Məhkəmə qərarları › İş №2(102)-5308/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5308/2019

18.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5308/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelliyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 11,635.86 ABŞ dolları əsas borc, 2,419.58 ABŞ dolları faiz borcu, cəmi 14,055.44 (on dörd min əlli beş ABŞ dolları, qırx dörd sent) ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus 90-W-987 dövlət qeydiyyat nişanlı, “Hyundai Genesiş» minik markalı (buraxılış ili 2010, Ban KMHGG41EBAU088496, rəngi -Ağ) dövlət qeydiyyat nişanlı av tomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına “xxxx” MMC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədov və N.Cəfərov) Nərimanov rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh 11.635,86 ABŞ dolları əsas min əlli beş dolları qırx dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə tutulmasına» aid hissədə dəyişdirilərək, Cavabdeh 11.620,31 ABŞ dolları əsas borc, 1294,05 AB Ş dolları faiz borcu məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə tutulması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət e dərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmədinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia vermişdir. Həmin tələb üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC yazılı ərizə verərək Cavab deh qarşı əsas və faiz borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasından imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticə lərini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina ərizəsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiadan imtina ərizəsi qəbul edilməli mülki işin icraatına xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı MMC-nin iddiadan imtina ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunu n qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar