Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-536/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın ananın yanında qalması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)364/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın barışıq üçün vaxt verilmədən pozulması, azyaşlı uşaqlarının onun yanında saxlanılması üçün hər ay cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ilk gündən münasibətləri normal olmuşdur. Cavabdeh onun şəxsi işlərinə qarışmış, buna görə də onların sözü düz gəlməmişdir. Cavabdeh dəfələrlə uşaqların gözü qarşısında onu döymüşdür. Əvvəllər cavabdehə güzəştə getsə də sonradan ona güzəştə getməmişdir. Uşaqlarını da götürərək atasının evinə getmişdir. Barışmaq fikri yoxdur.
5. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, nikahın pozulmasına razı deyildir. O, barışmaq, ailəsini bərpa etmək istəyir, lakin iddiaçı heç bir səbəb olmadan nikahın pozulmasında təkid edir. Azyşalı uşaqlar da ona bağlıdır və ana uşaqları ondan ayırmaq istəyir. xx.xx.2016-cı il tarixdə doğulmuş X10 ilə ünsiyyət hüququndan istifadə edərkən onun səhhətinin normal olmadığını hiss etmiş və onu həkimə aparmış, dərhal uşağı əməliyyata almışlar. Uşaq anada olduğu müddətdə uşağı n səhhəti ilə maraqlanmamışlar. Uşağın anası hazırda müəllimə işləyir. Uşaq da onların barışmasını, birlikdə yaşamasını istəyir. O, nikahın pozulmamasını, pozulduğu təqdirdə uşaqların onun yanında saxlanılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Goranboy Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə fikri öyrənilmiş xx.xx.2016-cı il tarixdə doğulmuş X10 bildirmişdir ki, valideynlərinin barışmasını və atasının evində birlikdə yaşamasını istəyir. Anası ilə görüşmək, lakin daimi olaraq atasının yanında qalmaq istəyir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci ildə doğulmuş X5 valideynlərinin hansının yanında qalması ilə bağlı rəy verilməsi üçün mülki iş Goranboy Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Həmin Komissiyanın xx.xx.2023-cü il tarixli rəyi ilə xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci ildə doğulmuş X5 anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməpsixoloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən müayinə olunan uşaqların hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 bir-birinə dərin bağlılıqları üzrə çıxmır. xx.xx.2018-ci il təvəllüdlü X5 atası Cavabdeh və anası İddiaçı eyni dərəcədə ba ğlılığı müəyyən olunur. xx.xx.2016-cı il təvəllüdlü X4 hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla atası Cavabdeh bağlılığı daha çoxdur.
9. Məhkəmə iclasında Goranboy Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizası arasında olan uyğunsuzluğa dair izahatında bildirmişdir ki, Goranboy Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında uşaq ananın yanında qalmasını istədiyini bildirmişdir, lakin hazırda atanın yanında qalmaq istədiyini bildirməsi və fikrini dəyişməsi təbii haldır.
10. Tərəflərdən cava bdehin nikahın pozulması haqqında razılığı olmadığından, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, bu müddətdə tərəflər barışmamışdır.
11. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)-279/2023 nömrəli 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Goranboy rayonu Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2018-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması, iddianın qalan hissədə rədd edilməsi, nika h pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tərəflərin tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu İddiaçı və Cavabdeh izah edilməsi qət edilmişdir (hakim Toğrul Məmmədov).
12. İddia tələbinin tərəflər arasında bağlanmış nikahın pozulması hissəsinə dair məhkəmə qeyd etmişdir ki, tərəflər nikahın pozulmasında təkid etdiyindən iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında Goranboy rayonu Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X10 hazırda atası Cavabdeh yanındadır və ona bağlılığı daha çoxdur. xx.xx.2018-ci ildə doğulmuş X11 azyaşlıdır və anası İddiaçı yanınd a qalır, xx.xx.2018-ci ildə doğulmuş X11 azyaşlıdır və onun ana qayğısına, nəvazişinə ehtiyacı vardır. Ailədə başlıca vəzifə uşağın mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmə xx.xx.2018-ci ildə doğulmuş X5 azyaşlı olmasını, hazırda anasının yanında olmasını nəzərə alaraq qeyd etmişdir ki, uşağın anasının yanında qalması onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. Məhkəmə həmçinin xx.xx.2016-cı il tarixdə doğulmuş X4 valideynlərinin hansının yanında saxlanılması məsələsinə uşağın mənafeyi, həmçinin Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbi baxımından yanaşaraq 7 yaşına çatmış uşağın fikrini öyrənib və nəzərə almaqla, atasına daha çox bağlı olmaqla, onun yanında qalmaq istəyini əsas götürmə klə atası Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 bir-birinə dərin bağlılıqlarının üzrə çıxmaması, onların bir-birindən ayrı yaşamasının onların psixoloji inkişafına mənfi təsir etməyəcəyi qənaətinə gəlməyə əsas verir.
14. İddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması məqsədəmüvafiq hesab edildiyindən, məhkəmə icasında tərəflərin bir-birinə qarşı aliment tələbi olmadığından iş üzr ə tərəflərə aliment təyin edilməməlidir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19, 22, 52, 60cı maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin uşağın atanın himayəsinə verilməsi hissəsində ləğv edilərək, həmin uşağın ananın himayəsinə verilməsi və hər iki uşağa görə aliment tələbinin təmin edilməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, nikahlarının pozulması üçün məhkəməyə müraciət edəndə böyük uşaqları Sahibin 7 yaşı belə tamam olmamışdır. Cavabdeh uşaqlarla görüşmək məqsədilə ərizə ilə məhkəməyə müraciət etmiş, onun uşaqları ilə ünsiyyətdə olması təmin edilmişdir. Təssüf ki, cavabdeh uşaqlarla ünsiyyət barədə qərardan istifadə edərək uşaqları götürüb aparmış, uşaqlarını ona geri qaytarmamış, sonda körpə qızlarını zorla ondan almışdır. Lakin azyaşlı oğlu Sahibi hələ də ondan geri ala bilməmişdir. Bu hallar məhkəmə iclasları gedişində baş vermiş, birinci instansiya məhkəməsi bu hala heç bir münasib ət bildirməmişdir. Cavabdeh qanunları pozaraq özbaşınalıq edir, məhkəmə və məhkəmə icraçıları da bu barədə hər hansı tədbir görmür, bu azmış kimi sonda birinci instansiya məhkəməsi körpə uşağı anasının yox, atasının himayəsində saxlanılması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarla körpə uşağı nəinki anasından, eyni zamanda qardaş-bacını bir-birindən ayırmışdır. O, sözügedən qətnamənin uşaqlarından azyaşlı Sahibin atasının himayəsində saxlanılması hissəsi ilə razı deyildir. Həmin hissədə qətnamə tam əsassız və qanunsuzdur.
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və hər iki övladının onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı hazırda Goranboy rayonu Mənəşli kənd 9 illik orta məktəbində riyaziyyat müəllimi işləyir və Goranboy rayonu, Mənəşli kəndində uşaqlarla birlikdə kirayədə, tam şəraitsiz bir məkanda – qazsız, işıqsız, televizorsuz bir yerdə yaşayır. Goranboy rayonu, Mənəşli kəndi rayon mərkəzindən 70 km aralıdadır. Gediş-gəliş üçün cəmi 8 saat vaxt lazımdır. Mənəşli kəndi dağın başında yerləşir. Yağmurlu və qarlı havalarda orada yaşamaq cəhənnəm əzabı deməkdir. Onun kifayət qədər tam təmirli, hər bir şəraitə malik evi vardır. Normal şəraitdə yaşayır. Onun azyaşlı qızı, hansı səbəbdən dağın başında – qazsız, işıqsız, şəraitsiz bir yerdə yaşamalıdır. Eyni zamanda, qızının artıq vərdiş etdiyi, öyrəşdiyi, alışdığı bir şərait, ev vardır ki, qızı orada özünü rahat, sərbəst və xoşbəxt hiss edir. Məhkəmə, azyaşlı qızını anasının yanında qalması ilə bağlı nəticəyə gəldikdə, əslində uşaq üçün əlverişsiz olan bir seçim etmişdir. O, valideyn olaraq uşağı anaya qarşı qoymaq və ya ananı cəzalandırmaq məqsədilə uşağı anadan ayırmaq niyyətində deyildir. Lakin, açıq-aşkar övladlarının uçurumun kənarında qalmalarına da razı ola bilməz.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməpsixoloji ekspertizası təyin edilmiş, həmin qərardad əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/258 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 hal-hazırda psixikasında və davranı şlarında anası İddiaçı olan münasibəti, anası ilə ünsiyyətdə olması ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2016-cı il təvəlludlü X4 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X4 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağılılığı müəyyən olunmaqla, Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2016-cı il təvəllüdlü X4 bacısı xx.xx.2018-ci il təvəllüdlü X7 hissi - emosional tələbatı olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmaması emosional-iradi s freasına neqativ təsir göstərə bilər.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-364/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması” hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx. xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin uşağın iddiaçının himayəsinə verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev).
22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da t ərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X4 cavabdehin himayəsində saxlanması hissəsində düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə olan qəyyumluq və himayə orqanının rəyindən görünür ki, rəy əsaslandırılmışdır. Rəydə işin faktiki halları sadalanmaqla yanaşı, mənzil-məişət həyatının öyrənilməsi üçün müayinə keçirilmişdir. Göründüyü kimi, qəyyumluq və himayə orqanının rəyi kifayət qədər və əlaqəli şəkildə əsaslandırılmışdır.
24. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən məhkəmə-psixoloji ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 11/258 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə kollegiyası MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək, mö təbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki, azyaşlı uşaqların ata və anasına bağlılığını müəyyən etmək üçün azyaşlı uşaqlarla “Obraza görə hafizə”, “10 söz”, “Sujetli şəkillər”, “Hekayə fikirləş”, “Natamam cümlələr”, “Uşaq apperseptiv testi”, “Bizim ailə”, “Rene Jil” və “Ailənin sosioqramı” metodikalarından istifadə edilmişdir.
25. Kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən atılmış addımlar uşaqların şüurunda ananın yeri olmayan həyatı yaşamaq ideyasını formalaşdırmağa çalışmışdır və buna nail olmuşdur. Uşaqların atasının yanında qalmaq istəməsi və anaya mənfi münasibəti məhz bunun nəticəsidir ki, bu da diqqətdən kənarda qalmamalıdır. Həmçinin, yuxarıda qeyd edilə n ekspert rəyindən də görünür ki, uşaqların analarına qarşı istəkləri müəyyən mənada vardır və anası ilə ünsiyyətdə olması barədə cəhdləri müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar analarına qətiyyətli şəkildə nifrət etmirlər. Yalnız, uşaq anasından ayrı düşdüyü üçün anasına qarşı soyuq münasibət bəsləyir. Lakin ananın uşağa əvvəlki məhəbbəti və qayğı göstərmək səyi azalmamışdır. Əgər, ötən dövr ərzində ana uşaqları ilə mütəmadi olaraq görüşə bilsəydi və ata tərəfindən mənfi düşüncələr uşaqlara təbliğ edilməsəydi, uşağın anasına bağlılığı bu günki dərəcəyə enməzdi. Buna görə də uşağın mövcud vəziyyət barədə tam adekvat anlayışı yoxdur və həlledici dərəcədə atanın təsiri altında olduğu müəyyən olunur.
26. Kollegiya vurğulamışdır ki, ekspert rəyində İddiaçı fərdi-psixoloji xüsusiyyətlərind ə uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmamış və valideynlər arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik uşaqların emosional-iradi sferasına neqativ təsir göstərmişdir.
27. İşin müəyyən olunmuş faktiki hallarını araşdırdıqda bu nəticəyə gəlmək olur ki, azyaşlıların, yəni xx.xx.2016-cı il təvəllüdlü Sahib və xx.xx.2018-ci il təvəllüdlü Mələk adlı uşağın analarının yanında qalması daha məqsədəuyğundur. Belə ki, qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir.
28. Kollegiya qeyd etmişdir ki, uşaqlar azyaşlı olmaqla, onların təlim-tərbiyədə, qayğısının çəkilməsində ananın rolu danılmaz olmaqla, azyaşlı uşaqların mütəmadi olaraq ana nəvazişinə ehtiyacı vardır. Nəzərə alınmalıdır ki, azyaşlı uşaqların daha çox ana qayğısına, nəvazişinə ehtiyacı vardır və uşaqların analarının yanında böyümələri onların mənafelərinə, inkişaflarına, mənəvi və psixoloji vəziyyətinə daha uyğundur.
29. Baxılan iş üzrə məhkəmə ötən müddət ərzində uşağın fasiləsiz olaraq atanın himayəsində qaldığını, uşağın yaşını və fikrini, tərəflərin məişət şəraitini, qəyyumluq və himayə orqanının rəyini, uşaqların analarına psixoloji bağlılığının olmasını, uşağın mənafelərini, gələcək inkişafı və şəxsiyyət kimi formalaşması üçün zəruri şərtləri yuxarıda istinad olunan müstəsna halların mövcudluğu kimi qiymətləndirmişdir. Bununla da məhkəmə uşaq hüquqları haqqında beynəlxalq aktları və ailə qanunvericiliyinin müddəalarını düzgün təfsir etməmiş, qəbul edilm iş qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasına dair qanunvericiliyin tətbiqi təcrübəsinə dair məsələlər üzrə izahına uyğun olmamışdır.
30. Məhkəmə kollegiyası tərəfindən uşaqların üstün hüquqları və mənafeləri nəzərə alınaraq, hazırda uşaqlar analarının yanında saxlanıldığından onların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı tərəfindən tələb olunan aliment hissəsinə də qiymət verilmiş və hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay Sahib və Mələk adlı uşağa 180 manat olmaqla, 360 manat məbləğdə müəyyən edilməsini əs aslı hesab etmişdir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərmişdir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü X11 iddiaçının himayəsində olduğundan alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, xx.xx.2016-cı il təvəllüdlü X8 münasibətdə isə uşaq atadan alınaraq anasına verildiyi vaxtdan hesablanmalıdır.
32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22, 56, 58, 60, 73, 75, 78, 100-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 13, 19-cu maddələrinə, “Az ərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il təvəllüdlü X11 hal-hazırda İddiaçı yanındadır. Təvəllüdündən göründüyü kimi, Mələyin artıq 5 yaşı tamamdır. Mələk orta məktəbin 5 yaşlılar üçün nəzərdə tutulmuş sinfinə getməlidir. Lakin hal - hazıradək Mələk məktəbə və ya baxçaya getmir. Eyni zamanda 5 yaşı tamam olmuş uşağın baxçaya götürülməsi də qadağandır. İddiaçı yanında qalan uşaq məktəbdən, təhsildən yayınır və ana bu hala laqeydliklə yanaşır. Ana öz valideynlik hüquqlarından sui-istifadə edir.
35. İddiaçının işlədiyi kənd məktəbində hər sinifdən bir və ya iki uşaq vardır. Bütün siniflər eyni sinifdə oturub dərs keçirlər. Hazırda İddiaçı yaşadığı şəraitdə qışda əl-üzlərini yuma q üçün balonlara buzları doldurub odun peçinin kənarına qoyurlar ki, buzun donu açılsın, əl-üzlərini yuya bilsinlər. Uşaqlar evdən (əslində ev demək mümkün deyildir) sığınacaqdan çıxıb məktəbə gedərkən qış mövsümündə ayaqlar (istənilən ayaqqabıda) tamamilə suyun içində olur. Digər mövsümlərdə isə ayaqlar qaş-qayalıqdan parça-parça olur. Əslində, iddiaçı ailəsini dağıdıb həmin kənd məktəbinə işləməyə ona görə getmişdir ki, həmin məktəbdə işləmək heç bir pedaqoqun arzusu və xəyalları ola bilməz. Məktəbin hər bir yaş üzrə yalnız bir sinfi var və hər sinifdə 1 və ya 2 uşaq vardır. İddiaçı dərs yükünü faktiki olaraq çəkmədiyi halda, yüksək maaş alacağı üçün ailəsini dağıdıb dağın başını özünə və azyaşlı övladlarına yaşayış yeri seçmişdir.
36. Cavabdeh şikayətini Azərbaycan Respublikası Ailə Məc əlləsinin 29, 56, 58, 60cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 17 (hissə İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
39. Maddə 34 (hissə İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
40. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
41. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
42. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
43. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
44. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol ve rilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
45. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
46. Maddə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiy yəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir.
47. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
48. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
49. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qa biliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
50. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; validey nlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
51. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşa qların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
52. Bənd 7.6. Məhk əmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yarana n və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir.
53. Bənd 7.7. Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsində saxlanılması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Tərəflər arasında yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdər çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
64. Nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən olunması tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
65. Azərbaycan Respublikasının 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
66. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-bi rindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin.
67. Qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
68. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».
69. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvimaddi təminat mühitində bö yüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
70. Baxılan işdə uşaqların anasından ayrılmasını şərtləndirən müstəsna hallar müəyyən olunmamışdır. Məhkəmənin uşaqların yaşayış yerini ananın yanında müəyyən etməsi, uşaqların mənafeləri baxımından yuxarıda qeyd olunun hüquq normalarının tələblərinə uyğundur.
71. Kassatorun məhkəmə tərəfindən azyaşlı Sahibin fikirlərinin nəzərə alınmaması barədə dəlili, qətnamənin ləğvinə əsas vermir. Çünki uşaq ekspert tərəfindən dinlənilmiş, ona öz fikirlərini sərbəst ifadə etmək imkanı yaradılmış, uşağın baxılan işə aid olan fikirləri qeydə alınaraq, rəydə əksini tapmışdır. Ekspert qeyd etmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 hal-hazırda psixikasında və davranışlarında anası İddiaçı olan münasibəti, an ası ilə ünsiyyətdə olması ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi həmin rəyi əsas tutmuşdur.
72. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır. Çünki qanunvericilik uşağın rəyinin 10 yaşına çatdıqdan sonra nəzərə alınmasını müəyyən edir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Lakin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli q ərarında məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.
73. Məhkəmə uşağın atanın yanında qalmaq istəyinə formal yanaşmamalı, uşaqların andan ayrı yaşamaq fikrinin nədən qaynaqlandığı, bunun obyektiv səbəblərini araşdırmalı, həmin səbəblərin yanlış faktlara əsaslanıb əsasl anmadığını, uşağın anası ilə bağlı fikirlərinin formalaşmasına atanın və onunla yaşayan ailə üzvlərinin təbliğat və təsirinin olub olmamasını müəyyən etməlidir. Məsələnin düzgün həlli üçün uşağın baxılan məsələyə adekvat münasibət bildirmək iqtidarında olması, bu məqsədlə tərəflərin uşağın fikrinə açıq və ya gizli təsirinin olmaması zəruridir.
74. Bu baxımdan iş materialları təhlil olunduqda gürünür ki, ananın azyaşlı Sahibə qarşı valideynlik vəzifələri ilə bir araya sığmayan hər hansı qeyri-qənaətbəxş davranışa yol verdiyi müəyyən olunmayıb.
75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
76. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(104)-364/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.