Məhkəmə qərarları › İş №2(102)-53/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-53/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-53/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Hacı X4 vəkili Yusifov Ceyhun Salman oğlunun, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, iddiaçılar Hacı X4 və İddiaçı2 cavabdehlər X9 və Cavabdeh2 qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6823/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ndən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2018 saylı, 22.02.2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia təmin edilərək, iddiaçılar Hacı X4 və İddiaçı2 «xxxx» MMC-nin “X13 Limited” Ticari Şirkətindən olan 50% paylarının cavabdehlər X9 və Cavabdeh2 5000 manata satılmasına dair Bakı şəhəri 26 saylı Notariat Kontorunda bağlanmış və təsdiq edilmiş 06.02.2014-cü il tarixli payın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6625/2018 saylı, 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və H.Ü.Həmidov), Cavabdeh2 və üçüncü şəxs «xxxx» MMC t ərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı, 22.02.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-490/2019 saylı, 18 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov), Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6625/2018 saylı 13.07.2018-ci il tarixli qətnaməsinin qismən-Cavabdeh2 aid hissədə ləğv edilməsi və işin ona münasibətdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6823/2019 saylı, 10 iyul 2019-cu il tar ixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli), Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən –iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar Hacı X6 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06.02.2014-cü il tarixdə Bakı şəhəri 26 saylı Notariat Kontorunda onlarla cavabdehlər X10 və Cavabdeh2 arasında “payın alqı-satqısına” dair bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC-nin payçıları X2 50% pay qalmaqla, «X13 Limited» Tica ri Şirkətinin payçıları İddiaçı1 Əbdullah və İddiaçı2 müəssisənin və öz şəxsi maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə müəssisəyə yeni payçı gətirmək qərarına gəlmişlər. İddiaçıların deməsinə görə Məcid Rusiya Federasiyasında yaşayan dostu İdris adlı şəxsi gətirmiş və bildirmişdir ki, 1.350.000 manata müəssisənin 50% payını alacaqdır. Bu məqsədlə iddiaçılar nizamnamə kapitalında onlara məxsus olan 50% payın 25%-ni X14, 25%-ni isə İdrisin göstərdiyi şəxsə- Cavabdeh2 satmaq barədə 06.02.2014-cü il tarixdə 26 saylı Notariat Kontorunda payın alqı-satqısı müqaviləsini bağlamışlar. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçılara məxsus payın guya cavabdehlərin hər birinə 5000 manata satıldığı göstərilmişdir. Lakin Cavabdeh4la olan razılaşmaya əsasən onun tərəfindən 25% səhmə görə ümu milikdə 773.000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçılara ödənilməli idi. Tərəflər arasında sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından bir gün qabaq 05.02.2014-cü il tarixdə tərəflər arasında razılaşma protokolu bağlanmışdır ki, həmin protokola əsasən Cavabdeh4 ona satılmış 25% səhmin ödənilməyərək qalmış 195.000 ABŞ dolları hissəsini «xxxx» MMC-yə ödəməli idi. Lakin artıq bir ildən çoxdur ki, cavabdehlər tərəfindən onlara pul kompensasiyası verilməklə razı salınacaqları və heç bir yerə şikayət etməmələri bildirilsə də, onlara 800.000 manat pul təklif edilmişdir ki, bu məbləğ də onların həmin müəssisədə olan payının ancaq yarısının kompensasiyasını təşkil etdiyi üçün razılaşma baş tutmamışdır. Buna görə də iddiaçılar tərəflər arasında 06.02.2014-cü il tarixdə bağlanmış payın al qı-satqı müqaviləsində göstərilən 5000 manatın formal olaraq göstərildiyinə, əqdin isə aldatma yolu ilə bağlandığına, belə ki, nə Cavabdeh4, nə Cavabdeh2, nə də X16 tərəfindən satılmış səhmlərə görə hər hansı ödənişin edilmədiyinə və beləliklə də aldadıldıqlarına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının birinin azaldılaraq iş üzrə bir iddiaçının, yəni Səlimi Hüseyn olaraq qalmasını və bundan sonra bir İddiaçı2in cavabdehlər Cavabdeh2 Cavanşir qızı, X15 və üçüncü şəxslər Bakı şəhəri 26 saylı Notariat Kontoruna və «xxxx» MMC-yə qarşı payın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar Hacı X6 və İddiaçı2 id dia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ikinci iddiaçının artırılaraq iş üzrə iki iddiaçının, yəni İddiaçı2 və İddiaçı1 Əbdullahın iddia ərizəsinə əlavə olunmasını və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən, Cavabdeh2 aid hissəsində ləğv edilib, işin ona münasibətdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xa hiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh2 kassasiya şikayətində qeyd etmişdir ki, MMC-nin təsisçiləri 06.02.2014cü il tarixdə X3 (50% pay) və «X13 Limited» Ticari Şirkəti (50% pay) olmuşlar. «X13 Limited» Ticari Şirkətinin MMC-də olan 50% payının 25%-i Cavabdeh2 06.02.2014-cü il tarixdə satılm ışdır. Hazırda iş üzrə iddiaçı qismində «X13 Limited» Ticari Şirkəti yox, İddiaçı1 Əbdullah və İddiaçı2 çıxış edirlər. Həmin şəxslər şirkətin adından deyil, şəxsən öz adlarından iddia qaldırmışlar. İddiaçılar sərbəst iradələri ilə notariat qaydada MMC-nin nizamnamə kapitalındakı payının 25%-ni 5000 manata satmışlar. Müqavilənin etibarsızlığı üçün hər hansı əsas yoxdur. İddia ərizəsi İddiaçı2 vəkalətli nümayəndəsi Lətifə Kərimova tərəfindən imzalanmışdır. Göründüyü kimi, iddiaçı qismində göstərilən İddiaçı1 Əbdullah tərəfindən iddia ərizəsi imzalanmamışdır. Buna baxmayaraq məhkəmə onu iddiaçı qismində tanımışdır. Bundan başqa iddiaçı siyahısından çıxarılmış İddiaçı1 Əbdullahın iddiasının təmin edilməsinin qət edilməsi absurddur. X5 həm də cavabdeh X12 vəkilidir. Birinci instansiya məhkəməsi həm iddiaçının, həm də cavabdehin vəkili olan Lətifə Kərimovanın iştirakı ilə qətnamə çıxarmışdır. Bundan başqa, iddiaçılar əqdin etibarsız hesab olunmasına dair qanunda nəzərdə tutulan iddia müddətini ötürmüşlər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Hacı X4 vəkili Yusifov Ceyhun Salman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar Hacı X6, İddiaçı2, cavabdehlər X10, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Bakı şəhəri 26 saylı Notariat Kontorunun və “xxxx” MMC-nin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh2 vəkili Vəkil, iddiaçı Hacı X4 vəkili Yusifov Ceyhun Salman oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub- olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edil məsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, «xxxx» MMCnin payçıları X2 50% pay qalmaqla, «X13 Limited» Ticari Şirkətinin payçıları İddiaçı1 Əbdullah və İddiaçı2 müəssisənin nizamnamə kapitalında onlara məxsus olan 50% payın 25%-ni X14, 25%-ni isə Cavabdeh2 satmaq barədə 06.02.2014-cü il tarixdə 26 saylı Notariat Kontorunda payın alqı-satqısı müqaviləsini bağlamışlar. Həmin alqı-satqı müqaviləsində iddiaçılara məxsus payın cavabdehlərin hər birinə 5000 manata satıldığı göstərilmişdir. Sözügedən alqı-satqı müqaviləsinin bağlandığı tarixdən bir gün əvvəl, yəni 05.02.2014-cü ildə tərəflər arasında razılaşma protokolu imzalanmışdır ki, həmin protokola əsasən də Cavabdeh4 ona satılmış 25% səhmin ödənilməyərək qalmış 195.000 ABŞ dolları hi ssəsini «xxxx» MMC-yə ödəməlidir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçılar müəssisənin nizamnamə kapitalındakı paylarının dəyərinin tərəflər arasında bağlanmış müqavilədə göstərildiyi kimi hər birinin 5000 manat deyil, bu qiymətin müqavilədə formal olaraq göstərildiyini, əslində səhmlərinin dəyərinin çox yüksək olduğunu bildirirlər və buna sübut olaraq alqı-satqı müqaviləsindən bir gün əvvəl 05.02.2014-cü il tarixdə bağlanmış razılaşma protokolunda Cavabdeh4 tərəfindən ona satılmış 25% səhmin ödənilməyərək qalmış hissəsinin 195.000 ABŞ dolları göstərilməsinə, buna görə də sözügedən alqı-satqı müqaviləsinin bağlanması zamanı aldadıldıqlarına istinad edirlər. İddiaçılar həm də tərəflər arasında bağlanmış alqısatqı müqaviləsində göstərilən hər birinə ödənilməli olan 5000 manatın da ödənilmədiyini, cavabdehlər isə həmin alqı-satqı müqaviləsində göstərilən səhmlərin dəyərinin iddiaçılara tam olaraq ödənildiyini, əsl razılaşmanın da tərəflər arasında məhz 5000 manat olmasını, əqdin etibarsızlığı üçün heç bir əsasın olmadığını bildirirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 339.2-ci maddəsi çıxış edir. Həmin normaya görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağlanmış müqavilənin aldatma yolu ilə bağlanmasını sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Çünki tərəflər arasında notariatda təsdiq edilmiş bir müqavilə var. Alqı-satqı müqaviləsinin mövcudluğu və həmin müqavilənin tərəfi olaraq iddiaçıların onu imzalaması müqavilənin məzmunca həqiqi olması prezumpsiyasına dəlalət edir. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş müqavilə var), yəni imza həqiqətən də sənəddə göstərilən şəxsə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin mə zmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçılar tələblərini sübut etmək üçün bir sıra hallara istinad edərək, ilk növbədə qeyd etmişlər ki, payın alqı-satqı müqaviləsinin 06.02.2014-cü il tarixdə bağlanmasına baxmayaraq, alqı-satqı olunan payın dəyəri indiyə qədər onlara ödənilməmişdir. Halbuki müqavilənin 1.2-ci bəndində «xxxx» MMC-nin payçıları X1 50% pay qalmaqla, «X13 Limited» Ticari Şirkətinin payçıları İddiaçı1 və İddiaçı2 nizamnamə kapitalında onlara məxsus olan 50% payın 25%-ni X14, 25%-ni isə Cavabdeh2 hər birinə 5000 manata satdıqları göstərilmişdir. Eyni zamanda həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, satıcı təsdiq edir ki, alıcı satılan payın bu müqavilənin yuxarıda gös tərilən satış qiymətini satıcıya bu müqavilə imzalandığı anda ödənilir. İş materiallarından məlum olur ki, iddiaçılar tələblərində 05.02.2014-cü il tarixli razılaşmaya istinad edib payların satılmasını 773.000 ABŞ dollarına razılaşdıqlarını, alqı- satqı müqaviləsində məbləğin formal olaraq 5000 manat göstərildiyini bildirsələr də, məhkəmələr həmin razılaşmanın məzmununa qiymət verməmiş, razılaşmanın məzmununda qeyd edilən «ödənilməmiş qalan 195.000 ABŞ dolları «xxxx» MMC-nin xeyrinə ödənilməlidir» cümləsinə əhəmiyyət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, halbuki müqavilədən bir gün əvvəl satıcılara razılaşdırılmış məbləğin (773000 ABŞ dolları) 578000 ABŞ dolları hissəsinin ödənilmiş olduğu qənaətinə gəlmək olar (773000-195000=578000) və qalıq 195000 ABŞ dollar ı isə razılaşmanın şərtlərinə uyğun olaraq satıcıların deyil, «xxxx» MMC-nin xeyrinə ödənilməli idi. İş materiallarından görünür ki, 05.02.2014-cü il tarixli razılaşma protokolunda «xxxx» MMC-dəki səhmin 25%-nin X14, digər 25%-nin isə Cavabdeh4 satıldığı, Cavabdeh4 özünə satılan 25% səhmin Notariat Kontorunda Cavabdeh2 adına qeydiyyata salınmasını təklif etmiş, satıcı bu təklifi qəbul etmiş, Cavabdeh4 özünə satılmış 25% səhmin ödənilməyərək qalmış 195.000 ABŞ dollarının «xxxx» MMC-yə ödəməli olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin razılaşma protokolunda qalıq borcun 195.000 ABŞ dolları məbləğində göstərilməsi tərəflər arasında bağlanmış payın alqı-satqı müqaviləsindəki nəinki 5000 manatın, həmçinin səhmlərin razılaşdırılmış dəyərinin ödənilməsi kim i qəbul edilə bilməz. Belə ki, əvvəla, müqavilədəki 5000 manat müəssisənin 50% payının dəyəri kimi reallığı əks etdirmir və qarşı tərəfin məhz payları həmin qiymətə almaları barədə dəlili açıq-aşkar əsassızdır. Elə alıcı tərəfin payı məhz həmin qiymətə almasını israr etməsi aldatmanın əvvəlcədən düşünüldüyünü, planlaşdırıldığı qənaətini formalaşdırmışdır. Çünki ağlabatan müşahidə müəssisənin payının dəyərinin yüz dəfələrlə artıq olmasını şübhə altına aldığından apellyasiya icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi 1.000.000 manat ödəməklə həmin payı geri almağa hazır olduqlarını bildirmişlər. Bundan başqa, məbləğin formal olması sözügedən razılaşma protokolunda öz əksini tapmış 195.000 ABŞ dolları məbləğində qalıq borcun göstərilməsi və bunun protokolu tərtib edən şəxslər tərəfindən onun imzalanması ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «xxxx» MMC-də pay haqqının 50%-i hələ 30.12.2003-cü ildə 100.000.000 manata alqı-satqı olunmuşdur. Tərəflər arasında 06.02.2014-cü il tarixdə bağlanmış əqd həqiqətən də aldadılma yolu ilə bağlandığından apellyasiya instansiyası məhkəməsi iddiaçıların 06.02.2014-cü il tarixli alqı-satqı müqaviləsini bağlayarkən aldadıldıqları ilə bağlı dəlillərini inandırıcı hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında «aldatma» ilə bağlı qeyd olunmuşdu ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, hazırki iş üzrə məhkəmə mübahisələri gedən zaman X15 şikayət ərizəsi ilə Binəqədi rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, Cavabdeh4 özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə Yasamal rayonu, Tatlı küçəsində 2 sot torpaq sahəsi alıb orada 2 mərtəbəli ofis binası tikib 200.000 ABŞ dollarına satacağını və əldə olunacaq 100.000 ABŞ dolları qazancdan 50.000 ABŞ dollarını X7 4-5 ay ərzində verəcəyini yalandan vəd verərək onu aldatmaqla 2008-ci ilin yanvar ayının axırlarında ondan Bakı şəhəri, Binəqədi rayonu Baksol yolunda yerləşən xxxx zavodun da işlədiyi ofisdə 100.000 ABŞ dolları məbləğində pulu alaraq ələ keçirmiş, sonuncu aldadıldığını başa düşdükdə ondan verdiyi pulu geri tələb etmiş, vermədikdə isə şikayət edəcəyini bildirdikdə Cavabdeh4 qardaşı Sadiq Məmmədovun adına olan 25.000 manat dəyərində mənzili onun adına alqı-satqı yolu ilə versə də, qalan 70.600 ABŞ dolları məbləğində pulu qaytarmayaraq ələ keçirmiş, bundan başqa təkrarən o, 2016-cı ilin fevral ayında Cavabdeh4 Hacı Reza Akbara 50.000 ABŞ dolları məbləğində firmaya material alıb verməsini, bunun müqabilində onu işə buraxacağına və istehsalı genişləndirməsini təklif etmiş, sonuncu həmin təklifi qəbul edib qeyd olunan məbləğdə materialı alıb ona vermiş, sonuncu onun etibarından sui-istifadə etməklə aldatmış, vədinə əməl etməyərək qeyd olunan məbləğdə əmlakı ələ keçirməklə X14 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla bağlı Binəqədi RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə «cinayət işi başlamaq və icraata qəbul etmək haqqında» 16.01.2017-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qətnamə çıxarılana qədər, yəni 23.09.2017-ci il tarixdə X15 ilə Cavabdeh4 arasında razılaşma müqaviləsi imzalanmışdır. Həmin razılaşma müqaviləsinə görə «xxxx» MMC-nin təsisçisi Cavabdeh4 öhdəsinə götürmüşdü ki, ilin sonuna qədər (31.12.2017-ci il) X12 «xxxx» MMC-dən tələb etdiyi ümumi zavodun 25% həcmində ona işıq və qazla təchiz olunmuş sex binası alıb versin və ya ümumi zavoddan 25% pay qüvvədə olan mülki qanunvericiliyə uyğun şək ildə bölünsün və X14 verilsin. Nəzərdə tutulan 25% həcmdə (yaxın ərazidə) işıq, qaz və istehsal üçün tələb olunan lazımi avadanlıqlarla təchiz olunmuş sex binası Cavabdeh4 tərəfindən alınıb X14 verildiyi halda heç bir əsaslı səbəb göstərmədən həmin əmlakı H.R.Əkbər qəbul etməkdən imtina edərsə, Razılaşmanın 1-ci bəndi öz hüquqi qüvvəsini itirmiş hesab olunacaqdır. Cavabdeh4 öhdəsinə götürür ki, 2017-ci ilin 31 dekabr tarixinə qədər birinci bənddə göstərilənləri icra etmədiyi halda, qeyrişərtsiz olaraq «xxxx» MMC-nin plastik sexi sonradan işlətdiyi bütün dövr ərzində həmin sexlə bağlı işıq, qaz, digər kommunal xərclər və vergi borcları X15 tərəfindən ödənilməsi şərti ilə X14 təhvil verəcəkdir. Cavabdeh4 öhdəsinə götürür ki, «xxxx» MMC-nin plastik sexində olan dəzgahları işlək, saz vəziyyətd ə, zədə almamış «xxxx» MMC-dən çıxarsa bu dəzgahlar X14 tam işlək vəziyyətdə təhvil verilmək şərti ilə verilsin. Göründüyü kimi, digər 25% paya münasibətdə tərəflər razılığa gəlmişlər və bu faktın mövcudluğu onu təsdiq edir ki, deməli, alqı-satqı edilmiş payın dəyəri ödənilməmişdir. «xxxx» MMC-nin təsisçisi Cavabdeh4 qeyd olunan razılaşma ilə X12 «xxxx» MMC-dən tələb etdiyi ümumi zavodun 25% həcmində payına uyğun olaraq ona işıq və qazla təchiz olunmuş sex binası alıb verməyi və ya ümumi zavoddan 25% payı qüvvədə olan mülki qanunvericiliyə uyğun şəkildə bölünərək X14 verilməsinə razılaşmışdır. Əqdin aldatma yolu ilə bağlanmasının təşkilində adı hallanan Cavabdeh4 həmin razılaşma ilə etiraf etmişdir ki, alqı-satqının dəyərini ödəməmişdir və onun əvəzini başqa yolla ödəyəcək. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 06.02.2014-cü il tarixli «payın alqı-satqı müqaviləsi» bağlanarkən satıcılar, yəni iddiaçılar aldadılmış, müqavilə formal olaraq bağlanmış, satılan payın dəyəri formal olaraq müəyyən edilmiş, hətta formal olaraq müqavilədə müəyyən edilmiş 5000 manat belə iddiaçılara ödənilməmiş və cavabdeh tərəf həmin məbləğin ödənilməsini sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar 06.02.2014-cü il tarixli payın alqı-satqısı barədə bağlanmış müqavilənin aldadıldıqlarına istinad etməklə etibarsız hesab olunması barədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış ə qd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Payların alqı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin tətbiqi, yəni tərəflərin əvvəlki vəziyyətə qaytarılması məsələsi yoxlanılarkən müəyyən olunmuşdur ki, hazırki iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi mümkünsüzdür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin hazırki işdə yuxarıda da göstərildiyi kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi əsasında iddiaçılara hər hansı məbləğ ödənilmədiyindən bu hal Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tərəflərin aldıqlarının geri qaytarılmasını istisna edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 (qətnamə həmin cavabdehə münasibətdə yoxlanıldığı üçün) öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Hə min Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İddiaçıların əqdin etibarsızlığı tələbi ilə bağlı qanunla müəyyən edilmiş bir illik müddətin ötürülməsi barədə cavabdehin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər (354.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü madd əsində nəzərdə tutulmuş müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir. Yəni onların tətbiqi üçün cavabdehin müddətin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Həmin müddətlərin keçməsi müəyyən olunduğu halda, məhkəmə əqdlərin etibarsızlığına dair tələbi təmin etməməlidir. Buna baxmayaraq, iş materiallarından məlum olur ki, cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi «iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi» barədə ərizəsində iddia müddətinin buraxıldığını bildirmiş, dolayısı ilə müddətin ötürülməsi əsası ilə iddianın rədd edilməsini tələb etmişdir. Hazırki işdə alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmək üçün müddətin axımı iddiaçıların hüquqlarının pozulduğunu bildiyi andan başlanır ki, həmin an da iddiaçıların həm iddia ərizəsində, həm də məhkə mə proseslərində nümayəndə və vəkilin verdiyi izahatlarda da göstərildiyi kimi, tərəflər arasında əldə olunmuş razılığa əsasən ödənilməli olan pul vəsaitinin ödənilməsindən cavabdehlərin konkret olaraq imtina etdikləri an, yəni iddia ərizəsinin verildiyi dövrə təsadüf edir. Belə ki, 05.02.2014-cü il tarixdə bağlanmış razılaşma protokolundan göründüyü kimi, Cavabdeh4 tərəfindən ona satılmış 25% səhmin dəyərinin ödənilməmiş qalmış 195.000 ABŞ dollarının ödənilməli olduğu tarix həmin protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, «artıq bir ildən çoxdur ki, bizə pul kompensasiya verməklə razı salacaqlarını bildirərək heç bir yerə şikayət etməməyimizi bildirirdilər. Son dəfə bizə 800.000 manat təklif etdilər ki, bu məbləğ bizim həmin müəssisəmizdə olan payımızın ancaq yarısının kompensasiyasını təşkil edir». Bu hal həm də Cavabdeh4 barəsində X15 tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciətin 16.01.2017-ci ildə olunduğu, bundan sonra da X15 ilə Cavabdeh4 arasında 23.09.2017-ci ildə razılaşma müqaviləsinin bağlanması ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməklə bağlı qanunla müəyyən edilmiş bir illik müddəti ötürməmişlər. Kassasiya kollegiyası qeyd edir ki, kassat or kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6823/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar