Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5339/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili X3, cavabdehlərin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxx” MMC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıb ova, iş № 2(011)-xx/17) iddiaçı “xxxx” ASC-nin “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” MMC-dən və Cavabdeh2 birgə qaydada xx xxyabr 2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə 137508,67 ABŞ dolları əsas, 89172,32 ABŞ dolları faiz borcu olmaqla, cəmi 226 680,99 ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat dövlət rüsumunun, bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 60 manat ödənişin “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasının ilikin satış qiymətinin 180 000 manat müəyyən olunması, Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilikin satış qiymətinin 120 000 manat müəyyən olunması, tələbin həmin əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, borc ödənildikdən sonra satışdan əldə edilmiş qalan pul məbləğinin Cavabdeh2 qaytarılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binasının satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət olunmuşdur. Həmin qətnamədən “xxxx” MMC və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş № 2(103)xx/18) cavabdehlər “xxxx” MMC və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi “xxxx” MMC-dən və Cavabdeh2 birgə qaydada 89172,32 ABŞ dolları faiz borcununtutulması, habelə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə birlikdə qeyri- yaşayış binasınınilkin satış qiymətinin 180 000 manat müəyyən edilməsi hissələrində dəyişdirilmiş,“xxxx” MMC-dən və Cavabdeh2 birgə qaydada“xxxx” ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 76 170,19 (yetmiş altı min yüz yetmiş dollar xx xx) ABŞ dolları müəyyənləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasının ilkin satış qiyməti isə 210 000 (iki yüz on min) manat müəyyən edilmi ş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər “xxxx” MMC və Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin qismən - onlardan bankın xeyrinə pul tutulması hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” ASC (bank) “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin xx xxyabr 2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-yə olan 137590 ABŞ dolları əsas, 106779,29 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu nun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 60 manat ödənişin “xxxx” MMC-dən və zamin Cavabdeh2 tutulması, tutmanın ilkin satış qiyməti 190 100 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ilə birlikdə qeyriyaşayış binasına və ilkin satış qiyməti 40 000 manat müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə yönəldilməsi və qeyri-yaşayış binasının 1 ay müddətində boşaldılması, borcun əmlakların açıq hərracdan satılması və zamin Cavabdeh2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehlərin vəkili İ.Cavadov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Q.Bağırzadə və vəkili H.Cavadov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin işt irakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, yəni onlardan bankın xeyrinə pul tutulması hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, iddiaçının nümayəndəsi Q.Bağırzadənin, vəkili H.Cavadovun, cavabdehlərin vəkili İ.Cavadovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəli llərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bankla “xxxx” MMC arasında bağlanmış xx xxyabr 2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 24.07.2017-ci il tarixədək, illik 16% ödəmək şərtilə 183 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış, h əmçinin Cavabdeh2 məxsus Abşeron rayonu, ev1 yerləşən 0.10 ha torpaq sahəsi ipotekaya qoyulmuş, ipoteka predmetləri müvafiq olaraq 190 100 manat və 40 000 manat məbləğlərində qiymətləndirilmişdir. İşin hallarından aydın olur ki, MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, 06.12.2017-ci il tarixinə onun 137 590 ABŞ dolları əsas, 106 779,29 ABŞ dolları faiz borcu olmaqla, cəmi 244 369,29 ABŞ dolları məbləğində borcunun yarandığı hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə gö rə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən ed ən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxım ından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı q ayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə apellyasiya instansiyası məhkəməsi faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab etmiş və qeyd etmişdir ki, müqavilə müddətinin bitdiyi tarixə “xxxx” MMC-yə hesablanmalı olan faiz borcunun 76 170,19 ABŞ dolları təşkil etməsi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Ona görə də, şikayət qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəz ərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehlərdən kredit borcunun tutulması ilə bağlı tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya ar aşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məh kəməsinin iş üzrə mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər “xxxx” MMC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi mübahisələndirilən hissədə (cavabdehlərdən bankın xeyrinə pulun tutulması hissəsində) həmin kassasiya şikayətinə mü nasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5339/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5339/2019
11.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver