Məhkəmə qərarları › İş №2(102)-5312/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5312/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5312/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı MMC-nin vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-91/2021 nömrəli 05.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. İddiaçı MMC ilə Cavabdeh arasında 08.01.2018-ci il tarixdə və 07.03.2018-ci il tarixdə məhsulların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh 08.01.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 15492,60 manat və 07.03.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 50082,50 manat olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən nisyə şəkildə qəbul edərək satmağı, məhsulların satış pulunu 20 gün müddətində pul şəklində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 08.01.2018-ci il tarixdə və 07 mart 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarına əsasən məhsulları qəbul etdiyini təsdiq etmişdir. Sonra cavabdeh İddiaçı MMC-nin direktoru Adil Səfərova ərizə ilə müraciət edərək MMC-yə borclu olduğunu etiraf etmiş və bi rinci müqavilə üzrə 15.02.2018-ci il tarixədək, ikinci müqavilə üzrə isə 05.04.2018-ci il tarixədək borcu tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin sənədlərdə göstərilən məbləğ ödənilmədiyi üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər iki müqavilə üzrə 55 644,48 manat əsas borcun və 114500 manat cərimə borcunun, ümumilikdə 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X1 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, məhkəmə icraatı zamanı Cavabdeh borclu olduğu puldan İddiaçı MMC-nin hesabına 9930.62 manat pul ödədiyi ndən iddianın azaldılmış həddə təmin edilməsi, yəni 55644.48 manat əsas borc və 114500 manat cərimə borcu olmaqla, cəmi 170144,48 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X3 ilə cavabdeh arasında 08.01.2018-ci il tarixdə və 07.03.2018-ci il tarixdə məhsulların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilələr bağlanarkən aralarında qarşılıqlı razılıq əldə edilmiş, heç bir təsir olmadan müqavilədə nəzərdə tutulan şərtlərlə məhsulların nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh 08.01.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 15492,60 manat və 07.03.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 50082,50 manat olan müxtəlif çeşidli mə hsulları İddiaçı MMC-dən nisyə şəkildə qəbul edərək satmalı, məhsulların satış pulunu 20 gün müddətində pul şəklində İddiaçı MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 08.01.2018-ci il tarixli və 07 mart 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən məhsulları qəbul etdikdən sonra onların dəyərini qeyd olunan müddətdə İddiaçı MMC-yə ödəməmişdir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də o, həmin məhsulların pulunu ödəyəcəyinə söz vermiş, lakin borcunu bu günə qədər MMC-yə ödəməmişdir. Cavabdeh İddiaçı MMC-nin direktoru Adil Səfərova ərizə ilə müraciət edərək MMC-yə borclu olduğunu etiraf etmiş və birinci müqavilə üzrə 15.02.2018-ci il tarixədək, ikinci müqavilə üzrə isə 05.04.2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh h əmin ərizələri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq həmin borcu MMC-yə ödəməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır

5. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ilə (hakim İ.Fəttahov) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 56144,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin alınaraq İddiaçı MMC-yə verilməsi və iş üzrə ekspertiza xərci olan 124 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.

6. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respub likası Mülki Məcəlləsinin 462.1, 467, 600.1-ci maddəsinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov sədrlik edən və məruzəçi, İ.Şükürov və A.Mahmudov) 05.05.2021-ci il tarixli, 2(107)91/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiаçı İddiaçı MMCnin direktoru Adil Səfərovun Cavabdeh qarşı 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin direktoru Adil Səfərova ödənilməsi tələbinə dair iddiаsının rədd edilməsi qət edilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarı; MPM-nin 9.1, 9.3, 88, 217, 218.1, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389, 390-cı maddələri ilə əsaslandırmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıla rının izahatları Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı MMC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. İddia tələbini MMC-i irəli sürmüş, X3 MMC-nin direktoru kimi iddianı imzalamış və pulun ona verilməsini xahiş edərkən şirkətə verilməsini nəzərdə tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddi açının nümayəndəsi X4 və vəkili Cavadov Habil Azad oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

15. Cavadeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 01 oktyabr 2021-ci il tarixədək olan redaksiyada Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

17. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

18. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

19. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

20. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

16. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə Kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı mövqeyi ilə razılaşmır.

25. Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı ona görə rədd etmişdir ki, iddiaçı Cavabdeh Adil Səfərov qarşısında heç bir öhdəliyi yoxdur və onun tələbi ilə iddia təmin oluna bilməz. Məhkəmənin bu qənaəti onunla formalaşmışdır ki, iddia ərizəsinin girişində iddiaçı kimi İddiaçı MMC-nin direktoru X3 göstərilmiş, ərizənin sonunda isə ödənilməli olan pulun o na (iddia ərizəsində “mənə ödənilməsi” kimi ifadə olunmuşdur) ödənilməsi xahiş edilmişdir. Nə qədər ki, alqı-satqı MMC ilə cavabdeh arasında baş vermişdir, borcu MMC-nin direktoru özü üçün tələb edə bilməz. Ona görə Apelyasiya Məhkəməsi hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi tələbdən kənara çıxmaqla iddianı təmin etməkdə prosessual qanunvericiliyin tələblərini (MPM-nin 218-ci maddəsinin) pozmuşdur.

26. Əvvəla, qeyd olunmalıdır ki, tələbin kim tərəfindən irəli sürülməsi və borcun kimə qaytarılmalı olması ilə bağlı cavabdeh etiraz etməmişdir. Borcun MMC-nin xeyrinə tutulması barədə qətnamədən apelyasiya şikayəti verərkən cavabdeh bu barədə heç bir dəlil və etiraz irəli sürməmişdir. Bu qərarın 20-ci bəndində qeyd olunan normaya görə Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Bundan başqa, 1-ci instansiya məhkəməsi iddia tələbinin birmənalı olaraq MMC tərəfindən irəli sürülməsini qəbul etmiş və ödənilməli olan vəsaiti də onun xeyrinə tutmuşdur. Həmin məhkəmə tərtib edilmiş ərizəni ikimənalı yazılmış ərizə kimi qəbul etməmiş, bununla bağlı hər-hansı şərh verməmiş, cavabdeh də bununla bağlı etiraz etməmişdir.

28. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çı xış edə bilərlər. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (bu qərarın 16-18-ci bəndlərindəki normalar).

29. İddia ərizəsini İddiaçı MMC-nin adından direktoru X3 irəli sürüb. Bu barədə ərizənin giriş hissəsində qeydlər açıq-aşkardır. İddia ərizəsi direktor tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddia ərizəsinin xahiş edirəm hissəsində şəxs əvəzliyinin (şəxs əvəzliyinin 3-cü şəxsdə deyil, 1-ci şəxsdə işlədilməsi (”mən ə”)) texniki səhv olaraq göstərilməsi tələbin mahiyyətini və həcmini dəyişmir. Çünki iddia tələbindən aydındır ki, cavabdeh İddiaçı MMC ilə müqavilələr bağlayıb və müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün MMC-i pul tələb edir. Məhkəmənin diqqət yetirdiyi həmin nöqsanı cavabdeh tərəf mübahisələndirmiş olsaydı belə, ən yaxşı halda məhkəmə ərizədə şəxs əvəzliyinin texniki səhv kimi buraxılması barədə şərh verə bilərdi.

30. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

31. Həmin prosessual əsaslarla iddianın rədd edilməsi qanuni hesab edilə bilməz. İşə yenidən baxılarkən məhkəmə apelyasiya şikayətinin dəlillərinə uyğun olara q araşdırma aparmalı, mübahisənin mahiyyəti, iddianın əsaslı olub-olmaması ilə bağlı məsələlərə qiymət verməlkə mübahisəni həll etməlidir.

7. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-91/2021 nömrəli 05.05.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar