Məhkəmə qərarları › İş №2(102)-530/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-530/2020

04.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-530/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2649/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 06 mar t 2019-cu il tarixli, 2(060)-2836/2019 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-336/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 12 aprel 2005-ci il təvəllüdlü X2 və 16 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(105)-2649/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və A.Ə.Abbasov), İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməyərək,iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(060)-2836/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı alimentin miqdarının artırılması barədə iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli, 2(105)-3303/2017 saylı qətnaməsi ilə 12 aprel 2005-ci il təvəllüdlü X2 və 16 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə müəyyən olunmuş 80 manat məbləğində alimentin artırılaraq 200 manat, cəmi 40 0 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-336/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq, 12 aprel 2005-ci il təvəllüdlü X2 və 16 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 08 dekabr 2016-cı il tarixdən Cavabdeh hər ay bir uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli, 2(105)3303/2017 saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-336/2017 saylı, 01 fevral 2017-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa görə 80 manat məbləğində aliment tutulması müəyyən edilmiş, lakin bu məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdehin 3000 manata yaxın aliment borcu vardır və alimenti ödəməkdən yayınır. Alimentin məbləği artırılmalıdır. İddiaçı Aqahüseyn qızı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şika yəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X6 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilm işdir ki, cavabdeh hər ay 250 manat aliment ödəyə bilməz. Onun ancaq orta təhsili vardır, bu səbəbdən işsizdir, stabil gəliri yoxdur, həyətlərdə fəhlə işləri olan zaman çox xırda (günə 5-10 manat) muzd məbləğində bu işləri görür. Quba Rayon Məhkəməsinin 2(027)-336/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa sabit pul məbləğində 80 manat olmaqla, iki uşağa görə hər ay cəmi 160 manat alimentin tutulması tam əsaslıdır və o, hazırda 160 manat aliment ödəməyə razıdır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən aliment ödəməli şəxsin maddi durumunu, onun faktiki ödəniş qabiliyyətini nəzərə almalıdır. Hazırda onun üzərinə ayda 250 manat aliment ödənilməsi vəzifəsinin qoyulması əvvəlcədən onun bu məbləği ödəyə bilməyəcəyini bilməklə, gələcəkdə onun qanun qarşısınd a məsuliyyət daşımaqla, özündən asılı olmayan səbəblərdən süni şəkildə cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxara bilər. Bu isə nəticə etibarı ilə nə onun uşaqlarına, nə də uşaqların himayəsində qaldığı İddiaçı xeyirli bir iş olmaz. İddiaçı da onun gələcəkdə aliment ödəyə bilməyinin təmin olunması üçün ayda 160 manat aliment ödəməyinə razılıq verməlidir. O, hazırda ayda 160 manat alimenti ödəməyə belə çox çətinlik çəkir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı Aqahüseyn qızı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 4 15.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlan ılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 12 aprel 2005-ci il tarixdə X4 və 16 avqust 2007-ci il tarixdə X7 anadan olmuşlar. İş materiallarından məlum olur ki, Quba Rayon Məhkəməsinin 2(027)-336/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə 12 aprel 2005-ci il təvəllüdlü X2 və 16 avqust 2007ci il təvəllüdlü X3 y etkinlik yaşına çatana kimi saxlanmaları üçün 08 dekabr 2016-cı il tarixdən Cavabdeh hər ay bir uşağa görə ayda 80 manat olmaqla, iki uşağa görə hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli, 2(105)3303/2017 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Quba Rayon Məhkəməsinin 2(027)-336/2017 saylı, 01 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin 12 aprel 2019-cu il tarixdə Cavabdeh ünvanladığı uçota dair arayışdan görünür ki, vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə m əlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha dax il olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı öd əmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuş və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı Aqahüseyn qızının nikahından 12 aprel 2005-ci il tarixdə X4 və 16 avqust 2007-ci il tarixdə X7 anadan olmuşlar. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136,60 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu qanun qəbul olunan vaxtdan keçən müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşaqların saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 m anat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin rəsmi olaraq işləməməsi, onu uşaqları saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın qalan hissəsini ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü bar ədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmı r. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımın dan ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2649/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar