Məhkəmə qərarları › İş №2(102)-5302/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5302/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5302/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması 25.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3752/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC və Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MMC 23 fevral 2013-cü il tarixli 257 nömrəli müqaviləsi ilə ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 m2dən ibarət olan 3 otaqlı 62 saylı mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 124.480 manat təşkil etmişdir.

2. Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur, həmin yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 m2-dən ibarət olan 3 otaqlı 62 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh1 MMC-yə qeyd edilən mənzilə dair borcu yoxdur.

3. Cavabdeh1 MMC-nin direktoru olmuş X8 ba rəsində MMC-nin inşa etdiyi binadakı mənzillərin təkrar satılması ilə bağlı başlanılmış cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biri - İran vətəndaşı Khalilzad Zohreh olmuşdur. Belə ki, ünvan 2 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasında, sahəsi 155,6 kv.m. olan 3 otaqlı 77 saylı mənzil K.Zohrehə təkrar satılmışdır.

4. Khalilzad Zohreh cinayət işinin gedişində-xx.xx.2015-ci ildə ərizə ilə Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə müraciət edərək ona satılan mənzilin şəxsi xahişi ilə həmin ünvanda başqa mənzillə əvəzləşdirildiyini, buna görə də “STS” şirkəti və Məzahir Cəfərova qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Həmçinin, K.Zohreh, cinayət işinin gedişində, 20 aprel 2015-ci ildə ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında müqav ilə əsasında aldığı sahəsi 155,6 kv.m. olan. 3 otaqlı mənzil ilə təmin olunduğunu, buna görə də Cavabdeh1 MMC-yə və onun direktoru Məzahir Cəfərova qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7029/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair iddia təmin edilərək, ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7029/2017 saylı iş üzrə 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh1nə və X4 qarşı “sahibliyə və istifadəyə yaradılan maneələrə son qoyulması, müqavilələrin etibarsız sayılması, mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” haqqında iddia tələbləri rədd edilmiş, X3 və Cavabdeh1 MMC-nin iddiaları qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış, ünvan 5 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında sahəsi 155,6 kv.metr olan 3 otaqlı mənzilin verilməsinə dair xx.xx.2013-cü il tarixli 257 saylı müqavilə qismən, 15-ci mərtəbədə yerləşən 62 nömrəli (mübahisə predmeti olan) mənzilə aid hissədə etibarsız hesab edilmiş, X1 və Cavabdeh1 MMC-nin iddiaları qalan hissədə təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5312/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Sahil-D Kompani MMC və Cavabdeh2 iddiaçının xeyrinə ünvan 5 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv.m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə ödəd iyi 124.480 manat, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 53.416 manat faiz məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə iddiasını onunla əsaslandırmışdır ki, mənzil 2013-cü ilin fevralında iddiaçıya satılmış və təhvil verilmişdir. Sonradan cavabdeh MMC və onun təsisçisi Cavabdeh2 qanuna zidd hərəkətləri nəticəsində, saxta yolla İran vətəndaşı K.Zohrehə “hədiyyə edilmişdir”. Nəticədə iddiaçıya külli miqdarda zərər dəymişdir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-295/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilərək, ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 15-ci mərtəbə, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı, 62 saylı mənzilin dəyəri kimi ödənilmiş 124.480 (bir yüz iyirmi dörd min dörd yüz səksən) manat pulun Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, sözügedən mənzilin əldə edilməsi üçün hazırkı iş üzrə İddiaçı tərəfindən mənzilin dəyəri kimi 124480 manat məbləğində pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Qeyd edilən hal məhkəməyə təqdim edilmiş xx.xx.2013cü il tarixli maliyyə arayışı ilə də təsdiqini tapmışdır. Belə ki, həmin maliyyə arayışında ünvan 5 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində tikinti sahəsi 155,6 kv. m. olan 3 otaqlı 62 nömrəli mənzilə görə İddiaçı tərəfindən mənzilin pay dəyərinin tam ödənildiyi və hazırda onun MMC-yə borcu olmadığı göstərilmişdir. Arayış Cavabdeh1 MMC-nin direktoru Cəfərov.M.İ tərəfindən imzalanmışdır.

12. Hazırkı iş üzrə İddiaçı iddia ərizəsi ona dəymiş mənzilə görə ödənilən 124.480 manat zərər hissəsində əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2013-cü il tarixli 257 nömrəli müqavilə etibarsız hesab edilməsi həmin tərəflər arasında müqavilə bağlanmazdan əvvəlki vəziyyətin yaradılmasına əsas olmalıdır. Belə ki, qeyd edilən mənzil hazırda İddiaçı alınsa da, həmin mənzilin dəyəri kimi ödənilmiş 124.480 manat məbləğində pul İddiaçı geri qaytarılmamışdır. Bununla da iddiaçıya maddi zərər vurulmuşdur.

14. Mə hkəmə iddia tələbini hesablanmış 53.416 manat faiz borcunun tutulmasını hissəsində əsassız hesab etmişdir. Belə ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona maddi zərərdən əlavə olaraq 53.416 manat məbləğində zərər vurulduğunu, mənzilin dəyəri kimi ödənilmiş 124.480 manat pulun cavabdehdə saxlanmasının iddiaçını əldə edə biləcəyi hansı gəlirlərdən məhrum etdiyini əsaslandırmamış və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 449.1, 1096, 1097.1, 1115-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin mənzilə görə ödənilmiş pulun gecikdirilməsinə görə hesablanmış 53416 manat faiz məbləğinin tutulmasının təmin edilməməsi hissəsində mübahisələndirərək, həmin hissədə qətnamənin ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.

17. İddiaçının apelyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır

18. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi mənzilə görə MMC-yə hər hansı vəsait ödəmədiyindən, onun mənzilə görə pul tələbi barədə iddiası əsassız olduğundan, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3752/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin pul vəsaitinin gecikdirilməsinə görə cavabdehdən illik 5% pul t utulmasının təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 MMC-dən müqavilə əsasında ödənilmiş 124.480 manat məbləğində pul vəsaitinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla, 53.416 (əlli üç min dörd yüz on altı) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunan hissəsi ilə bağlı gəldiyi nəticəni işin materiallarına uyğun olaraq əsaslı və qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun hesab etmişdir.

22. İddia tələbinin təmin olunan hissəsi ilə razılaşmayan cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərini müzakirə edib qiymətləndirərək, apellyasiya i nstansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, "xxxx" Kiçik Müəssisəsi ilə Cavabdeh1 MMC-nin təsisçilərindən biri Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2011-ci il tarixli müqavilə münasibətlərinin, bu münasibətlər çərçivəsində Cavabdeh1 MMC-nin "xxxx" Kiçik Müəssisəsinə bəzi mənzillər verməsi, o cümlədən mübahisəli olan 62 saylı mənzilin "xxxx" Kiçik Müəssisəsi adından Qoşqar Yusifovun adına rəsmiləşdirilməsi, İddiaçı mənzilin pulunu şirkətə deyil, Qoşqar Yusifova verməsi, sonradan isə "xxxx" Kiçik Müəssisəsinin öhdəliklərini icra etməməsi iddiaları mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Çünki Cavabdeh1 MMC, əvvəlcə sahəsi 155,6 kv.m. olan 3 otaqlı mənzili Qoşqar Yusifova verməyi öhdəsinə götürmüş, sonra dan isə eyni mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı, mənzilin dəyərini faktiki olaraq Qoşqar Yusifova ödəsə də, hüquqi sənədləşməni Cavabdeh1 MMC ilə apararaq mənzilin alqı-satqısına dair yazılı müqaviləni həmin şirkətlə bağlamış və ona tam ödəniş barədə maliyyə arayışı verilmişdir. Yeni inşa edilən çoxmərtəbəli binalarda mənzili payçıdan alan şəxsin pulu əvvəlki müqavilə sahibinə verməsi, sənədləşməni isə tikinti şirkəti ilə aparılması hamıya məlum olan haldır. Başqa sözlə, Cavabdeh1 MMC-nin həmin müqavilələrlə üzərinə öhdəlik götürdükdən və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı verdikdən sonra "xxxx" Kiçik Müəssisəsinin öhdəliyini yerinə yetirməməsini iddia etməklə, İddiaçı ilə bağladığı müqaviləni tanımaması əsaslı sayıl a və onu İddiaçı qarşısındakı öhdəlikdən azad edə bilməz. Odur ki, İddiaçı xx.xx.2013-cü il tarixli, 257 nömrəli müqaviləyə dayanaraq, orada göstərilən 155,6 kv.metr sahədən ibarət 3 otaqlı mənzili (mübahisəli 62 nömrəli mənzil istisna olmaqla), yaxud müqavilədən imtina edərək düşdüyü bütün zərərlərin əvəzini Cavabdeh1 MMC-dən tələb etmək hüquqları vardır.

23. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, cavabdehin iddianın təmin olunan hissəsi üzrə apelyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğv üçün əsaslı hesab edilmir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir.

24. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə görə ödənilmiş olan 124.480 manat pulun gecikdirilməsinə görə hesablanmış 53416 manat faiz məbləğinin cavabdehdən tutulması barədə hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçı mənzilə görə ödəmiş olduğu pulun cavabdehdə saxlanılmasının iddiaçının əldə edə biləcəyi hansı gəlirdən məhrum olduğunu əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir.

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamış və həmin tələbə münasibətdə maddi hüquq norması səhv tətbiq edilmişdir.

26. Belə ki, cavabdeh iddiaçı ilə bağlanmış müqaviləni tanım ır və həmin müqaviləyə görə hər hansı bir məbləğdə pul ödənilmədiyini bildirsə də, hazırda qanuni qüvvədə olan məhkəmə qətnamələri və hazırki apellyasiya icraatında iddiaçının cavabdehlə mənzil alınmasına dair 2013-cü ildə bağladığı müqavilənin qanuni olması və həmin müqaviləyə görə 124.480 manat pul vəsaiti ödəməsi təsbit olunmuşdur. İddiaçının cavabdehlə bağladığı müqavilənin qanuni olması və həmin müqaviləyə görə iddiaçı tərəfindən müqavilə bağlandığı tarixdən iddia qaldırılan vaxta kimi həmin pul vəsaitinin cavabdehdə qanunsuz qalması müəyyən olunur. İddiaçı məhz işin bu halını nəzərə alaraq həmin pul vəsaitinin 8 il 7 ay ərzində cavabdehin özündə saxlandığından, həmin məbləğə illik 5% hesablanmaqla (124.480 manat x 5% x 8 il 7 ay = 53416) ödənilməsini tələb etmiş və tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbi ilə əsaslandırmışdır.

27. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslandırdığı qeyd edilən maddi hüquq normasına hər hansı bir münasibət bildirmədən, həmin hala Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

28. Cavabdeh1 MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməsini, iddianın həmin hissələrdə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil İddiaçı Məzahir Məmmədovun Cavab deh2la bağladığı müqavilə əsasında verilmişdir. Məzahir Məmmədov isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan əlavə, İddiaçı da imzaladığı izahata əsasən o, sözügedən mənzil üçün Cavabdeh1 MMC-yə pul ödəməmişdir. Bütün bunlara əsaslanaraq, hesab edir ki, İddiaçı qarşısında Cavabdeh1 MMC-nin heç bir öhdəliyi yoxdur Lakin işə baxmış Bakı Apellyasiya Məhkəməsi işin bu hallarını nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

30. İddiaçı Cavabdeh1 MMC-yə ünvan 5-cı məhəllədə inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 62 nömrəli mənzilin əldə olunması üçün hər hansı məbləğdə pul ödəməmişdir. Belə olan halda Cavabdeh1 MMC-nin iddiaçı qarşısında hər hansı öhdəliyi də yaranmamışdır. Mənzil ə görə pul ödənilmədiyi və öhdəlik yaranmadığı halda, öhdəliyin gecikdirilməsi müzakirə predmeti ola bilməz. Lakin işə baxmış Bakı Apellyasiya Məhkəməsi işin halı kimi əsassız olaraq müəyyən etmişdir ki, Cavabdeh1 MMC, iddiaçıya aid pul vəsaitini qanunsuz saxlamışdır.

31. Həmçinin, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 53.416 manat məbləğində əldən çıxmış faydanın tutulmasını tələb edən iddiaçı, tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslanmışdır. Lakin bu zaman iddiaçı cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını t əsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamış, müzakirə olunan hissədə iddianın təmin edilməsi barədə iş üzrə əsassız və qanunsuz nəticəyə gəlmişdir. b)

32. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

33. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

40. Ma ddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

41. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MPM

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirilir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mə hkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tərəflərin dəlilləri ilə bağlı qeyd etmişdir ki, "xxxx" Kiçik Müəssisəsi ilə Cavabdeh1 MMC-nin təsisçilərindən biri Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2011-c i il tarixli müqavilə münasibətlərinin, bu münasibətlər çərçivəsində Cavabdeh1 MMC-nin "xxxx" Kiçik Müəssisəsinə bəzi mənzillər verməsi, o cümlədən mübahisəli olan 62 saylı mənzilin "xxxx" Kiçik Müəssisəsi adından Qoşqar Yusifovun adına rəsmiləşdirilməsi, İddiaçı mənzilin pulunu şirkətə deyil, Qoşqar Yusifova verməsi, sonradan isə "xxxx" Kiçik Müəssisəsinin öhdəliklərini icra etməməsi iddiaları mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Çünki Cavabdeh1 MMC, əvvəlcə sahəsi 155,6 kv.m. olan 3 otaqlı mənzili Qoşqar Yusifova verməyi öhdəsinə götürmüş, sonradan isə eyni mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı, mənzilin dəyərini faktiki olaraq Qoşqar Yusifova ödəsə də, hüquqi sənədləşməni Cavabdeh1 MMC ilə apararaq mənzilin alqı-satqısına d air yazılı müqaviləni həmin şirkətlə bağlamış və ona tam ödəniş barədə maliyyə arayışı verilmişdir. Yeni inşa edilən çoxmərtəbəli binalarda mənzili payçıdan alan şəxsin pulu əvvəlki müqavilə sahibinə verməsi, sənədləşməni isə tikinti şirkəti ilə aparılması hamıya məlum olan haldır. Başqa sözlə, Cavabdeh1 MMC-nin həmin müqavilələrlə üzərinə öhdəlik götürdükdən və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı verdikdən sonra "xxxx" Kiçik Müəssisəsinin öhdəliyini yerinə yetirməməsini iddia etməklə, İddiaçı ilə bağladığı müqaviləni tanımaması əsaslı sayıla və onu İddiaçı qarşısındakı öhdəlikdən azad edə bilməz. İddiaçı xx.xx.2013-cü il tarixli, 257 nömrəli müqaviləyə dayanaraq, orada göstərilən 155,6 kv.metr sahədən ibarət 3 otaqlı mənzili (mübahisəli 62 nömrəli mənzil istisna olmaq la), yaxud müqavilədən imtina edərək düşdüyü bütün zərərlərin əvəzini Cavabdeh1 MMC-dən tələb etmək hüquqları vardır.

51. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış müqaviləni tanımadığını və həmin müqaviləyə görə hər hansı bir məbləğdə pul ödənilmədiyini bildirsə də, hazırda qanuni qüvvədə olan məhkəmə qətnamələri və hazırki apellyasiya icraatında iddiaçının cavabdehlə mənzil alınmasına dair 2013-cü ildə bağladığı müqavilənin qanuni olması və həmin müqaviləyə görə 124.480 manat pul vəsaiti ödəməsi təsbit olunmuşdur. İddiaçının cavabdehlə bağladığı müqavilənin qanuni olması və həmin müqaviləyə görə iddiaçı tərəfindən müqavilə bağlandığı tarixdən iddia qaldırılan vaxta kimi həmin pul vəsaitinin cavabdehdə qanunsuz qalması müəyyən olunur. İddiaçı məhz işin bu halını nəzərə alaraq həmin pul vəsaitinin 8 il 7 ay ərzində cavabdehin özündə saxlandığından, həmin məbləğə illik 5% hesablanmaqla (124.480 manat x 5% x 8 il 7 ay = 53416) ödənilməsini tələb etmiş və tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbi ilə əsaslandırmışdır və bu tələbində haqlıdır.

52. Apellyasiya məhkəməsinin qənaətinə görə yuxarıda göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı cavabdehlə müqavilə münasibətlərində olmuş və bu münasibətlərdə olma faktiki olaraq qanuni qüvvədə olan qətnamə ilə də müəyyən edilir. Məhz həmin qətnamə ilə iddiaçının cavabdehə qarşı müqavilədə göstərilən məbləğlə bağlı tələbinin olması müəyyən olunur. Bu zaman isə iddiaçı haqlı olaraq məhrum olduğu və ödədiyi məbləğlə yanaşı Mülki Məcəlləni n 445.7-ci maddəsinə istinadən faiz tələb edir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Kassasiya şikayətlərinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayət inin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3752/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar