Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5306/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı X Cavabdeh qarşı krediti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddiaçı X Cavabdeh qarşı krediti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bank ilə cavabdeh arasında bağlanmış 19.10.2010-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 13.233,56 manat, 25.02.2020-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.266,92 manat məbləğində pulun; ödənilmiş dövlət rüsumunun əvəzini təşkil edən 30 manat məbləğində pulun 5 manat hissəsinin cavabdehdən tutularaq QSC-yə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 42 manat hissəsinin QSC-dən, 8 manat hissəsinin isə cavabdehdən tutularaq dövlət b üdcəsinə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Şamayev) Nəsimi rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il tari xli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X (bundan sonra “QSC”)Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə verərək, “xxxx” ASC (bundan sonra – Bank) ilə Cavabdeh arasında 19.02.2010-cu il tarixli, 4540 nömrəli və 25.02.2010-cu il tarixli 4560 nömrəli “Kredit müqavilələri” üzrə yaranmış və ödənilməmiş qalan kredit borcunun ödənilməsi məqsədi ilə 115.137,85 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh tutularaq iddiaçı QSC-yə ödənilməsi, borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, cavabdehin həmin əmla klar üzərində olan mülkiyyət hüququna xitam verilməsi, QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə QSC-nin həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydə alınmasına dair öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bankın “M ərkəzi” filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 19.02.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 17 faiz dərəcəsi ilə 12 ay müddətinə 87.750 manat məbləğində kredit verilmişdir. “Məxaric orderinə əsasən 19.02.2010-cu il tarixdə Bankdan 83.331 manat məbləğində vəsait götürmüşdür. Bankın “Mərkəzi” filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 25.02.2010-cu il tarixli “Kredit müqaviləsinə əsasən Bank tərəfindn Cavabdeh kreditdən istifadəyə görə illik 17 faiz dərəcəsi ilə 12 ay müddətinə 75.375 manat məbləğində kredit verilmişdir. Məxaric orderinə əsasən 25.02.2010-cu il tarixdə Bankdan 75.000 manat məbləğində vəsait götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2010-cu il tar ixli ekspert rəyinə əsasən Cavabdeh tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 19.02.2010-cu il tarixli “Kredit müqaviləsinin” şərtləri əsas götürülməklə 19.02.2011-ci il tarixədək Banka olan borcu 82.983,56 manat (əsas borc üzrə: 69.750 manat, faiz borcu üzrə: 13.233,56 manat); 19.02.2011-ci il tarixdən 14.04.2017-ci il tarixədək Cavabdeh tərəfindən Banka 69.750 manat məbləğində ödəniş aparılmış, lakin bu ödənişlər ekspert qarşısında qoyulan sual göstərilən tarixdən sonra olduğu üçün nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldı qlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu Cavabdeh verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə m üvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qətnamədən kassasiya şikayəti vermiş QSC apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, cavabdeh tərəfindən borcun tam ödunməsi ilə bağlı heç bir sübut təqdim edilməməsinə baxmayaraq apellasiya instansiyası məhkəməsi yalnız ek spert rəyinə istinad etməkdə haqlı olmamışdır. Məhkəmə, kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, Bank ilə Cavabdeh arasında bağlanmış “Kredit müqavilələri” 12 ay müddətinə bağlanmış, yəni onların müddəti müvafiq olaraq 19.02.2011-ci il və 25.02.2011-ci il tarixdə bitmişdir. Bundan başqa kassator ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı bir fakta instinad etməmişdir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə nəzərdə tutulmuş faizlərin hesablanması dayandırıl malıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5306/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5306/2019
18.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver