Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-531/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X3 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(173)3/2021 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üz rə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında 04 mart 2015-ci ildə bağlanmış GY-1307 saylı kredit müqaviləsinə əsasən C.Akbarova illik 18 % hesablanmaqla 36 aylıq müddətə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit öhdəliyinin təminatı kimi Cavabdeh2 Cavabdeh1 zamin durmuş və Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda mülkiyyətdə olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2 və mü stəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X2 və X1 qarşı iddia qaldıraraq, 04 mart 2015-ci il tarixli, GY-1307 saylı kredit müqаviləsi üzrə yaranmış 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, 04 mart 2015-ci il tarixli, GY-1307 saylı kredit müqаviləsi üzrə borcun ipoteka qoyulmuş, ünvan 2 ünvanda mülkiyyətdə olan 0,0403 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin evin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda mülkiyyətdə olan 0,0403 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cava bdeh1 məxsus olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 103700 manat məbləğində müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 04 mart 2015-ci il tarixli, GY-1307 saylı kredit müqаviləsi üzrə yaranmış cəmi 42430 ABŞ dolları məbləğində borcun ödənilməsi, dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 mart 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış GY-1307 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 аy müddətinə, illik 18 fаiz оlmаqlа 40000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur. 04 mart 2015-ci il tarixdə bağlanmış 09 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi ipotekaya qoyulmuşdur. İpoteka predmeti 103700 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit alanın iddiаçıyа 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları bоrcu qаlmış dır.
5. Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(046)-91/2018 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, 04.03.2015-cü il tarixli, GY-1307 saylı kredit müqaviləsi üzrə 31960 ABŞ dolları əsas, 8632,47 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 40642,47 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda mülkiyyətdə olan 0,0403 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 110000 m anat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitdən 40642,47 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissəsi 25 manatın, ödənilmiş 38 manat notariat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 5 manatının İddiaçı ASC-yə aid edilməli, 70 manat məhkəmə-mühasibatlıq ekspertizası xərcinin 60 manatının müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 10 manatının İddiaçı ASC-yə aid edilməsi, iş üzrə 200 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 160 manatının cavabdehlər Cavab deh1 və Cavabdeh2, 40 manatının İddiaçı ASC-yə aid edilməsi, iş üzrə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 38 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə ekspertiza mərkəzinin 16.08.2017-ci il tarixli 18837 nömrəli rəyinə əsasən Cavabdeh1 19 iyun 2017-ci il tarixinə banka olan borcu əsas borc 32270 ABŞ dolları 93 sent, faiz borcu 8632 ABŞ dolları 47 sent, cərimə borcu 789 ABŞ dolları 60 sent olmaqla, cəmi 41693 ABŞ dolları təşkil edir.
7. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci mаddəsinə istinadla cavabdehlərə hesablanmış 1036 ABŞ dolları məbləğ ində penyanı tənаsübsüz dərəcədə yüksək hesab etmiş, cavabdehlərin yüksək cərimə pulunu ödəmək iqtidarında olmaması və yüksək dəbbə pulunun onların əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə almaqla 1036 ABŞ dolları məbləğində cərimə borcunu azaldaraq 50 ABŞ dolları müəyyən etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 269 və 319-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ünvan 2 ünvanda olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavab deh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 110000 manat məbləğində qiymətləndirilməsi hissəsində ləğv edilməsini, sözügedən yaşayış evinin ilkin satış qiymətinin 265000 manat olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(107)-3/2021 saylı qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(046)-91/2018 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək ünvan 2 ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 155.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən cərimə puluna aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin arasında zaminlik və ipoteka müqavilərinin bağlanması, kredit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа etməyən bоrclu Cavabdeh1 hesаblаşmаlаrа görə iddiаçıyа 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları bоrcunun olması işin mübahisələndirilməyən hallarıdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnunu nun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. 14. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
15. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
16. Məhkəmə k ollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın dəbbə pulu (cərimə) hissəsində düzgün nəticəyə gəlmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(107)-3/2021 saylı qərardadı ilə ünvan 2 ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi və həmin yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “X9” MMC-nin 14 iyun 2021-ci il tarixli, 059/LBC nömrəli rəyindən görünür ki, Göyçay şəhəri, R.Rza küçəs i 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid qiyməti 155.000 manat təşkil edir. Məhkəmə kollegiyası sözügedən ipoteka predmetinin likvid qiymətinin 155.000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılaşır. Belə ki, həmin qiymətləndirmə rəyi daha çox reallığı əks etdirir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin rəyə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipotekanın ilkin satış qiymətinin müəyyən olunması və cərimənin tutulma sına aid hissədə ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə məbləğini azaldaraq 50 ABŞ dolları müəyyən etməklə iddiaçının əmlak mənafelərini nəzərə almamışdır. Həmçinin məhkəmənin müəyyən etdiyi ipotekanın ilkin satış qiyməti, əvvəlki qiymətləndirmə rəyindən kəskin dərəcədə fərqlidir.
20. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin ilkin satış qiymətinin 155.000 manat müəyyən edilməsi əsassızdır. İlkin satış qiyməti onun tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyinə əsasən 265.000 manat məbləğdə müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra et mədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ol araq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdu r; Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayan ın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhd əlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya i nstansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyinə görə məhkəmə aktı mübahisələndirilən hissədə (dəbbə pulunun azaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası, hesablanmış dəbbə pulunun məbləğinin azaldılmasının əsassızlığı barədə iddiaçının dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki Mülki Məcəllənin 460 və 462.1-ci maddələrinə əsasən, cərimə - öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biridir. Yəni cərimə öhdəliyin lazımi qaydada icrasını təmin etmək məqsədi daşıyır.
32. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ö dəməli olduğu pul məbləğidir (Mülki Məcəllənin 462.1-ci maddəsi).
33. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
34. Buna görə də Mülki Məcəllənin 467-ci mаddəsində işin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulu nun аzаldılа bilməsi nəzərdə tutulmuşdur. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır.
35. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, borcalana 1036 ABŞ dolları məbləğində penya hesablanmışdır. Həmin məbləğ tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Cavabdehlərin yüksək cərimə pulunu ödəmək iqtidarında olmaması və yüksək dəbbə pulunun onların əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi 1036 ABŞ dolları məbləğində cərimə borcunu azaldaraq 50 ABŞ dolları müəyyən etməklə cavabdehlərin mülkiyyət maraqları qorunmuş və onların həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmışdır.
36. Məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin mövqeyi ilə razılaşır.
37. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə tərəflərin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsasızdır. Çünki işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 2 ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi həyata keçirilmiş və evin bazar qiyməti 110.000 manat müəyyən edilmişdir.
38. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin 22.12.2017-ci il tarixli rəyində isə həmin evin bazar qiyməti 265.000 manat müəyyən edilmişdir.
39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04.07.2018-ci il tarixli qərardadı ə sasında "xxxx" MMC tərəfindən ipoteka predmetinin qiyməti 155.000 manat müəyyən edilmişdir.
40. Daha sonra cavabdehin evin qiyməti ilə bağlı dəlillərinin araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(107)-3/2021 saylı qərardadı ilə ipoteka predmeti olan ünvan 2 ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən yaşayış evinin qiymətləndirilməsi həyata keçirilmiş və X9 MMC-nin 14 iyun 2021- ci il tarixli, 059/LBC nömrəli rəyi ilə ünvan 2 ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid qiyməti 155.000 manat müəyyən olunmuşdur.
41. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid qiymətinin 155.000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkəti nin rəyi ilə razılaşmış və həmin qiymətləndirmə rəyinin daha çox reallığı əks etdirdiyi qənaətinə gəlmişdir.
42. Cavabdehin istinad etdiyi Mobil MMC-nin rəyinin digər rəylərlə əlaqəli təhlilindən görünür ki, Mobil MMC-nin rəyindən fərqli olaraq Heba Consulting MMC-nin və X9” MMCnin rəyləri daha ətraflı əsaslandırılmış, qiymətin müəyyən olunması üçün əsas olmuş müqayisə mənbələri əksini tapmışdır. 43. "xxxx" MMC-nin rəyində qiymət müəyyən edilərkən daşınmaz əmlakın alğı-satqı qiymətlərini əks etdirən dörd saytın məlumatlarına istinad olunmuş və saytların adları da qeyd edilmişdir. Rəydə torpaq sahəsinin və evin qiymətini müəyyən etmək üçün zəruri olan bütün texniki göstəriciləri, ərazi və kommunikasiya xüsusiyyətləri, qiymətləndirməyə təsir edən digər faktorlar ətraflı qeyd olunmuşdur.
44. Göründüyü kimi ipoteka predmetinin qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış və bununla bağlı sübutlar müqayisəli qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir.
45. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 24 avqust 2021-ci il tarixli, 2(107)3/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.