Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5357/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Cavabdeh və vəkili Vəkil Ağaəli oğlunun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 saylı qətnaməsi il ə (hakim S.Ə.Qarayev) iddia qismən təmin edilərək, Cavabdeh hərəkəti qanunsuz hesab edilməklə ondan 100.000 (bir yüz min) manat borc pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 100.030 (bir yüz min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin digər hissədə təmin edilməməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.M.Xıdırov, V.G.Kumiova və F.M.Abbasov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini, 100.000 (bir yüz min) manat vəsaitin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 3.000 (üç min) manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılması, eyni zamanda Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyi üçün onun barəsində prokurorluğa göndərilməklə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiya sının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Vəkil Ağaəli oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlan dırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Az ərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında 25 iyul 2017-ci il tarixli aşağıdakı məzmunda notari al qaydada təsdiq edilmiş borcun etirafı müqaviləsi bağlanmışdır. 1.Mən, İddiaçı İbrahim oğlu bildirirəm ki, 01.08.2012-ci il tarixdə, Cavabdeh 100.000 (yüz min) manat məbləğində borc pul vermişəm. Mən, Cavabdeh 01.08.2012-ci il tarixdə İddiaçı İbrahim oğlundan 100.000 (yüz min) manat məbləğində borc pul aldığımı etiraf edirəm.
2. Mən, Cavabdeh bu müqavilədə göstərilən məbləği yəni 100.000 (yüz min) manat məbləği 05.07.2021-ci il tarixədək hər ay 2000 manat ödəmək şərtilə qaytarmağı öhdəmə götürürəm.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742-745 və 881-882-ci maddələrinin məzmunu tərəflərə izah olundu. 4.Bu müqavilə müəyyən məbləğ pulu borc verən tərəfindən borcluya faktiki olaraq verildiyi andan bağlanmış hesab olunur.
5. Verilən borc qaytarılmadığı təqdirdə Azərbaycan Respublikas ının qanununa uyğun olaraq həmin müqavilə məcburi icra etdiriləcəkdir. 6.Həmin müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üçün xərclər Cavabdeh tərəfindən ödənilir. 7.Həmin müqavilə üç nüsxədən ibarət tərtib olunub, onlardan hər biri eyni qüvvəyə malikdir. Bir nüsxəsi notariat kontorunda saxlanılır, digər nüsxələr isə tərəflərə verilir. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi əsasən aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsi tərəfindən hakim Seymur Qarayevə ünvanlanmış 22.08.2019-cu il tarixli, 087-288 saylı məktubdan da göründüyü kimi Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 9, mənzil 221 ünvanında yaşayan Cavabdeh İddiaçı, X1, X7, Əhmədov Toğrul Çingiz oğlu və qeyriləri tərəfindən ölümlə təhdid olunması, Bakı şəhəri, Ziya Bünyadov prospekti 110 ünvanında icazə əsasında işlətdiyi 20 saylı inşaat materialları mağazasındakı külli miqdarda mallarının özbaşına ələ keçirilməsi, qrup halında hədə qorxu ilə pul tələbinə dair müraciəti Nizami RPİ-də törədilən və hazırlanan cinayətlər haqqında məlumatların 1 saylı hadisə kitabında 288 nömrə ilə qeydiyyata alınaraq istintaq araşdırması Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 həvalə edilmiş və hazırda araşdırmalar davam etdirilir. Qeyd olunan fakt ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmamış, borc müqaviləsinin hansı şəraitdə bağlanması, işin faktiki hallarının nədən ibarət olması araşdırılmadan qətnamə çıxarılmışdır... 2007-2013-cü il tarixədək 286.000 manat pulun ödənilməsi şahidlərin iştirakı ilə iddiaçının özünə təqdim edilmişdir.Şahidlərin məhkəmə iclasında iştirakı tərəfimdən təmin ediləcək. 2018-ci il ərzində reket dəstələri tərəfindən iddiaçının rəhbərliyi altında mağazadan ümumilikdə 64.566 manat əmlak götürələrək mənimsənilmişdir. Göstərilən fakt Nizami RPİ-də törədilən və hazırlanan cinayətlər haqqında məlumatların 1 saylı hadisə kitabında 288 nömrə ilə qeydiyyata alınaraq istintaq olunan materiallarda öz əksini tapmışdır. Göründüyü kimi məhkəmə araşdırılması MPMnin aşağıda qeyd olunan tələblərinin pozulması ilə keçirilmişdir. (175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməy ə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.)...”. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd olunan cinayət işinin materiallarını tələb edərək öyrənməmiş, MPM-nin 88-ci maddəsinin tələbləri baxımından sübutlara düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin mahiyyətinə zidd olan müqavilənin 4-cü bəndinin hansı məqsədlə yazıldığını, bunun texniki səhvmi olaraq müqavilədə əks olunmağına hüquqi qiymət verməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı cavabdehin apelyasiya şikayəti ilə bağlı yazdığı etirazın ziddiyyətli dəlillərinə hüquqi qiymət verilməmişdir (i/v 87-93). İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayon prokurorunun müavini Pərviz Fərəcov tərəfindən qəbul olunmuş 07 yanvar 2020-ci il tarixli qərarla Cavabdeh müraciəti əsasında Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02.11.2019cu il tarixdə qəbul olunmuş qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilərək material əlavə yoxlama aparılması üçün ərizə ilə birlikdə Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Buna görə işə yenidən baxılarkən həmin cin ayət işinin materialları tələb edilərək öyrənilməklə apelyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəm əsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təm in edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.