Məhkəmə qərarları › İş №2(102)-5311/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5311/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5311/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO “ İddiaçı1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5311/20 (Açar sözlər: kredit borcunun ödənilməsi ) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, X1 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 06)1346/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 30 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. « İddiaçı1» ASC xx.xx.2014-cü il tarixli, 8063 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə, 4000 manat məbləğində kredit vermişdir.

2. X2 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh1 Hüsen oğlunun öhdəliyinin icrasına zamin durmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 1181.30 manat əsas, 34.04 manat faiz, 994.7 7 manat cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 175.68 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmirlər.

5. Borc məbləği xx xxxxxxxx 2019-cu ilə hesablanıb.

6. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad etmişdir.

7. İmişli Rayon Məhkəməsinin 2(036)-123/2020 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1181.30 (min yüz səksən bir manat otuz qəpik) manat əsas borc, 34.04 (otuz dörd manat dörd qəpik) manat faiz borcu, 20.00 (iyirmi) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutulub iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Ülvi Qənbərov)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, “İddiaçı1 ” ASC ilə cavabdeh Cavabdeh1 arasında 08.09..2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faizlə 4000 AZN manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dayandıraraq həmin müqavilənin şərtlərini pozmuş və icrasını təmin etməmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdeh X3 qızı arasında zaminl ik müqaviləsi bağlanmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kreditor LPO İddiaçı1 ASC xx xxxxxxxx 2014-cü il tarixli 8063 saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Ona görə də iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 449.4, 458.1, 462.3, 467, 472.1-ci maddələri və X6 Heyətinin xx xxxx 2000ci il tarixli 12 nömrəli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Ləğv Prosesind ə olan İddiaçı1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verib, iddianın tam təmin olunmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, iddianın təmin olunmayan hissəsində qətnamə Mülki Məcəllənin 449.1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına uyğun deyil.

13. X4 İdarə Heyətinin istinad edilən xx xxxx 2000-ci il tarixli 12 nömrəli Qərarı xx xxxxxx 2013-cü ildə qüvvədən düşüb.

14. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1346/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Fuad Soltanov)

15. Apelya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edib ki, iddiaçının apelyasiya şikayətlərinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizələridr. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış gəldiyi nəticə isə qanuni və əsaslı olmuşdur.

16. Apelyasiya məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

17. Həmçinin apelyasiya instansiyasının mövqeyinə görə iddiaçı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğ undan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır.

18. Apelyasiya məhkəməsi onu da vurğulamışdır ki, iddiaçı bank cavabdehlərin müqavilə müddəti bitdikdən sonra özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaiti əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Ləğv Prosesində olan İddiaçı1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apelyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədi kdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir

24. Apelyasiya şikayətində iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirmiş, apelyasiya instansiyası da məhz həmin hissəni yoxlamışdır. Kassasiya şikayətində iddiaçı apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası aopelyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

27. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

28. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, cavabdehlər, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli 8063 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə 1181.30 manat əsas, 34.04 manat faiz borcu, 994.77 manat cərimə hesablanmışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə (cərimə) borcunun azaldılması h issəsində gəlinən nəticə düzgün olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Buna görə də dəbbə pulunun azaldılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.

31. Kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 175.68 manat borcun tutulması barədə iddia tələbinin rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, iddiaçı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Bundan əlavə, iddiaçı bank cavabdehlərin müqavilə müddəti bitdikdən sonra özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaiti əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borcun tutulması barədə iddianın rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı saydığı və bu dəyərləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin həmin dəlilinə əlavə qiymət verməyə zərurət görmür. 33.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1346/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar