Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5335/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı baş tutmamış alqı-satqı müqaviləsi üzrə alınmış pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-526/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən e tdi: Göygöl Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(066)-316/2019 nömrəli qətnaməsi ilə (hakim R.R.Məmmədov) İddiaçı Cavabdeh qarşı baş tutmamış alqı-satqı müqaviləsi üzrə alınmış pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-526/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva və Ə.İ.Məmmədov), İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(066)-316/2019 nömrəli qətnəməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı 12.000 ABŞ dolları və gecikdirilmiş vaxt üçün zərər qismində 3.000 ABŞ dolları tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 8.000 ABŞ d ollarının alınaraq İddiaçı verilməsi, iddia tələbinin 4000 ABŞ dolları, eləcə də gecikdirilmiş zərər qismində 3000 ABŞ dolları hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı baş tutmamış alqı-satqı müqaviləsi üzrə alınmış pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Cavabdeh 12.000 ABŞ dolları müqabilində Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,06 ha torpaq sahə sini almış, lakin torpağa dair sənədlər olmadığından çıxarışı aldıqdan sonra alqı-satqı müqaviləsinin bağlanmasına dair razılaşmışlar. Sonradan ona məlum olmuşdur ki, satılmış torpaq sahəsi cavabdehə məxsus deyil və həmin torpaq bələdiyyə mülkiyyətindədir. Buna baxmayaraq cavabdeh həmin torpaq sahəsinə dair sənədləri qaydasına salaraq alqı-satqı müqaviləsinin bağlanacağını və tikinti işlərinə başlamağı ona bildirmişdir. Cavabdehin hərəkətləri barəsində Göygöl rayon Polis şöbəsinə müraciət etmiş, lakin mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Sonradan cavabdeh 0,17 ha toapq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri almış və həmin torpaq sahəsinin bir necə kv.m.-də ev tikdirdiyi 0,02 ha hissəsini 2.500 manat müqabilində satmış, eləcə də sənədlə şmə üçün 535 manat almışdır. Beləliklə cavabdeh vədinə əməl etməmiş və pulu geri qaytarmamışdır. Cavabdeh pulu 5 il müddətində özündə saxlamış və ona 3.000 ABŞ dolları zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında b axan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Cavabdeh teleqramla müraciət edərək məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb ape llyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 fevral 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləru Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 fevral 2017-ci il tarixli A seriyalı 147109 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyəti hüququ əsasında X5 məxsusdur. -Cavabdeh tərəfindən Göygöl rayonu Yeni Zond bələdiyyəsinə ünvanlanmış 20 de kabr 2016-cı il tarixli ərizənin surətindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndində 1990-cı ildən istifadəsində olan bələdiyyəyə məxsus olan 0,0429 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsindən imtina edir. Həmin torpaq sahəsinin X1 razıdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 sentyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu Yeni Zod kəndində 0,17 ha torpaq sahəsində yerləşən sahəsi 94,1 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, 0,17 ha torpaq sahəsi isə Cavabdeh, X4, X8, X7 və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 1096 maddələrinə istinadən, iddia təl əbini təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şə xs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -109 7.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh Göygöl rayonu Yeni, Zod kəndində yerləşən 0,06 ha toapq sahəsini özünün mülkiyyəti hesab edərək 1.200 ABŞ dolları müqabilində İddiaçı satmış, lakin torpağa dair hüquq müəyyənedici sənəd olmadığından tərəflər arasında müvafiq qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdehin satmış olduğu 0,06 ha torpaq sahəsnin 0,04 ha hissəsi bələdiyyə mülkiyyəti olmuşdur. 0,02 ha torp aq sahəsinə isə cavabdehlə iddiaçının qızı İlahə İsgəndərova arasında sonradan alqı-satqı müqaviləsi bağlanmış və bu barədə sonuncunun adına müvafiq çıxarış verilmişdir. Apelyasiya icraatı zamanı İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan 0,17 ha torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2019-cu il tarixli, 31048 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə və rəyə əlavə olunmuş sxemə əsasən Göygöl ra yonu Yeni Zod kəndində İddiaçı faktiki olaraq satılmış 0,06 ha torpaq sahəsinin 185 kv.m. hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,17 ha torpaq sahəsinə aiddir. Cavabdehin satmış olduğu 0,06 ha torpaq sahəsinin 0,04 ha hissəsi onun mülkiyyətində olmadığından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı tamamilə rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin 0,02 ha hissəsi cavabdehin mülkiyyətində olduğundan və sonradan bu barədə iddiaçının gəlini ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlandığından həmin torpaq sahəsi üçün ödənilmiş 4.000 ABŞ dolları (bir soti 2000 ABŞ dolları olmaqla) istisna olmaqla, qalan 8.000 ABŞ dolları cavabdehdən tələb etməkdə iddiaçı haqlı olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üz rə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-526/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-5335/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5335/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver