Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5358/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2(103)1449/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-5464/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 14.100 ma nat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaitinin məbləği 9100 manat miqdarında müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 oktyabr 2009-cu il tarixdə Cavabdeh 15.000 manat məbləğində borc verməsini və bunun müqabilində X1 məxsus Biləcəri qəsəbəsindəki üç otaqlı mənzilə dair onun adına 3 il müddətinə mənzilin üzərində sərəncam verə n etibarnamə verilməsini, lakin cavabdeh vəd etdiyi vaxtda borcu qaytarmadığı üçün mənzilin hərracdan satılıb borcunun qaytarılması barədə məhkəmədə iddia qaldırmasını, lakin tələbinin təmin olunmamasını əsas göstərməklə cavabdehdən onun xeyrinə borca görə 15.000 manat, borcun vaxtında qaytarılmamasına görə 10.000 manat, cəmi 25.000 manat tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiy a şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında borc münasibəti mövcud olmuş və iddiaçıya görə o, cavabdehə 15.000 manat məbləğində borc vermişdir. Cavabdeh isə borcu qismən – 10.000 manat məbləğində etiraf etmiş və onun 900 manatını qaytardığını bildirmişdir. Borcun 900 manatının qaytarılmasını iddiaçı da etiraf etmişdir. İddiaçı cavabdehə verdiyi borcun 15.000 manat təşkil etməsi barədə məhkəməyə sübut təqdim etmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı cavabdehin etiraf etdiyi həcmdə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya iddianı 9100 manat həcmində təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Qanunun həmin normasına görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehin iddiaçı qarşısında icra etmədiyi öhdəliyi 9100 manat təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsi həmin borcun cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA A LDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5358/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5358/2019
07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver