Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5347/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5347/21 (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7595/2020 nömrəli 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ndən iddiaçı İddiaçı kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 13.09.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub və hazırda birgə nigahdadırlar.
2. Cavabdeh yaşa görə hər ay 350,39 manat pensiya alır və 19.08.2014-cü il tarixli müqavilə üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çilingər vəzifəsində çalışır, əmək haqqı 865 manat təşkil edir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılıb ki, cavabdehlə nigaha daxil olduqdan sonra iddiaçı Bakı şəhəri, Xətai rayonu. Qədir Məmmədov küçəsi ev 7, mənzil 111-ə köçmüşdür. Cavabdehin dediyinə görə həmin mənzil ona məxsus idi. Bir müddət həmin mənzildə iddiaçı cavabdehlə birlikdə yaşamışdır. Sonradan məlum olmuşdur ki, həmin mənzil cavabdehin birinci nikahdan olan ailəli qızı X1 adınadır və bir gün Günay onlardan xəbərsiz iddiaçının yaşadığı mənzili satmış və həmin mənzilin pulunu mənimsəmişdir.
5. Günay Qasumova mənzilin pulundan atasına 10000-12000 manat pul göndərmişdir.
6. Mənzil satılandan sonra Xətai rayonu ərazisində Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, döngə 1, dalan 1, ev 4Q-də 2 otaqlı ev almışlar. Mənzil yaşamaq üçün yararsız vəziyyətdə idi. Bir müddət ünvanda təmir işləri apardıqdan sonra oraya köçmüş və mənzildə yaşaya-yaşaya da uzun müddət təmir işləri aparmışlar. Evin mü lkiyyət sənədi mövcud deyil. Ünvanda yalnız cavabdeh pasport qeydiyyatındadır.
7. Cavabdehin birinci nikahdan dörd qızı var və hamısı ərdədir. Hamısının da əri işləyir və ailələrini maddi cəhətdən təmin edirlər. Buna baxmayaraq, vaxtaşırı cavabdehin qızları atalarına müraciət edərək ondan müəyyən məbləğdə pul tələb edir, cavabdehin onlara müxtəlif məişət əşyaları almasını istəyirdilər və bu tələblər cavabdeh tərəfindən qeyd-sərtsiz yerinə yetirilirdi.
8. Cavabdeh 2017-ci ildən etibarən 300 (üç yüz) manata yaxın pensiya alır və pensiya almaqla yanaşı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çilingər işləyir və 700-800 manat əmək haqqı alır. Cavabdeh pensiyaya çıxandan sonra onlar yalnız onun pensiyası ilə dolanmışlar. Qalan gəlirlərini isə o iddiaçının etirazına baxmayaraq cavabdeh öz qızlarına x ərcləmişdir. Ötən ilin sentyabr ayından etibarən isə cavabdeh evə heç bir bazarlıq eləmir, yalnız kommunal xərcləri ödəyir.
9. İddiaçı əvvəllər işləsə də, nikaha daxil olandan sonra cavabdeh iddiaçının işləməşinə razılıq verməmiş və onu maddi cəhətdən hər cür təmin edəcəyini bildirmişdir.
10. Ailədə söz-söhbət olmasın deyə iddiaçı cavabdehin şərti ilə razılaşaraq işdən çıxmışdır. Cavabdeh evə ərzaq məhsulları və gündəlik zəruri tələbat malları almadığı üçün iddiaçı məcburiyyət qarşısında qalaraq vaxtaşırı bacısının evində, qardaşının evində yaşayır. Bir neçə dəfə xəstələnsə də, cavabdeh iddiaçıya bir manat olsun belə dərman pulu vermir. Hər dəfə soruşanda da, cavabdeh kredit ödədiyini deyir.
11. Bununla da iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi məhrumiyyətlərə məruz qalmışdır. Cavabdehin qanunazidd əməlləri nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur.
12. Cavabdeh iddiaçının razılığı olmadan ümumi birgə əmlakdan iddiaçıya çatası əmlak üzərində də sərəncam verməklə iddiaçının hüquqlarını pozmuşdur.
13. İddiaçıda olan məlumata görə cavabdeh “Baku Elektroniks”-in “Çırağan” filialından və metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən “Embavood” mebel mağazasından qızları üçün bir neçə məişət əşyası və mebel dəsti götürmək üçün kredit müqavilələri bağlamış, ümumi birgə əmlakdan iddiaçıya çatacaq vəsaiti də həmin kredit ödənişlərinə yönəltməklə iddiaçını maddi cəhətdən ağır vəziyyətə salmışdır.
14. Cavabdeh ümumi birgə əmlakdan hər ay iddiaçıya çatacaq 400-500 manat vəsait üzərində qanunsuz sərəncam verməklə ötən ilin sentya br ayından etibarən bu günə qədər iddiaçıya 2500-3000 manat məbləğində ziyan vurmuşdur və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəllənin 32.1, 32.2, 32.3, 33.1, 36.3, 37.1 və 84.1-ci maddələrinə istinad etmişdir.
16. Xətai rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Əminə Abbasova)
17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara qiymət verib hesab etmişdir ki, ər-arvadın hər birinin əldə etdiyi gəlir onların birgə mülkiyyətinə daxil edilsə belə, iddiaçı tərəfindən cavabdehin nikah dövründə əldə etdiyi gəliri ailənin tələbatlarını ödəmək üçün deyil, başqa məqsədlərə xərclədiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməd iyindən iddia rədd edilməlidir.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32 və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə əlavə olaraq göstərilib ki, məhkəmə iddianı sübut olmaması əsası ilə rədd etsə də, cavabdehin kənar şəxslər üçün məişət əşyaları və mebel alması barədə ödəniş qəbzlərini tədim edib.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7595/2020 nömrəli 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3188/2020 saylı iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Qürbət Əsgərov)
22. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin nikah dövründə əldə etdiyi gəliri ailənin tələbatlarını ödəmək üçün deyil, başqa məqsədlərə xərclədiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apel lyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apellyasiya məhkəməsinin müvafiq sübutları əldə etmək üçün "xxxx" MMC-nin Çırağan filialına və “Embavood” mağazasına sorğu göndərilməməsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə cavabdehin iştir akı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən ma ddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi pulun tutulması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdehlə nikahdadır, cavabdehin qazancı onların ümumi mülkiyyətidir, buna baxmayaraq, cavabdeh qazancını ailəyə deyil, kənar şəxslərə xərcləyir, bu səbəbdən cavabdehin gəlirindən ona çatası puldan məhrum olub.
34. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddiaların təmin edilməsinin əsas şərti iddiaçının istinad etdiyi halların müvafiq sübutlarla müəyyən edilməsindən asılıdır.
35. Hazırki işdə isə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaç ı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin nikah dövründə əldə etdiyi gəliri ailənin tələbatlarını ödəmək üçün deyil, başqa məqsədlərə xərclədiyini işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
37. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq dəyişdirmədən saxlamışdır.
38. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(103)-7595/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.