Məhkəmə qərarları › İş №2(102)-5300/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5300/2019

31.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5300/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli 2(103)2539/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-5660/2018) İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair idd iası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 29 aprel 2013-cü il tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi haqqında 03 avqust 2015ci il tarixli razılaşma ilə həmin vaxta mövcud olan borc kapitallaşdırılaraq 35.241.00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin razılaşmaya əsasən tərəflər arasında bağlanmış 29 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilmişdir. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 aprel 2013-cü il tarixli müqaviləyə əsasən bankdan manatla kredit götürməsinə baxmayaraq, 03 avqust 2015-ci il tarixli razılaşmanın bağlanması zamanı bank tərəfindən aldadılaraq 35.241 ABŞ dolları məbləğində kreditin verilməsinə dair onunla müqavilə bağlanmasını əsas göstərməklə 29 aprel 2013-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsin i xahiş etmişdir. Kassasiya kollegiyasının cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Tərəflər arasında 29 aprel 2013-cü il tarixdə yaranmış kredit münasibətləri 03 avqust 2015-ci il tarixli razılaşmaya əsasən dəyişdirilməklə tərəflərin öhdəlikləri həmin razılaşma əsasında müəyyən olunmasına baxmayaraq, X.B.Xəlilov yalnız 29 aprel 2013cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmış, 03 avqust 2015-ci il tarixli razılaşmaların (kredit və ipoteka müqavilələri üzrə) qanuniliyini mübahisə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zor akılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 29 aprel 2013-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı İddiaçı tərəfindən yalnız 2018-ci ilin avqust ayında, 5 ildən artıq bir müddət keçdikdən sonra mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi həmin iddianın qanunda müəyyən olunmuş müddətin ötürülməklə irəli sürülməsinə əsaslanaraq iddianın rədd olunmasını əsaslı saymışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq qətnaməni qanuni və əsaslı, kassasiya şikayətini isə əsassız sayır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar