Məhkəmə qərarları › İş №2(102)-5330/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5330/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5330/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1168/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1.İddiaçı mübahisəli evə 1985-ci ildə köçmüş, 1997-ci ildə həmin evi tərk etmişdir. Mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********8-10301 reyestr ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qayınanası X3 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən özünün, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşvilinin, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşvilinin və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı Makvala Tamazaşvilini n istifadə hüququnun tanınması, qaynanası X3 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdə yaşayış və köməkçi sahələrdən birgə istifadə qaydası müəyyən edilərək ona, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşviliyə, xx.xx.1990-cı il tarixdə doğulmuş qızı Marina Tamazaşviliyə və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı Makvala Tamazaşviliyə köməkçi sahələrdən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 1985-ci il tarixdə X5 ilə nikah münasibətlərinə girmiş və onların həmin nikahdan xx.xx.1987-ci il tarixdə oğlu Mirian Tamazaşvili, xx.xx.1990-cı il tarixdə Marina Tamazaşvili və xx.xx.1992-ci il tarixdə isə Makvala Tamazaşvili adında qızları dünyaya gəlmişdir. Əri X5 2012-ci il tarixdə vəfat et mişdir. Hər üç övladı özünün himayəsindədir və onların yaşamaq üçün evi yoxdur. O ərə gələrkən qaynanası X3 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evə gəlin gəlmiş və üç övladı həmin evdə dünyaya gəlmişdir. Onun hazırda yaşamaq üçün başqa evi və yaşayış sahəsi əldə etməyə imkanı yoxdur. Onun və himayəsində olan övladlarının və qayınanası Məryəm Şioşviliyə məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən istifadə hüquqları vardır. 4.Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(024)-83/2020 saylı qətnaməsi ilə iddiа rədd edilmişdir. 5.İddiaçının mübahisəli evlə bağlı hüquq münasibətləri 1985-ci il tarixdə yarandığı üçün məhkəmə qətnaməsini xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad edərək əsaslandırmışdı r. 6.Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(024)-83/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat 7.İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)1168/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-83/2020 saylı qətnaməsinin ləğv edilməsi, xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu Mirian Tamazaşvilinin, xx.xx.1990-ci il tarixdə doğulmuş qızı X4 və xx.xx.1992-ci il tarixdə doğulmuş qızı X1 Məryəm Mirvanovnaya məxsus Qax rayon Qaxingiloy k əndində yerləşən evdən istifadə hüququnun tanınması, həmin evdən və köməkçi sahələrdən birgə istifadə qaydasının müəyyən edilərək onlara köməkçi sahələrdən istifadə hüququnun verilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, iddianın baxılmamış saxlanması üçün səbəb olan halların aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməkdə haqlı olmasının izah edilməsi qeyd edilmişdir. 8.Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının uşaqları yetkinlik yaşına çatmışdır. Belə olduğu təqdirdə hazırki tələblə bağlı iddia onların özləri, nümayəndələri və ya vəkilləri tərəfindən qaldırıla bilər. 9.İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)1168/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(024)-83/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “qayınanası X3 məxsus Qax rayon Qaxingiloy kəndində yerləşən evdən onun istifadə hüququnun tanınması, həmin evdə yaşayış və köməkçi sahələrdən birgə istifadə qaydası müəyyən edilərək ona köməkçi sahələrdən istifadə hüququnun verilməsi barədə” iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. 10.Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qətnaməni xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad edərək əsaslandırmışdır. 11.İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1168/2020 saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qayınanası Məryəm Şioşviliyə məxsus Qaxingiloy kəndində yerləşən evə, himayəsində olan övladlarının və özünün istifadə hüququ olsa da, Qax Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyr i-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamilə qanunsuz olan qətnamə çıxarılmışdır. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 14.İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. 15.Cavabdeh ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərara qəbul edilməsini xahiş etmişdir. 16.Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mübahisə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qü vvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 17.Maddə 87.2 İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 18.Maddə 123 Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə y alnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 19.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 20.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 21.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 22.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 23.Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 24.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 25.Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 26.Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§21). 27.Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§22). 28.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§21). Lakin apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 29.İş üzrə İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini ək s etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur. 31.Apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı 23 ildən artıq bir müddətdir ki, evi tərk etmiş və bu evlə heç bir əlaqə saxlamamışdır. Bununla da evi daimi olaraq tərk etdiyini bir mənalı olaraq təsdiq etmişdir. İddiaçı könüllü olaraq yaşayış yerini tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə, Qax rayonu Alatəmir kəndində yaşadığından sözügedən evə münasibətdə hüququnu itirmişdir. Həmçinin, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin o, bu hüququ ndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdığını nümayiş etdirmişdir. 32.Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, evin hazırki mülkiyyətçisi olan Cavabdeh həmin daşınmaz əmlakla bağlı mülkiyyət hüquqularının pozulması ilə nəticələnə bilər. Belə ki, iddiaçı bu müddət ərzində başqa yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu 1997-ci ildən yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. 33.Məhkəmə kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi hüquq norma larının pozulmasını əsaslandırmamışdır. Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uy ğun həll edilməlidir. 34.Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamasına dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmadığından evdən istifadəsinin təmin edilməsi barədə tələbləri təmin edilə bilməz. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmədiyindən və əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 36.Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (&23). 37.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1168/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar