Məhkəmə qərarları › İş №2(102)-5322/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5322/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5322/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli, 2(106)1694/2020 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(017)-640/2019 nömrəli qətnaməsi ilə (hakim E.Quliyev) iddiaçı ASC “xxx” Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2(106)-2875/2019 nömrəli qətnaməsi ilə (hakimlər: Q.B.Kərimov - sədrlik edən və məruzəçi, Z.B.Babayev, N.F.Mirzəyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ASC “xxx” Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(102)1165/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(106)-2875/2019 nömrəli qətnaməsi qalıq borcun – 5261,76 manat pulun Cav abdeh tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli, 2(106)-1694/2020 nömrəli qərardadı ilə (hakimlər Z.A.Zeynalov - sədrlik edən və məruzəçi, İ.Q.Əsədov, M.K.Həsənov) Cavabdeh tərəfindən verilmiş apellyasiyav şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi Cavabdeh 06 noyabr 2009-cu il tarixli, **********09 No-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxx” Bankı qarşısında 5261,76 manat məbləğində 06 noyabr 2001-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğinin Cavabdeh alınaraq iddiaçı A SC “xxx” Bankına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(106)-1694/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh kassasiya şikayətinə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hes ab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddələrinə əsasən iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfin dən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə 06 avqust 2020-ci il tarixli qərardadından kassasiya şikayəti versə də, şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sübutu əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfind ən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şik ayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən, kassasiya kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli 2(106)-1694/2020 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar