Məhkəmə qərarları › İş №2(102)-5337/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5337/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5337/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5337/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ekspertiza barədə vəsatətin əsassız olması) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahvedizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə da ir mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4307/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. BOKT "xxxx" QSC 24.06.2019-cu il tarixli, 005-NBK-0091-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 33,99 faizlə 6000 manat kredit vermişdir.

2. Kredit öhdəliyinin təminatı kimi BOKT "xxxx" QSC ilə Cavabdeh2 arasında 24 iyun 2019-cu il tarixli 005-NBK-0091-19 saylı və Cavabdeh3 arasında 24 iyun 2019-cu il tarixli 005-NBK-0091-19/a saylı zaminlik müqavilələri bağlanmış, müqaviləyə əsasən zaminlər Cavabdeh1 zamin durmuşlar. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı BOKT "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4387,76 manat əsas, 527,21 manat faiz borcu olmaqla, cəmi 4914,97 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oğlu Kredit müqaviləsi üzrə ödənilməli olan kredit və faiz borcunu ödəməmişdir.

5. Borc məbləği 15.10. 2020-ci il tarixə hesablanmışdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 443, 445.1, 448.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh1 banka olan borcunu etiraf etmiş, lakin hazırda ölkədə yayılmış pandemiya ilə əlaqədar işsiz olduğu üçün banka olan bor cunu vaxtı-vaxtında ödəməkdə çətinlik çəkdiyini bildirirərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-692/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4387,76 manat əsas borc, 527,21 manat faiz borcu olmaqla cəmi 4914,97 (dörd min doqquz yüz on dörd manat 97 qəpik) manat borcun və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumunun X3 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Fərid Əyyubov)

9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, 005-NBK0091-19 saylı kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə illik 31 faiz dərəcəsi olmaqla, 6000 manat kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh1 zamin durmuşlar. 15.10.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 4387,76 manat əsas, 527,21 manat faiz borcu olmaqla cəmi 4914,97 manat borcu vardır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişlər.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.2, 739.1, 472.1, 472.2 və 739.1-ci maddə ləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 oğlu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın qismən təmin edilməsi, faiz hissəsində rədd, əsas borcun yenidən hesablanmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə xüsusi bilik tələb edən məsələləri öz mülahizəsinə əsasən həll etmiş, mütəxəssis cəlb etmədən, ekspertiza keçirmədən məbləğin düzgün hesablanması nəticəsinə gəlmişdir; - bank tərəfindən məhkəməyə təqdim edilmiş iddiada dəbbə pulu borca hesablanmış faiz olaraq qeyd edilmiş, lakin məhkəmə tərəfindən həmin məsələ ətraflı şəkildə araşdırılmamış və dəbbə pulunun faiz məbləği olaraq cavabdehdən tutulmasını qət etmişdir; - bağlanmış kredit müqaviləsinə əsasən kredit cavabdehə istehlak məqsədləri üçün veri lmişdir və vaxtaşırı olaraq ödəniş öhdəliyini yerinə yetirsə də iddiaçı tərəfindən verilən iddia tələbində qeyd edilən məbləğ demək olar ki, ayrılan kredit məbləği qədərdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4307/2021 nömrəli, 03.05. 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Ziya Şirinov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, birinci instansiya məhkəməsi yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə e dilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərlə əsasən mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız saymış, bu səbəbdən ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a ) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh Cavabdeh1 oğlu (vəkil Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin aprellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Mə cəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir

22. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini də borcun məbləği hissəsində Cavabdeh1 mübahisələndirib, apellyasiya baxışının predmeti də yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

26. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

27. Cavabdeh apellyasiya şikayətində borcun məbləği ilə razı olmadığını, dəbbə pulunun borca hesablanmış faiz olaraq qeyd edilməklə ondan tutulmasını bildirmişdir.

28. İşdən görünür ki, apellyasiya məhkəməsi həmin dəli llərlə razılaşmamışdır.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 15-16-cı bəndlərində əks olunan mövqeyi ilə razılaşır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi borcun hesablanması üçün ekspertiza təyin edilməsi barədə cavabdehin dəlillərini əsassız sayarkən sonuncunun buna dair məhkəməyə hər-hansı bir sübut təqdim etməməsinə istinad etmişdir.

31. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin ekspertiza təyin edilməsi barədə vəsatəti özü-özlüyündə ekspertiza təyin edilməsinə əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspertiza təyin edilməsi ilə bağlı vəsatətini əsaslandırmalı, bunun üçün sübutlar təqim etməlidir. Üstəlik, cavabdeh birinci instansiya məhkəməsində borcun məbləğini mübahisələndirməmiş, iddianı qəbul etdiyin i bildirmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4307/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar