Məhkəmə qərarları › İş №2(102)-531/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-531/2020

18.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-531/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi, Cavabdeh1 və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ET Dİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia qismən təmin edilərək, Cavabdeh1 Cavabdeh2 götürdüyü 15.000 manat məbləğində puldan yaşayış evinə vurulmuş 3577,0 manat ziyan çıxılmaqla qalan 11.423 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Məmmədov, hakimlər L.Məmmədova, S.Qafari) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 1142 3 (on bir min dörd yüz iyirmi üç) manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının sağlamlığının pozulması ilə əlaqədar Cavabdeh2 tərəfindən ödənilmiş 11,423 manat məbləğində vəsaitin Cavabdeh1 və əmlakına vurulmuş maddi ziyana görə 6970 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 “xxxx” MMC-nin “X11 Qaz Xidmətinin” yeraltı xətt baxıcısı vəzifəsində işləyərkən vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində xx xxxx 2016-cı il tarixində qazın sızaraq iddiaçının yaşadığı evin 2-ci otağının altına dolmasını aşkar edə bilməmiş, nəticədə xx xxxx 2016-cı il tarixdə, saat 09 radələrində evdə yaşayan İddiaçı otaqda olan qaz sobasını yandırması zamanı otağın döşəməsinin altına dolmuş qazın partlayışı baş vermiş, partlayış zamanı evdə yaşayan 1990-cı ildə anadan olmuş İddiaçı sağlamlığına üzün, boyunun, hər iki əllərin, hər iki aşağı ətrafların bədənin 50-55 %-ni əhatə edən İİİ A-İİİ B dərəcəli termiki yanığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan ağır, 2008-ci il təvəllüdlü X2 yarısının, sol qulaq seyvanının və hər iki əllərin arxa səthinin İİ-İİİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan yüngül, 2011-ci il təvəllüdlü X1 sağ əlin İİ barmağının İ-İİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan yüngül, 1979-cu il təvəllüdlü Cavabdeh1 sağlamlığına hər iki ayaqaltı nahiyənin, sağ ayağın ön səthinin-bədənin 3 faizini əhatə edən termiki yanığı ilə müşaiyət olunan yüngül zərər vurulmasında, evdə olan 62 adda əmlakın yarasız hala düşməsi nəticəsində zərərçəkmişə 6970 manat, yaşayış evinin dağılması nəticəsində isə ev sahibi X6 3577 manat məbləğində maddi ziyan dəyməsində ifadə olunan fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Hadisənin baş verməsində təqsirliliyi müəyyən olunduğuna görə Goranboy Rayon M əhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə Cavabdeh2 AR CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və aylıq qazancından hər ay 10 faiz məbləğində dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işi cəzası təyin edilmişdir. Hökmün məzmunundan görünür ki, Cavabdeh1 ifadəsində baş vermiş hadisə ilə bağlı Cavabdeh2 ona 15000 manat pul verdiyini etiraf etmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 həmin puldan keçmiş arvadı İddiaçı, həmçinin baş vermiş hadisə nəticəsində evinə maddi ziyan dəymiş Məryəm Niftəliyevaya hər hansı məbləğdə pul verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəll ənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qul luq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Cavabdeh1 aldığı pulu ailə üzvlərinin, ən çox iddiaçının müalicəsinə sərf etdiyini, iddiaçının Gürcüstan Respublikasında estetik əməliyyat keçirməsi üçün xərclədiyini bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-in 77.1 və 14.2. maddələri) İddia tələbinin iddiaçının əmlakına vurulmuş maddi ziyana görə 6970 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Goranboy Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmündən görünür ki, məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-iqtisad ekspertizasının xx xxxx 2016-cı il tarixli, 7048 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, yanğın baş verməsi nəticəsində İddiaçı 62 adda əmlakının yararsız hala düşməsi nəticəsində zərərçəkmiş şəxsə 6970 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə 5 minmiş məhkəmə hökm ü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İddiaçının əmlakına 6970 manat manat məbləğində ziyan dəyməsi iş materialları ilə təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin məbləğin Cavabdeh2 tutulmasını tələb etsə də, sonuncu Cavabdeh1 15000 manat verərkən, həmin pulun ev sahibi Məryəm Niftəliyevaya dəymiş 3577 manat dəyərində maddi ziyanın ödənilməsi, həm də onun ailə üzvlərinə dəymiş maddi ziyanın ödənilməsi üçün vermişdir. Cavabdeh2 tərəfindən dəymiş ziyan məbləği Cavabdeh1 ödənildiyindən və bu hal iş materialları ilə təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hes ab edir ki, Cavabdeh2 tərəfindən ödənilmiş 11423 manat məbləğində pul vəsaitinin (iddiaçının əmlakına vurulmuş 6970 manat maddi ziyan da daxil olmaqla) Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi əsaslıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar