Məhkəmə qərarları › İş №2(102)-5342/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5342/2019

27.08.2019 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5342/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin vəkili Vəkil katibliyiilə, İddiaçı X Cavabdeh qarşı artıq alınmış məbləğin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddiaçı X Cavabdeh qarşı artıq alınmış məbləğin qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 22275,60 (iyirmi iki min iki yüz yetmiş beş manat altmış qəpik) manat məbləğində pul tutularaq X hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov) Xəzər rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki pr osessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı artıq alınmış məbləğin qaytarılması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ona görə ki, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi qanunidir və məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni düzgün olaraq işin aşağıda göstərilən halları ilə əsaslandırmışdır. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, cavabdeh ailə başçısını itirməyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə 01.02.2004-cü il tarixdən pensiya aldığı halda, bunu gizlədərək X 20.11.2004-cü il tarixdən yaşa görə əmək pensiyası da almışdır və artıq aldığı pensiyanın ümumi məbləği 22.275,60 manat təşkil edir. Hazırda iddiaçı həmin məbləğin geri qaytarılmasını tələb etsə də, cavabdeh birdəfəlik ödəniş üçün həmin məbləğdə vəsaiti olmadığını bildirərək, artıq ödənişin aldığı pensiyasından hissə-hissə tutulmasını xahiş edir. Apellyasiya şikayətində isə cavabdeh ikili pensiya almağın qanunsuz old uğunu bilmədiyini, iddia müddətinin ötdüyünü bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Qeyd edilən Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göstəril miş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz (maddə 39.2). Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır (maddə 39.3). Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır (maddə 39.4). Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmla k əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1095-ci maddəsinin tələbinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, cavabdeh ailə başçısını itirdiyinə görə əmək pensiyası aldığı halda bu halı iddiaçıdan gizlə dərək özünə yaşa görə pensiya da təyin etdirmiş və qanuni əsas olmadan iddiaçının hesabına varlanmışdır. İddiaçı həmin faktı 2018-ci ildə bilmiş və cavabdehə artıq alınmış pensiya məbləğinin geri qaytarılması barədə bildiriş göndərmiş, daha sonra isə məhkəmədə hazırki iddianı qaldırmışdır. İddiaçı qanunda nəzərdə tutulmuş iki illik müddəti ötürməmişdir. Cavabdehin qanunu bilməməsi barədə dəlilinə qiymət verən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələbinə görə, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Yuxarıda göstərilənləri, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2019- il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar