Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5328/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyyə Neymət qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5328/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-530/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyə Neymət qızının kassasiya şikayətinə 30 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115.LN.2105.180314.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 23 faizlə 40000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi RX seriyalı, ******* say lı Çıxarışa əsasən Kərimli Ruhiyə Neymət qızının mülkiyyətində olan Mingəçevir şəhəri, Samux küçəsi, 1B saylı ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı « İddiaçı» ASC cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyə Neymət qızına qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, xx xxxx 2014-cü il tarixli 115.LN.2105.180314.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27994 manat əsas, 3843,91 manat faiz və 653,80 manat cərimə olmaqla, cəmi 32491,71 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair 31 manat məbləğində xərcin tutulması, tutmanın Ming əçevir şəhəri, Samux küçəsi, 1B saylı ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə yönədilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət emədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, həmin şəxsin mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 115.LN.2105.180314.00001 saylı kredit müqaviləsinə əsasən cavabdeh (borclu) Cavabdeh1 36 ay müddətinə, illik 23 faiz lə 40000 manat məbləğində kredit verilmişdir.
5. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, Samux küçəsi, 1B saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və əmlakın ilkin satış qiyməti 92000 manat məbləğində qiymətləndirilmişdir.
6. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir.
7. Nəticədə Cavabdeh1 xx.xx.2017-ci il tarixinə banka 27991.68 manat əsas, 9214.38 manat faiz və 1912.90 manat cərimə borcu olmaqla, ümumilikdə 39118.96 manat borcu yaranmışdır.
8. İddiaçı borcun məbləği barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı təqdim etmişdir.
9. Cavabdeh2 məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 1920 saylı ekspert rəyinə əsasən xx xxxx 2016-cı il tarixədək Cavabdeh1 ümumilikdə banka olan borcu 33649,28 manat məbləğində müəyyən olunmuşdur. Bunun 27920,88 mnatı əsas, 4194,36 manatı faiz, 1534,04 manatı cərimə borcudur.
12. Cavabdeh2 borcalanın 6829 manat ödənişinin nəzərə alınmamasını göstərərək, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.
13. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspe rtizası təyin edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 27583 saylı ekspert rəyinə əsasən xx xxxxx 2015-ci ilədək Cavabdeh1 ümumilikdə banka olan borcu 28293,01 manat, xx xxxxxxxx 2017-ci il isə ümumilikdə banka olan borcu 43.853,05 manat məbləğində müəyyən olunmuşdur.
15. Cavabdeh2 ekspert qarşısında qoyulan suala cavab verilmədiyi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.
16. İddiaçı bank xx xxxxxx 2017-ci il tarixinə borc barədə yeni maliyyə arayışı təqdim etmişdir.
17. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, digər suallarla yanaşı, ekspert qarşısında borcalanını ödədiyi 6829 m anatın nəzərə alınıb-alınmaması barədə də müvafiq sual qoyulmuşdur.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13151 saylı ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixinədək Cavabdeh1 27920,88 manat əsas, 12203,77 manat faiz, 1.958,60 manat cərimə borcu olmaqla, ümumi borcu 42083,25 manatdır.
19. İddiaçı tələbini artırıb, digər tələblər yerində qalmaqla müqavilənin bitmə tarixinə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27991.68 manat əsas, 9214.38 manat faiz və 1912.90 manat cərimə olmaqla, cəmi 39118.96 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.
20. Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 24070 saylı ekspert rəyinə əsasən İddiaçı» ASC ilə cavabdeh Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 115.LN.2105.180314.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixədək Cavabdeh1 27.739,65 manat əsas, 8886,70 manat faiz borcu vardır.
22. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-18/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 115.LN.2105.180314.00001 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 27739,65 manat, faiz üzrə 8886,70 manat, cərimə üzrə 100 manat, cəmi 36726,35 manatın Cavabdeh1 İddiaçı ASCnin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri Samux küçəsind əki 1B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və ilkin satış qiymətinin 92000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına bankın tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair 31 (otuz bir) manat məbləğində xərc və 28 (iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə ekspertiza xərclərinin 465 (dörd yüz altmış beş) manatın Cavabdeh1, 30 (otuz) manatın İddiaçı ASC-dən alınıb dövlət büdcəsinə keçirilməsi, dövlət rüsumunun qalan hissəsin in 2 manat (30 manatın 94%) İddiaçı ASC-yə aid edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. (hakim Usaməddin Osmanov)
23. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişdir.
24. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi tələbini əsaslı saymış, əsas və faiz borcu hissəsində iddianı ekspert rəyinə uyğun qismən təmin etmişdir.
25. Birinci instansiya məhkəməsi 1912,90 manat məbləğdə cərimənin tənasübsüz surətdə çox hesablanmasını müəyyən edərək cərimənin 100 manat saxlanması qənaətinə gəlmişdir.
26. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirdiyi üçün ipoteka saxlayanın ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququ vardır.
27. Məhkəmə ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətini xx.xx.2014-ci il tarixli sonrakı ipoteka müqaviləsində göstərildiyi kimi 92000 manat müəyyən etmişdir.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 445.1, 448.1, 462.1, 463, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 6.1, 34.1.1 və 34.1.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyə Neymət qızı apelyasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişlər.
30. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, xx xxxx 2014-c ü tarixli kredit müqaviləsinə əsasən 40000 manat kredit götülüb.
31. Həmin məbləğin böyük bir qismini ödəyiblər. Keçirilən ekspertizaların heç birində 6829 manat pulun tam şəkildə əsas borcun tam ödənilməsinə yönəlsəydi əsas borcun nə qədər olması barəd suala cavab verilməyib.
32. Həmçinin Cavabdeh2 evini xx xxxx 2014-cü tarixli kredit müqaviləsinə əsasən ipoteka qoymamış və ipoteka müqaviləsində bu qeyd olunmamışdır.
33. Apelyasiya icraatı zamanı İddiaçı ASC ləğv edildiyindən, prosessual hüquq varisi kimi Əmanətlərin Sığortalanması Fondu cavabdeh qismində işə cəlb edilmişdir.
34. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-530/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli)
35. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.
36. Apelyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
37. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun təl əblərinə tam əməl edilmişdir.
38. Apelyasiya instansiyası onu da qeyd etmişdir ki, cavabdehlər apelyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsələr də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, o cümlədən kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməsini təsdiq edən sənədləri təqdim etməmişlər. Cavabdehlər borcun tələb olunan məbləğdə qalmadığını, özünün borclu olmadığını, mübahisəli əmlakın ipoteka predmeti olmadığına dair apelyasiya şikayətində hər hansı bir ciddi dəlil irəli sürməmişlər.
39. Apelyasiya instansiyası əlavə olaraq Mülki Məcəlləsinin 279, 295, 296.1 və 307.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Ka ssasiya şikayətinin dəlilləri
40. Cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyə Neymət qızı ( Vəkil Məhəmməd oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, Cavabdeh2 ilə bağlanan xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsi xx xxxx 2014-cü il tarxili kredit müqaviləsinin təminatı olmayıb.
42. Bundan əlavə, ödənilmiş 6829 manat pulun birbaşa əsas borcdan çıxılmaması borcun şişməsinə gətirib çıxarıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 43 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
44. Məhkəmə iclasında iştirak edən iddi açı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahuiş etdi.
45. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabde hdir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat miqdarında dəbbə pulu alınmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə 34.1.1 və 34.1.2. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmama sı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri ü zrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Kassasiya şikayətində cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyyə Neymət qızının apelyasiya instansiyası məhkəməsi nin aktının ləğvi xahiş etmişlər. Buna görə də hazırki kassasiya baxışının predmeti həmin qətnaməni tam yoxlanmasından ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
50. Baxılan iş üzrə apely asiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
51. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
52. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit və kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
53. Cavabdehin müqavilə müddəti tarixinə 27739,65 manat əsas, 8886,70 manat faiz borcu olması da iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilib.
54. Borc məbləğinin düz olmaması barəd ə dəlili apelyasiya məhkəməsi qəbul etməmiş və bununla bağlı qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları təqdim etməmişdir.
55. Məhkəmə kollegiyası borc məbləğinin düz olmaması barədə dəlillə bağlı apelyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı sayır və bu baxımdan, həmin dəlilə əlavə qiymət verməyə zərurət görmür.
56. İpotekanın digər kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi olması, ipotekanın hazırki kredit müqaviləsinə aid olmaması barədə dəlilə gəldikdə, işə baxan məhkəmələr tərəfindən müəyyən edilib ki, Cavabdeh2 ilə bağlanan xx.xx.2014-ci il tarixli sonrakı ipoteka müqaviləsi məhz xx.xx.2014-cü il tarixli 115.LN.2105.180314.00001 saylı kredit m üqaviləsinin təminatı kimi bağlanıb. Buna görə də bu dəlilin də heç bir əsası yoxdur.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Kərimli Ruhiyyə Neymət qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-530/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.