Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5343/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5343/21 (Açar sözlər: pul mübahisəsi ) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Mənsimzadə Rəfail Alı oğlu və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3964/2021 nömrəli, 22.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. 23.11.2018-ci il tarixli qəbzlə İddiaçı Cavabdeh 20.000 manat borc pul vermişdir. Həmin məbləğin tam olaraq qaytarılıb-qaytarılmaması ilə bağlı mübahisə yaranmış və iddiaçı bu səbəbdən hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat borcun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 26.500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 sentyabr 2018-ci il tarixdə iddiaçı əvvəlcədən tanıdığı X1 Bakı şəhəri, Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən “Keşlə” kafesində bir neçə tanış şəxslərin şahidliyi ilə 20.000 manat pul vermişdir. Cavabdeh ona Rusiya Federasiyasında bizneslə məşğul olduğunu, Astraxan şəhərində balıq alveri etdiyini və təzə balıqların topdan satışını təşkil edərək Rusiyanın müxtəlif şəhərlərindəki tanış alverçilərə göndərdiyini bildirmişdir. Onun söhbətləri və tez zamanda qazanc əldə edəcəyi iddiaçını həvəsləndirmiş və o, cavabdehə biznes fəaliyyətində onunla şərik olmaq üçün 20.000 manat pul vermişdir. Bu söhbətdən bir neçə müddət keçməsinə baxmayaraq, cavabdehdən xəbər gəlməmi ş, iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(011)5630/2020 nömrəli qətnaməsi (A.Həsənova) ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 16.000 (on altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə iddianı qismən təmin edərəkən iddiaçının cavabdehə 20.000 manat pul verməsini işin mübahisəsiz halı kimi qəbul etmiş, cavabdehin həmin məbləğdən iddiaçıya 4000 manat qaytarmasını etiraf etməsini nəzərə alaraq iddianı həmin məbləğdə təmin etmişdir.
7. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaç ı və Cavabdeh qızı apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsi MK-nın 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Məmmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş No 2(103)-3964/2021 saylı mülki iş) Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, İddiaçı apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(011)-5630/2020 nömrəli qətnaməsi Cavabdeh 16.000,0 manat alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh 18.000,0 (on səkkiz min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilmiş, Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi qətnamədə MM-nin 385.1, 442, 44 3.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə 20.000 manat pul verməsini cavabdeh etiraf etmiş, eyni zamanda iddiaçı həmin məbləğdən 2000 manatın qaytarılmasını etiraf etmiş, cavabdeh isə aldığı vəsaitdən daha artıq məbləğ qaytarmasını sübuta yetirə bilmədiyi üçün tələb 18.000 manat məbləğində təmin olunmalıdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Borcun alınmasına dair iddiaçı ilə aralarında notariusda təsdiq edilmiş sənədləşmə olmamışdır. Aldığı borc pulu tam olaraq qaytarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçının vəkili Mənsimzadə Rəfail Alı oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məs ələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir.
17. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. 23.11.2018-ci il tarixli qəbzlə İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, 20.000 manat pul İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Qəbzi həmçinin şahid qismində Abbasov Ehtiqad adlı şəxs imzalamışdır. Cavabdeh qeyd olunan məbləği almasını etiraf etmişdir. Ona görə həmin məbləğin verilməsi sübuta yetmiş hal kimi qəbul edilməlidir.
26. Alınan məbləğin qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Borc məbləğindən cavabdehin 2000 manat qaytarmasına dair iddiaçının etirafı məhkəmə tərəfindən qəbul edilmişdir. Bu hal da sübutdan azad hal kimi qəbul edilməlidir. Yəni, iddiaçı həmin məbləğin ona qaytarılmasını etiraf edirsə, cavabdeh onu da sübut etməkdən azaddır. Qalan 18.000 manat pulun qaytarılması ilə bağlı cavabdeh sübutlar təqdim edə bilməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə pul verməsini sübuta yetirmişdir, bu halı cavabdeh özü də etiraf etmişdir. Ona görə iddiaçı bu vəzifəni sübutetmə vəzifəsindən azad olunur. Növbəti sübutetmə mərhələsi cavabdehə keçir. Verilən pulun iddiaçıya qaytarılması halını cavabdeh sübut etməlidir. İddiaçı bu halı qismən etiraf edir. Qalan məbləğin qaytarılmasını cavabdeh sübuta yetirə bilmir. Ona görə məhkəmə mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Bundan başqa, cavabdehin nəzərinə çatdırılır ki, sübutlar 1-ci instansiyası məhkəməsinə təqdim edilməlidir. Faktı təsdiq edən şahidlər də sübut olaraq həmin itsnasiyada təqdim edilməlidir. Apelyasiya Məhkəməsi sübutları o halda qəbul edir ki, onu təqdim edən sübutları ondan asılı olmayan səbəblərdən 1-ci instansiya məh kəməsinə təqdim edə bilməməsini sübuta yetirmiş olsun.
29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3964/2021 nömrəli, 22.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova