Məhkəmə qərarları › İş №2(102)-5361/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5361/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5361/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2022-ci il tarixli, 2(105)-833/2022 saylı qərardadından iddiaçı BOKT İddiaçı QSC-nin kassasiya şikayəti üzrə işə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən et di: İşin halları İşin hallarına görə, iddiaçı BOKT İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21 noyabr 2014- cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.956,15 manat, hesablanmış faizə görə 8,09 manat olmaqla, cəmi 1.964,24 manat, həmçinin Cavabdeh1 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 11.387,59 manat, hesablanmış faizə görə 3.545,86 manat olmaqla, cəmi 14.933,59 manat, 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 3.663,21 manat, hesablanmış faizə görə 265,53 manat olmaqla, cəmi 3.928,74 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Q ubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddia təmin edilərək, cavabdehlərdən müştərək qaydada 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.956,15 manat, hesablanmış faizə görə 8,09 manat olmaqla, cəmi 1.964,24 manat, həmçinin Cavabdeh1 10 aprel 2015ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 11.387,59 manat, hesablanmış faizə görə 3.545,86 manat olmaqla, cəmi 14.933,59 manat, 30 yanvar 2015ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 3.663,21 manat, hesablanmış faizə görə 265,53 manat olmaqla, cəmi 3.928,74 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apelly asiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın onlara aid hissələrdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti rədd, Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilib, iddia qismən təmin edilərək Cavabdeh1 iddiaçının xeyrinə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.956,15 manat, hesablanmış faizə görə 8,09 manat olmaqla, cəmi 1.964,24 manat, həmçinin Cavabdeh1 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 11387,59 manat, hesablanmış faizə görə 3.545,86 manat olmaqla, cəmi 14.933,59 manat, 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 3.663,21 manat, hesablanmış faizə görə 265,53 manat olmaqla, cəmi 3.928,74 manat kredit borcunun tutulması və iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi qət edilib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli qətnaməsi- 3 0 yanvar 2015-ci il və 10 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilmiş hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının Cavabdeh1 qarşı 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 11.387,59 manat, hesablanmı ş faizə görə 3.545,86 manat olmaqla, cəmi 14.933,59 manat, 30 yanvar 2015ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 3.663,21 manat, hesablanmış faizə görə 265,53 manat olmaqla, cəmi 3.928,74 manat pul tələbinə dair iddiası rədd edilib. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçının həmin məhkəmənin 13 may 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı kassasiya şikayət ini Mülki Prosessual Məcəllənin 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib etməyib. Belə ki, kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini göstərməklə gəlinmiş nəticə ilə razı olmadığını göstərib və kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırki işdə konkret nədən ibarət olmasını və hazırki mübahisəyə aidiyyətini göstərməyib və bununla da, Mülki Prosessual Məcəllənin 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozub. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 407.1.4, 407.2, 408.1.5-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiy ası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən qətnamədən kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğun verilib və kassasiya şikayətinin geri qaytarılması üçün prosessual əsaslar olmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1 -ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiy i üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məh kəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib etməyib. Belə ki, kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini göstərməklə gəlinmiş nəticə ilə razı olmadığını göstərib və kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırki işdə konkret nədən ibarət olmas ını və hazırki mübahisəyə aidiyyətini göstərməyib və bununla da, Mülki Prosessual Məcəllənin 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozub. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1 -ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır; Apellyasiya instansiyası məhkəməsi sadalanan mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, iddiaçının sözügedən qətnamədən verdiyi kassasiya şikayəti yuxarıda sadalanan mülki prosessual normaların tələblərinə cavab vermir Ona görə də iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti yuxarıda sadalanan mülki prosessual normaların tələblərinə cavab vermədiyi üçün, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti düzgün olaraq geri qaytarılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı BOKT İddiaçı QSC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2022-ci il tarixli, 2(105)-833/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar