Məhkəmə qərarları › İş №2(102)-5335/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5335/2019

07.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5335/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(107)-839/2019 nömrəli qətnaməsindən cavabdeh X6 və vəkili Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən azyaşlı 20 aprel 2007-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində alimentin miqdarının artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1la 04 aprel 2006-cı ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan bir övladı, yəni 20 aprel 2007-ci il təvəllüdlü X5 adında övladları dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə uşağa 100 manat aliment kəsilmişdir. Təyin olunmuş aliment çox azdır, uşağın saxlanmasını təmin etmir. Cavabdeh Bakı şəhərində fərdi əməklə məşğuldur, aylıq qazancı və gəliri yüksəkdir. Hesab edir ki, hər ay uşağı na ən azı 200 manat ödəmək iqtidarındadır. Yevlax Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(039)-1744/2018 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-3557/2017 №-li, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh1 20 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 2(107)-839/2019 saylı, 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edil miş, Yevlax Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(039)-1744/2018 nömrəli qətnaməsi ləğv edilərək İddiaçı qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 2(039)-3557/2017 №-li, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh1 20 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, artırılmış məbləğdə alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh X6 və vəkili Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(107)-839/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin həqiqi hallarını, sübutları hərtərəfli və obyektiv araşdırmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdeh heç bir yerdə işləmir əlavə gəliri yoxdur. Bundan qabaq təyin edilmiş alimenti valideynlərinin pensiyası hesabına ödəmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında İddiaçı qızı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsas ən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı qızı ilə cavabdeh X6 04 aprel 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahdan 20 aprel 2007-ci il təvəllüdlü X5 adında övladları dünyaya gəlmişdir. Tərəflərin aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-3557/2017 №-li, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 12 o ktyabr 2017-ci il tarixdən başlayaraq 20 aprel 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat miqdarında alimentin tutularaq Pərvanə Məmmədovaya verilməsi qət edilmişdir. Həmin qətnamədə cavabdehin daimi iş yerinə, müntəzəm qazanca malik olması müəyyən edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği ilə iddiaçı uşağını saxlamaqda çətinlik çəkdiyindən aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Aliment iddiaçıya ödənilsə də, həmin məbləğlə uşağın ehtiyaclarının ödənilməsində maddi cəhətdən çətinlik çəkir. Uşağa baxması üçün köməyə ehtiyacı olduğundan o, yenidən aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 200 manat məbləğində müəyyən edilməsi tə ləbi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cаvаbdeh X6 tərəfindən verilmiş və nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmış аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(039)-1744/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)3557/2017 №-li, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırı laraq Cavabdeh1 20 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsas ən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin mi qdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi i lə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də, məhkəmələr işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaş ayış xərclərini rəhbər tutaraq uşağın saxlanılması üçün alimentin miqdarını 140 (bir yüz qırx) manat müəyyən etməkdə haqlı olmuş, bu zaman cavabdehin də maddi vəziyyəti nəzərə alınmışdır. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli qərarında məhkəmə müəyyən etmişdir ki, ali ment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir... nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsi ndən azad etmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. A L D İ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(107)839/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar