Məhkəmə qərarları › İş №2(102)-5326/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5326/2019

12.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5326/2019 12.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, iddiaçının vəkili X3 iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank “xxxx” ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli SMN-00007-1 7/14U saylı kredit müqaviləsinə əsasən, 21716.67 ABŞ dolları əsas borc, 4966.02 ABŞ dolları faiz məbləği, 5000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 31682.69 ABŞ dollarının, 30 manat dövlət rüsumu və 0.40.manat bank xidməti haqqının əvəzinin tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 75.000 manat qiymətləndirilməklə, tutmanın ipoteka predmentinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzilin açıq hərracda satılaraq əldə olunan pul vəsaiti hesabına tələb edilən borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)-2509/2018 saylı, 18 dekabr 2018ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Əsədov, Q.Kərimov və Z.Zeynalov ) Füzuli Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(064)-318/2018 sаylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)-2509/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı Bank «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək 25.12.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.10.2017-ci il tarixinə olan 21716.67 ABŞ dolları əsas borc, 4966.02 ABŞ dolları faiz məbləği, 52899.45 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 79582.14 ABŞ dollarının, 30 manat dövlət rüsumu və 0.40.manat bank xidməti haqqın ın əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m 2 olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)-2509/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçının vəkili X4kassasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında aşağıdakı kredit, ipoteka və zaminlik müqavilələri bağlanmışdır. İşdə olan 25.12.2014-cü il tarixli SMN-00007-17/14U saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 25.12.2014-cü il tarixli SMN-00007-17/14UZ saylı zaminl ik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi halda Cavabdeh2, borclu Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliklər görə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 25.12.2014-cü il tarixli SMMG-00007-17/14U saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzil ipotekaya ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri 75000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.24 m2 olan mənzil ipotekaya ilə yüklü edilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Bankın təqdim etdiyi arayışa görə, Cavabdeh1 2017-ci ilin oktyabr ayına əsas borc olaraq 21716.67 ABŞ dolları, fai zlərin məbləği 4966.02 ABŞ dolları, dəbbə pulu 52899.45 ABŞ dolları olmaqla, cəmi 79582.14 ABŞ dolları borcu qalmışdır. İşdə olan Bank «xxxx» ASC-nin 15 sentyabr 2017-ci il tarixli NFTF-2017/684,685 saylı bildirişlərdən görünür ki, cavabdehlər bank qarşısında götürdükləri öhdəlikləri tez bir vaxtda yerinə yetirmədikləri halda tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldiləcəyi barədə xəbərdar edilmişlər. İşin hallarından görünür ki, kredit borcunun ödənilməsində pozuntular olduğu üçün iddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdehlər tərəfindən müqavilə şərtlərinin pozulması halları olduğu halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdehlər borcunu qrafikə uyğun ol araq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Cavabdehlərin müqavilə şərtlərini pozması, borcun ödənilməsinin təmin edilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa ş əxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşə n öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də borc, o cümlədən, tam borc cavabdehlərdən haqlı olaraq tələb edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Res publikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan “xxxx” MMC-nin 24 oktyabr 2018-ci il tarixli, 0867/18/xxxxB nömrəli “Mənzilin Qiymətləndirilməsinə Dair Hesabat”-na görə ünvan 2 ünvanındakı 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 48,24 kv.m ümumi, 30,14 kv.m yaşayış bə 18,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı, 76 nömrəli mənzilin hazrki real bazar qiyməti 75.000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, bu qiymət məh kəmə tərəfindən qətnamədə göstərilən qiymətlə eynidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf etirazında borcun məbləğini inkar etməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbərtutaraqməhkəməkollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar