Məhkəmə qərarları › İş №2(102)-530/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-530/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-530/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-***/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2011-ci il tarixli 346/11 nömrəli bərpa olunan təminatsız kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 (on iki)ay müddətinə 18% dərəcəsi ilə 25.000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 01 noyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə əsas borc üzrə 25.000 (iyirmi beş min) manat, faiz borcu üzrə 28.000 (iyirmi səkkiz min) manat, cərimə borcu üzrə 18. 650 (on səkkiz min altı yüz əlli) olmaqla, cəmi 71.650 (yetmiş bir min altı yüz əlli) manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin, ödənilmiş dövlət rüsumunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 346/11 nömrəli, 04 oktyabr 2011-ci il tarixli kredit müqaviləsinə 01 noyabr 2018-ci il tarixə Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 25.000 (iyirmi beş min) manat, faiz borcu üzrə 28.000 (iyirmi səkkiz min) manat, cərimə borcu üzrə 18.650 (on səkkiz min altı yüz əlli) olmaqla, cəmi 71.650 (ye tmiş bir min altı yüz əlli) manat borcun və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətini tətbiq etməklə, onun iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı isə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödənişin 19.10.2016-cı il tarixdə aparmaqla iddia müddətinin axımının kəsildiyini və buna görə də, 19.11.2018-ci il tarixdə iddia verilərkən iddia müddətinin buraxılmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2019-cu il tarixli 6334 nömrəli rəyinin məzmunundan görünür ki, Cavabdeh 04 oktyabr 2011-ci il tarixli 346/11 nömrəli kredit müqaviləsi üzrə 01 noyabr 2018-ci il tarixə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 25.000 (iyirmi beş min) manat, faiz borcu üzrə 23.087,50 (iyirmi üç min səksən yeddi manat əlli qəpik) manat olmaqla, cəmi 48.087,50 (qırx səkkiz min səksən yeddi manat əlli qəpik) manat məbləğində borcu vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005)-***/2019 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554.1, 554.4, 377.1, 372.1, 372.2, 373.2, 373.3-cü maddələrinə istinad ed ərək, qeyd etmişdir ki, müvafiq kredit müqaviləsi tərəflər arasında 04 oktyabr 2011-ci il tarixdə 12 (on iki) ay müddətinə bağlanılmış, kreditin bitmə tarixi 04 oktyabr 2012-ci il müəyyən edilmişdir. Lakin Cavabdeh kreditin bitmə tarixindən dörd il on beş gün keçdikdən sonra son ödəniş olaraq 5.000 (beş min) manat ödəniş etməsini əsas götürən iddiaçı şəxs iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddəti bitdikdən sonra edilmiş ödəniş əhəmiyyətsizdir və iddiaçının məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)***/2019 saylı, 27 avqust 2020-ci il tarix li qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdım olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının kredit müqaviləsinin müddətinin bitdiyi 04 oktyabr 2012-ci il tarixdən hesablanması və iddianın rədd edilməsi düzgün deyil. Çünki məhkəmənin də öz qətnaməsində qeyd etdiyi kimi cavabdeh tərəfindən 19.10.2016-cı il tarixində 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şə xs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Deməli cavabdeh tərəfindən sonuncu ödəniş edildikdən sonra iddia müddətinin axımı yenidən başlayaraq üç il müddətinə hesablanmalı idi. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Kazımov Elşən - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) 14 sentyabr 2020-ci il tarixli 2(103)-***/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-***/2019 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətind ə göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, 04 oktyabr 2011-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 04 oktyabr 2012-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti 04 oktyabr 2015-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 19.11.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 4 il 15 gün sonra ödəniş etməsi, iddia müddətinin keçməsini istisna etmir. Çünki, qeyd olunan ödəniş 3 il müddət, yəni iddia müddəti keçdikdən sonra edilmişdir. Bu fakt isə iddia müddətinin ötürülməsinə təsir etmir və iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilə b ilməz. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətin öhdəliyin icra müddətinin tamam olmasından sonrakı yalnız 3 il ərzində edilməli olması qanunvericilikdə təsbit edilməyib. Hər bir halda cavabdeh tərəfindən borc etiraf edilmişdir və 19.10.2016-cı il tarixində iddia müddətinin axımı yenidən başlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Bu isə işə bərabərlik və obyektivlik prinsiplərinin pozulması ilə baxılması deməkdir, çünki birinci instansiya məhkəməsi tərəfindən işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı pretenziya xarakterli məktubları göndərilib və borclu krediti götürən zamandan etibarən tam və düzgün qaydada ödəniş etməyib ki, bu da borclunun əvvəldən ödəniş etmək fikrində olmadığını bir daha sübut edir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edil məsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahis ə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə

380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”3 iyun 2013-cü il tarixli Qərarı: ”...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan iba rətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ”373.2 və ”377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kassatorun istinad etdiyi Mülki Məcəllənin 380-ci maddəsinin məzmunundan aydın olur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddəti hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. Buna görə də, məhkəmə kollegiy ası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar