Məhkəmə qərarları › İş №2(102)-5361/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5361/2020

24.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5361/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5361/20 (Açar sözlər: mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vəkili X1 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-864/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tari xli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla mülkiyytinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh4 tərəfindən bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması ba rədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(025)-20/2020) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X9 və Cavabdeh4 qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası təmin edilməmiş, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesa bına keçirilməsi, aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 86,98 (səksən altı manat doxsan səkkiz qəpik) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ23AllB ********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AllBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu Həmzəlli kəndində torpaq islahatı zamanı iddiaçının və cavabdehlərin mülkiyyətlərinə müxtəlif ölçülərdə torpaq sahələri verilməklə həmin torpaq sahələrinə gediş-gəliş üçün yol yerləri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə gediş-gəliş yolu olmadı ğı halda cavabdehlər Cavabdeh1 və X11 iddiaçının mülkiyyətindəki torpaq sahəsinin onların mülkiyyətlərindəki torpaq sahələri ilə qonşuluqda yerləşməsini, iddiaçı ilə bir məhəllədə yaşadıqlarını, kənd yerindz qonşu olaraq yaşadıqlarını, yaşayış adət-ənənələrini nəzərə alaraq iddiaçıya xüsusi mülkiyyətlərindəki bağ yerindən piyada keçid yolu ayırsalarda, İddiaçı bununla kifayətlənməyərək ona piyada keçid üçün ayrılmış yerdən maşın yolunun ayrılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər isə mübahisəli ərazidən yol yerinin olmadığını İddiaçı bildirməklə maşın yolunun verilməsi barədə iddiaçının tələbinə etiraz etmişlər. Həmin etirazla razılaşmayan İddiaçı mülkiyyətindəki torpaq sahəsinə gedən yolun açılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 16808 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim olunan RX seriyalı ******* (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi -**********, qeydiyyat tarixi – 05.03.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı Rasıl oğlunun mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndində verilmiş 0,2 ha torpaq sahəsinə gediş-gəliş yolunun (ictimai yolun) ərazinin ümumi xəritəsində nəzərdə tutulmadığı və reallıqda belə bir yolun mövcud olmadığı qeyd olunmuşdur. Rəydə konkret olaraq həmin torpaq sahəsinə fakt iki olaraq gediş-gəliş yolunun olmadığı və məkrəzin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 sentyabr 2019-cu il tarixli, **********16 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüqu q və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənın 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və M.Hüseynov, iş № 2(107)-864/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəli qətnaməsi qismən-iddianın Cavabdeh4 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası Cavabdeh4 münasibətdə təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, Cavabdeh4 evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılması qət edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X3, X4 və X5 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076 C (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Şəhadətnaməyə əsasən onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 mart 2019-cu il tarixdə qeydə alınmış, Seriya RX 147886 saylı çıxarış təqdim olunmuşdur. Apelyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilərkən, Cavabdeh4 öz evinin arxa hissəsində İddiaçı torpaq sahəsinə gedən yolun yerləşdiyi cay yatağına doğru hissədə 50 metr uzunluqda və 4 metr enində olan yolu dəmir setka ilə bağlaması və bu yola paralel olaraq yolun isə Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılması müəyyən edilmişdir. Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılmış yoldan yol bağlanılmadan öncə İddiaçı tərəfindən həmin həyətin içərisindən istifadə edilmişdir. İddiaçı Cavabdeh1 dayısı, X8 isə əmisidir. Cavabdeh4 evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin, X8 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin və Cavabdeh1 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bitdiyi hissə çay yatağı boyunca İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş torpaq sahəsi istiqamətində yerləşir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının Cavabdeh4 aid hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyi ndən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindən və işdə qətnamənin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəli qətnaməsi qisməniddianın Cavabdeh4 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X11 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası Cavabdeh4 aid hissədə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, sonuncunun evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izaha tı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-864/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini hazırkı kassasiya icraatında mübahisələndirilən hissəni rədd edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 16808 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 sentyabr 2019-cu il tarixli, **********16 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəylərlə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim olunan RX seriyalı ******* (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi – 05.03.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndində verilmiş 0,2 ha torpaq sahəsinə gediş-gəliş yolunun (ictimai yolun) ərazinin ümumi xəritəsində nəzərdə tutulmadığı və reallıqda belə bir yolun mövcud olmadığı qeyd olunmuşdur. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzinin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. Apelyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razıla şmamış və müvafiq olaraq işdə olan ekspert rəyində göstərilən məlumatların işdə olan yazılı sübutlarla qarşılıqlı araşdırılmasını təmin etmədən mübahisəli əraziyə yerinə müayinə ilə bağlı prosessual hərəkət edərək faktiki olaraq ekspert və mütəxəssisin səlahiyyətini öz üzərinə götürərək işdə olan digər sübutlarla dəstəklənməyən nəticəyə gəlmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəs ində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nətic ə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apelyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə mübahisələnirilən hissədə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müvafiq ekspert rəyi ilə razılaşmırsa belə nəticəsini əsaslandırmaqla müvafiq olaraq əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiy mət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-864/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar