Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-533/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “xxxx” ASC Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-533/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-146/2019 saylı qərardadından Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən əsas borca görə 4.455,04 manat, faiz borcuna görə 106,24 manat, cəmi 4.561,28 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim R.H.Ataşova) iddia təmin edilib. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, faiz borcunun yenidən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (h akimlər İ.K.Xəlilov sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 noyabr 201-ci il qətnaməsi dəyişdirilmədən saxlanılıb. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 qətnamədən kasasiya şikayəti, eyni zamanda qətnamədən kasasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən, məruzəçi hakim A.V.Tanrıverdiyev) Cavabdeh1 sözügedən qətnamədən kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyib və kasasiya şikayəti geri qaytarılıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” ASC, Cavabdeh1, vəkili Camal Mənsimli və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hü quq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apelyasiya instansiyası məhkəməsinin aktlarından kasasiya şikayəti verilə bilər. Kasasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünür ki, Cavabdeh1 sözügedən qətnamədən kasasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini be lə əsaslandırıb ki, Azərbaycan Respublikası MPM-nin 405-ci maddəsinə əsasən, kasasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilindiyindən kasasiya şikayəti vermək üçün son müddət xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilib. xx xxxxxx 2020-ci il tarixdə hüquqi savadı və imkanı olmadığı üçün kasasiya şikayəti vermək üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə verib və həmin ərizənin nəticəsini gözləyib. Yalnız xx xxxxxx 2020-ci il tarixdə hüquqi yardım üçün vəkilə müraciət etdikdən sonra məlum olub ki, həmin ərizəyə baxılıb və ərizəsi təmin edilməyib. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, Cavabdeh1 ərizəsinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq q eyd etmişdir ki, məhkəmə yalnız qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edə bilər. Prosessual müddətin axımı isə qətnamənin surətinin rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən hesablanır və prosessual qanunvericilikdə qətnamə üçün belə prosessual müddət iki ay müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsi ilə razılaşmayıb müəyyən etmişdir ki, Cavabdeh1 iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətini rəsmi qaydada xx xxxxxx 2019-cu il tarixdə alıb və onun qətnamədən verdiyi kasasiya şikayəti isə Bakı Apelyasiya Məhkəmə sinə xx xxxxxx 2020-ci il tarixdə daxil olub. Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsində sözügedən qətnamədən kasasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti üzrlü səbəblərdən ötürməsini göstərsə də, prosessual müddəti üzrlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Bu baxımdan apelyasiya instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 sonradan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti verərək, həmin qətnamədən kasasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsini hüquqdan sui istifadə kimi qiymətləndirib. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmi ş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli məsələ üzrə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)146/2019 saylı qərard adı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-533/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-533/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver