Məhkəmə qərarları › İş №2(102)-5339/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5339/2021

25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5339/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayəti verilməsi Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmaması səbəbindən kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1095/2021 nömrəli iş üzrə 16 apr el 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş 29 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə uşaq üçün yaşayış minimumuna uyğun olaraq 160 (yüz altmış) manat məbləğində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 2(005)-2938/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayo n Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(002)-1703/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdiriməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərzadə və İlham Kərimli) 25 yanvar 2021-ci il tarixli, 2(103)-1095/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apel lyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2938/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, qətnamədən kassasiya şikayəti verilməsinin nəzərdə tutulmadığı göstərilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2020-ci il tarixli, 2(103)-1095/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Bakı şəhəri Nə rimanov Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(002)-1703/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 108 manat olmuş, iddiaçının hazırki tələbi isə həmin məbləğin 62 manat artırılaraq 170 manat olması ilə bağlı olmuşdur. Buna görə də bir il ərzində tələb olunan alimentin cəmi məbləği iki min manatdan az olduğundan bu cür qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2020-ci il tarixli, 2(103)-1095/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığından geri qaytarılmalıdır. Həmin qərardaddan narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 16 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, artırılan 62 manatın azyaşlı uşağın 18 yaşına çatanadək cavabdehdən alınması nəzərə alındıqda, 2013-cü ildə anadan olmuş Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin bundan sonrakı 11 il üçün ödəyəcəyi alimentin miqdari 8000 manatı keçir. Apellyasiya məhkəməsi isə heç bir qanuna istinad etmədən bir il ərzində tələb olunan alimentin cəmi məbləğinin iki min manatdan az olduğunu əsas kimi göstərərək bu cür qətnamələrdən kassasiya şikayətləri verilməsinin nəzərdə tutulmadığını qeyd etmişdir. Apellyasiya in stansiyasının əsas kimi göstərdiyi aylıq ödəniş miqdarı ilə hesablandıqda belə (170x12), iddianın qiyməti 2040 manat edir və bu hal iddianın mümkünsüzlüyü haqda apellyasiya instansiyasının dəlilini təkzib edir. Bundan başqa, məhkəmənin aliment ödəməsi barədə qətnaməsində ödəmə müddəti müəyyən olunduğundan, hesablama rəqəmi 3 illik dövrü əhatə etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşlə əlaqədar Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasın a gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: (qərardad qəbul edilərkən qüvvədə olan redaksiya) Maddə 404-1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 403.1. Apellyasiya instans iyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, hazırkı iş üzrə tələb müəyyən edilmiş hər ay 29 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanıl ması üçün 108 manat aliment məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat tutulmasından ibarətdir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 62 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (62 x 12 ay = 744 manat) kassasiya şikayəti verilməsinə yol verən məbləğdən az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəmə sinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1, 112, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1095/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar