Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5303/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-3651/2018 saylı mülki iş) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 X2 xeyrinə 155000 (yüz əlli beş min) manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 Səmndər oğluna məxsus, girov predmeti olan ** ND *** dövlət qeydiyyat nişanlı Mersedes Benz CLK 300 minik markalı, universal tipli, 2011-ci il buraxılışlı, ağ rəngli avtomobilə, Bakı şəhəri, ÜNVANndə mülkiyyətində olan 0,25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı,214.6 kv.m yaşayış, 77.1 kv.m köməkçi sahəsindən ibarət 1284 nömrəli bağ evinə, Bakı şəhəri, ÜNVAN1 3/6 nömrəli yaşayış evinin, 4 saylı mənzilinə, Bakı şəhəri, ÜNVAN2ndə binanın zirzəmisindəki 75,8 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsini, həmin əmlakların açıq hərracda satılması, girov predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitlərindən X3 ödənilməli borc ödənildikdən sonra həmin vəsaitin qalan hisəsi Cav abdeh2 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışınski (sədrlik edən, məruzəçi), Z.Əliyev və R.Eyvazov, 2(103)-2956/2019 saylı mülki iş) hazırki iş üzrə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 155000 (yüz əlli beş min) manat məbləğində pulun tutulmasına, tutmanın onların birgə ümumi əmlak olan Mersedes Benz CLK 300 minik markalı, avtomobilinə, Bakı şəhəri, ÜNVANndəki 1284 nömrəli bağ evinə, Bakı şəhəri, ÜNVAN1 3/6 nömrəli yaşayış evinin, 4 saylı mənzilinə, Bakı şəhəri, Səb ail rayonu, S.Rüstəmov küçəsində binanın zirzəmisindəki qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməsinə dair birinci instaniya məhk əməsinin qətnaməsini qüvvədə saxlayaraq, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı X4 arasında 18 avqust 2017-ci il tarixdə borc müqaviləsi bağlanaraq, iddiaçı tərəfdən cavabdehlərə 155000 manat məbləğində borc pul verilmiş cavabdehlər həmin borcu 18 avqust 2018-ci il tarixədək iddiaçıya geri qaytarmağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər iddiaçıdan borc aldıqları pulu müqavilə(qəbz) ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmiş, cavabdehlər borc müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən, onların iddiaçıya 155000 manat məbləğində borcları vardır və həmin borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehlər iddiaçıdan g ötürdükləri borcun təminatı kimi özlərinə məxsus əmlakları borcun təminatı olaraq iddiaçıya girov vermişlər. Cavabdehlər tərəfindən öhdəliklər icra olunmadığından, məhkəmə tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan əmlaklara yönəlməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitindən borcun ödənilməsi barədə tələbləri əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozmaqla qəbul edilmişdir. İş materiallarından görünür ki, 18 avqust 2017-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 155.000 manat məbləğində pul almışdır. Bakı şəhəri, ÜNVANndəki 1284 nömrəli bağ evi-60000 manat qiymətinə; Bakı şəhəri, ÜNVAN1 3/6, mənzil 4-30000 manat qiymətində; Bakı şəhəri, ÜNVAN2ndə binanın zirzəmisindəki qeyri-yaşayış sahəsi- 40000 manat; Mersedes Benz CLK 300 minik avtomobilini -25000 manat qiymətində girov qoyaraq bir il ərzində pulu qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdeh1 kassasiya şikayətinin dəlillərindən görünür ki, onunla iddiaçı arasında əmlakın ipoteka iə yüklü edilməsinə dair razılaşma olmamışdır. İş materiallarında da məhkəmə qətnaməsi ilə tutma yönəldilən əmlakın cavabdehlər tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Bundan əlavə X1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun ümumilikdə 325.000 (üç yüz iyirmi beş min) manat məbləğində pulunu mənimsəmişdir. Bununla əlaqədar, Cavabdeh2 barəsind ə Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddənin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmü ilə şəxs cinayətin törədilməsində təsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm ilə məhkəmə iddianın təmin tədbiri haqqında ərizə təmin edilmiş, Cavabdeh2 məxsus olan əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır. Ərizəyə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmünün surəti ilə də təsdiq edilir ki, hazırki məhkəmə qətnaməsi ilə hərraca çıxarılıb satılması nəzərdə tutulan əmlakların məhkəmənin hökmü ilə üzərinə həbs qoyulmuşdur. Belə olan halda cavabdehlərə məxsus əmlakların açıq hərracda satılmasına dair gəldiyi nəticə yə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1.317.1,319.1-ci maddələrini apellyasiya instansiyası məhkəməsi düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-5303/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5303/2019
31.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver