Məhkəmə qərarları › İş №2(102)-5328/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5328/2019

27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5328/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 27 avqust 2019-cu il İŞ№2(102) 5328 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnun katibliyi, iddiaçının vəkili X2, Cavabdeh7 iştirakı ilə, İddiaçılar “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 oğluna, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsitələbinə dair mülki iş üzrə Şirvan Apellyasiy a Məhkəməsinin MK-nın 24 dekabr 2018-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Ləzimov) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 oğluna, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə «xxxx» Qapalı Cəhmdar Cəmiyyəti arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsi və 10 aprel 2013-cü il tarixli, 04R000010231 saylı kredit razılaşması üzrə yaranmış əsas borc 31688.41 ABŞ dolları, faiz borcu 3613.48 ABŞ dolları, cərimə 800 ABŞ dolları məbləğ ində olmaqla, cəmi 36101.89 ABŞ dolları məbləğində borcun, 20 fevral 2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borc 83383.66 ABŞ dolları, faiz borcu 20368.13 ABŞ dolları məbləğində, cərimə 1200 ABŞ dolları məbləğində olmaqla, cəmi 104952.09 ABŞ dolları məbləğində borcun və 20 fevral 2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borc 54981.99 ABŞ dolları, faiz borcu 12090.65 ABŞ dolları məbləğində, cərimə 1000 ABŞ dolları məbləğində olmaqla, cəmi 68072.64 ABŞ dolları məbləğində borcu olmaqla, ümumilikdə 209026.26 ABŞ dolları məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat, xidmət haqqı 84 manat, həmçinin 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 qızından, Cavabdeh5 müştərək qaydada alı naraq «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 90.560 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Ş.Mehdiyev küçəsində X5 mülkiyyətindəki 81 nömrəli evin 7-ci mərtəbəsində ümumi sahəsi 56.59 kv. m, yaşayış sahəsi 31.44 kv.m, yardımçı sahəsi 25.15 kv.m olan iki otaqlı, 44 nömrəli mənzilinə, ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 55.420 manat məbləğində qiymətləndirilmiş Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.05 ha torpaq sahəsi və üzərində yeləşən bir mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 97.3 kv.m, köməkçi sahəsi 54.1 kv.m-dən ibarət olan 73 nömrəli fərdi yaşayış evinə, ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 75.280 manat məbləğində qiymətləndirilmiş Ağcabədi şəhəri, Hüsü H acıyev küçəsində Cavabdeh5 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, altı otaqlı, ümumi sahəsi 209.1 kv.m, yaşayış sahəsi 135.4 kv.m, yardımçı sahəsi 73.7 kv.mdən ibarət olan 61 nömrəli fərdi yaşayış evinə və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 28.245 manat məbləğində qiymətləndirilmiş Ağcabədi şəhəri, 28 may küçəsində X3 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, altı otaqlı, yaşayış sahəsi 178.9 kv.m, köməkçi sahəsi 59.0 kv.m-dən ibarət olan 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evləri və torpaq sahələrinin açıq hərracdan satılması və 04R000010231 saylı, 004R********** saylı və 004R********** saylı kredit razılaşmaları üzrə ümumilikdə cəmi 209 026.62 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və 84 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5dan müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, A.Ş.Mehdiyev küçəsində X5 mülkiyyətindəki 81 nömrəli evin 7-ci mərtəbəsində ümumi sahəsi 56.59 kv. m, yaşayış sahəsi 31.44 kv.m, yardımçı sahəsi 25.15 kv.m olan iki otaqlı, 44 nömrəli mənzilinə, Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.05 ha torpaq sahəsi və üzərində yeləşən bir mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 97.3 kv.m, köməkçi sahəsi 54.1 kv.m-dən ibarət olan 73 nömrəli fərdi yaşayış evinə, Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində Cavabdeh5 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, altı otaqlı, ümumi sahəsi 209.1 kv.m, yaşayış sahəsi 135.4 kv.m, yardımçı sahəsi 73.7 kv.mdən ibarət olan 61 nömrəli fərdi yaşayış evinə və Ağcabədi şəhəri, 28 may küçəsində X3 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, altı otaqlı, yaşayış sahəsi 178.9 kv.m, köməkçi sahəsi 59.0 kv.m-dən ibarət olan 25 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin fərdi yaşayış evləri və torpaq sahələrinin cavabdehlər tərəfindən boşaldılması, alıcıya təhvil verilməsi və onların istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Novruzov, hakimlər E.Camalov və R.Cəfərov) Ağcabədi rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4dan, Cavabdeh5 müştərək qaydada tutulmalı Cavabdeh1 ilə «xxxx» Qapalı Cəhmdar Cəmiyyəti arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsi və 10 aprel 2013-cü il tarixli, 04R000010231 saylı kredit razılaşması üzrə yaranmış əsas borca görə hesablanmış 800 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 36101.89 ABŞ dolları məbləğində borcun, 20 fevral 2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borca görə hesablanm ış 1200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 104952.09 ABŞ dolları məbləğində borcun və 20 fevral 2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borca görə hesablanmış 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 68072.64 ABŞ dolları məbləğində borcun, ümumilikdə 209026.26 ABŞ dolları məbləğində borcun müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 ilə «xxxx» Qapalı Cəhmdar Cəmiyyəti arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsi və 10 aprel 2013-cü il tarixli, 04R000010231 saylı kredit razılaşması üzrə yaranmış əsas borca görə hesablanmış 1100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 36401.89 ABŞ dolları məbləğində borcun, 20 fevral 2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borca görə hesabla nmış 1400 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 105152.09 ABŞ dolları məbləğində borcun və 20 fevral 2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə əsas borca görə hesablanmış 1200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 68272.64 ABŞ dolları məbləğində borcun, ümumilikdə 209826.26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı «xxxx» Qapalı Cəhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4dan, Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiyainstansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6na, Cavabdeh7, Cavabdeh8 və Cav abdeh9 kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında üç kredit razılaşması bağlanmışdır. Belə ki, 10 aprel 2013-cü il tarixli kredit razılaşma sına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1.5 faiz dərəcəsi ilə 90.000 ABŞ dolları məbləğində, 20 fevral 2015-ci il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1.5 faiz dərəcəsi ilə 60.000 ABŞ dolları məbləğində, 20 fevral 2015-ci il tarixli, kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1.5 faiz dərəcəsi ilə 90.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, X1 ilə Bank arasında bağlanmış 27 aprel 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bank arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsinin və onun ayrılmaz hissəsi olan kredit razılaşmasına əsasən verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi – Bakı şəhəri, Yasamal rayonu, A.Ş.Mehdiyev küçəsində 81 saylı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 56.59 kv.m, yaşayış sahəsi 31.44 kv.m, yardımçı sahəsi 25.15 kv.m-dən ibarət olan iki otaqlı, 44 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 21 sentyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bank arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsinin və onun ayrılmaz hissəsi olan kredit razılaşmasına əsasən verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi – Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 97.3 kv.m, köməkçi sahəsi 54.1 kv.m-dən ibar ət olan 73 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh5 ilə Bank arasında bağlanmış 27 yanvar 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bank arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsinin və onun ayrılmaz hissəsi olan kredit razılaşmasına əsasən verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi – Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, altı otaqlı, ümumi sahəsi 209.1 kv.m, yaşayış sahəsi 135.4 kv.m, yardımçı sahəsi 73.7 kv.m-dən ibarət olan 61 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, X4 ilə Bank arasında bağlanmış 09 aprel 2013-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bank arasında bağlanmış 22 aprel 2010-cu il tarixli kredit xətti müqaviləsinin və onun ayrılmaz hissəsi olan kredit razılaşmasına əsasən verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi – Ağcabədi şəhəri, 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, altı otaqlı, yaşayış sahəsi 178.9 kv.m, yardımçı sahəsi 59.0 kv.m-dən ibarət olan 25 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 ktedit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər e tməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsa sən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Arif Həsənov, Cavabdeh1, Cavabdeh5 və Sofiya Hüseyinovanın mülkiyyətində olan əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Aslan Kalbalıyev Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar