)-5297/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlundan, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-4645/2019 saylı qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2 (011)959/2019 saylı qətnaməsi ilə (hakim: S.Mehrəliyev) İddiaçı cavabdeh “Cavabdehe” MMCyə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-4645/2019 saylı qərardadı ilə (hakimlər: A.Hüseynov, A.İmanov və V.Sadıqov) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(011)-959/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilərək mülki il Xətai rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-4645/2019 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayət inin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-4645/2019 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili Vəkilkassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yen apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Cavabdehe” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qərardadı ilə iş üzrə apelyasiya qeyri mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəm ə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (maddə 108.3). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Apellyasiya şikayətinə əlavə edilmiş 9 saylı cəzaçəkmə müəssisəsinin 20.02.2019cu il arayışından görünür ki, həmin müəssisədə cəza çəkən məhkum İddiaçı hesabından 15 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Kollegiya nəzərə alır ki, həmin arayış dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Belə ki, qanunun tələbinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər dedikdə arayış deyil, müvafiq mədaxil qəbzi nəzərdə tutulur. Digər tərəfdən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Lakin apellyasiya şikayətinə əlavə olunmuş arayış rüsumun prosessual qanunvericiliyin tələblərinə uyğun ödənilib-ödənilmədiyini, hansı orqana ödənildiyini müəyyən etməyə imkan vermir. Aşağıda göstərilənlərə əsasən qərardad ləğv edilməli, iş yenidən apelyasiya mümkünlüyünün müzakirəsi üçün göndərilməlidir. Mülki Pr osessual Məcəllənin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. MPM-nin 263.6-ci maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və h üquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İş materiallarından göründüyü kimi mülki iş 7 mart 2019-cu il tarixdə apelyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, işdə iştirak edən şəxslərə məlumat verilmədən 12 mart 2019-cu il tarixdə apelyasiya məhkəməsinin mümkünlüyü müzakirə olunmuş, apelyasiya qeyri-mümkün hesab edilmişdir. Bununla da apelyasiya m əhkəməsi yuxarıda göstərilən normaların tələblərini pozmuş, çəkişmə prinsipinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.4, 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli və iş apelyasiyanın mümkünlüyü məsələsinin müzakirə mərhələsindən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegi yası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-4645/2019 saylı qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar