Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5338/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5338/21 (Açar sözlər: kreditin qaytarılması, restrukturizasiya edilmiş məbləğin tutulması) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhm dar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3392/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ASC 06.10.2015-ci il tarixli, İKM 390 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 1950 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Borcun təminatı kimi 06.10.2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
3. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyiblər. a) Birinci instansiya məhkəm əsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 850.30 ABŞ dolları əsas, 869.50 ABŞ dolları faiz borcu, 126,60 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış məbləğ və 1226.96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3073,36 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmir.
6. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425, 442, 445.7, 448.1, 470.1 və 472.2-ci maddələrinə istinad etmişdir.
7. Bakı şəhər i Binəqədi Rayon Məhkəməsinin 2(001)-5406/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Süleyman qızından 850.30 ABŞ dolları əsas borcun (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı1 ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Günel Abbasova)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçi nin hesabdan çıxarışa əsasən (əhatə dövrü 17.08.2019-03.11.2020) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq cavabdehin 952.13 ABŞ dolları məbləğində pul vəsaiti əsas borc qalmışdır. Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən isə Cavabdeh1 1095.27 manat məbləğində kompensasiya hesablanmışdır. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 1445.51 manat təşkil edir.
9. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditləri nin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında v ə lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 850.30 ABŞ dolları əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Amma nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, belə olan halda, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi zamin Cavabdeh2 qarşı hissədə iddia təl əbi üzrə qeyd etmişdir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zamin Cavabdeh2 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. Bundan əlavə, zamin Cavabdeh2 06.10.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə kreditorun qarşısında öhdəlik götürməklə məsuliyyət daşımalıdır. Odur ki, hər bir halda kreditor zaminə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmişdir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 448.1, 448.2.1, 470.1, 472.1, 477.0.4, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 apellyasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə ƏSF-nin rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASCnin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin, cavabdehə restr ukturizasiya aparılması məqsədilə təklif göndərilmişdir və Fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür; - cavabdeh hal-hazıradək göndərilmiş təkliflərə baxmayaraq, kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturzasiya məbləğini qəbul etmir; - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmişdır. Digər tərəfdən, həmin müqavilədə Fərmana uy ğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə, 1% olmaqla restrukturizasiya olunur; - müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin Fərmanın heç bir maddələrində Fərmanın təsirinə düşən müqavilərinin məhkəmələr tərəfindən restrukturizasıya olunmayan kredit müqavilələrinin faiz, cərimə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ borclarının silinməsi nəzərdə tutulmayıb.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3392/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5406/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Rafael Eyvazov)
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə – müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cərimə borcunun və illik 5 % olmaqla hesablanmış faiz məbləğinin silinməsi hissəsində – yoxlayaraq qeyd edib ki, tərəflər arasında bağlanmış 06.10.2015-ci il tarixli kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Həmin Fərmanda isə onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödəni lmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. qeyd olunanları və istinad olunan Fərmanın tələblərinə əsasən iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir.
17. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə qanuni və əsaslı sayıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
24. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cərimə borcunun və illik 5 % olmaqla hesablanmış faiz məbləğinin silinməsi hissəsindən iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də yalnız iddiaçı nın apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
27. Kassasiya şikayətinin dəlillə ri ilə eynilik təşkil edən apellyasiya şikayətini dəlillərinə apellyasiya instansiyası məhkəməsi qiymət verib.
28. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh1 952.13 ABŞ dolları məbləğində pul vəsaiti əsas borc qalmışdır. Cavabdeh1 1095.27 manat məbləğində kompensasiya hesablanmışdır. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 1445.51 manat təşkil edir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Fiziki şəxslərin xarici valyutada olan kr editlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1-ci bəndinə əsasən restruktrizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir.
31. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2-ci bəndində də nəzərdə tutulub ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi ni və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.
32. Fərmanın 8.9-cu bəndinə görə Fərmanın məqsədləri üçün faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
33. Göründüyü kimi iddiaçının hazırki mübahisə üzrə faiz və cərimənin tutulmamasının düz olmaması barədə dəlilləri əsassızdır.
34. Həmçinin qeyd edilməlidir ki, iddiaçı bank 2016-cı ilin avqust ayında ləğv edilmişdir. Belə olan halda, ləğv edilmiş bankın müqavilə müddəti bitəndən (06.10.2017-ci ildən sonra) sonrakı dövr üçün əsas borca illik 5 faiz məbləğində pul tələbinin təmin edilməməsi də qanuni və əsaslı olmuşdur.
35. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız sayır.
36. Məhkəm ə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3392/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.