Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5341/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdiyev Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh X1 və vəkili Hüseynova Esmira Hüseyn qızının iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mart 2021ci il tarixli qətnaməsinin verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq Cavabdeh 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(007)1881/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2(007)-927/2019 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tu tulması, alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. (hakim Fikrət Mirzəyev) Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, alimentin məbləğinin əvvəlki kimi 100 manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(007)-1881/2020 saylı qətnaməsi dəyişdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, qətnamənin yoxlanılan qalan hissədə (“alimentin artırılmış miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması”) apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsından kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən 404-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olarsa, həmin işlər üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz Hazırki işdən də görünür ki, ilkin olaraq aliment 100 manat miqdarında olmuş, iddiaçı bu iddia tələbində həmin məbləğin 200 manata qaldırılmasını xahiş etmişdir. Başqa sözlə, əvvəlki məhkəmə qərarı ilə tutulan aliment məbləği ilə iddiaçının hazırda tələb etdiyi alimentin məbləği arasında fərq hər ay üçün 100 manat olmaqla, illik məcmu cəmi 1200 manat təşkil edir. Belə olan halda, yəni iddia tələbi iki min manatdan az olduğu üçün cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mart 2021ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mar t 2021-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 25.08.2021-ci il qərardad ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mart 2021ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5341/2021 saylı 25.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3051/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və i
Məhkəmə qərarları › İş №2(102)-5341/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5341/2021
15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver