Məhkəmə qərarları › İş №2(102)-5362/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5362/2022

29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5362/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı) qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borc, alqı-satqısı müqaviləsinin bağlanması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, sayğacın göstəricilərinin etibarsız hesab edilməsi və sayğacın əvəzlənməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsə d oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)8744/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onun müraciəti araşdırılmış və "xxxx" ASC-nin informasiya məlumat bazasında **********17A01 saylı kod altında qeydiyyatda olan ona məxsus fərdi yaşayış evi elektrik sayğacı üzrə istifadə edilən elektrik enerjisinin alqı-satqısı barədə olan müqavilə xx.xx.2020-ci il tarixində ener ji təchizatı müəssisəsi tərəfindən yeniləndiyi, Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən müqaviləni imzalamaq üçün dəfələrlə dəvət olunmasına baxmayaraq, o, idarəyə gəlmədiyi bildirilmişdir. 2. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, ona elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixinə "xxxx" ASC-yə 5117,93 manat məbləğində borcun yarandığı bildirilmiş, həmin məbləğin 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 3. 04.04.2013-cü il tarixə yaranmış 3.859,82 manat borcun, 300 manat ilkin olaraq ödənilməklə qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılıq imzalanmışdır. 4. 07.08.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın sur ətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış C-307/20 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

5. İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə bağlanmış, sonrakı illərdə tərəflərin heç biri müqavilənin ləğvi barədə təşəbbüs göstərmədiyindən, müqavilə hər il avtomatik olaraq uzadılmışdır. Sonuncu dəfə tərəflər arasında elektrik enerjisinin alqısatqısı barədə müqavilə 07 yanvar 2020-ci il tarixdə enerji təchizatı müəssisəsi tərəfindən yenilənmişdir. Cavabdeh yaşadığı evdə elektrik enerjisindən istifadə etmiş, 25 aprel 2017ci il tarixədək elektrik enerjisindən istifadə haqqını ödəsə də, həmin vaxtdan sonrakı dövrdə elektrik enerjisindən istifadə haqqını ödəməmişdir. Cavabdeh tərəfindən 2020-ci ilədək 7681 manat məbləğində ödənişlər aparılmış və onun həmin tarixə 5117,93 manat məbləğində borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 5117.93 məbləğində borcun, həmçinin 30 dövlət rüsumu olmaqla pulun Cavabdeh məcburi qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi i lə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********17A01 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 5.117,93 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 5.117,93 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiri ş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir.

8. Cavabdeh isə "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək "xxxx" ASCdən müqavilə bağlanması üçün çəkdiyi xərclərin əvəzi kimi 10.807,15 manat, maddi ziyana görə 2.600 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 13.437,15 manat pulun tutulması, onunla "xxxx" ASC arasında məcburi surətdə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması, istismar müddətini xx.xx.2011-ci il tarixdə başa vurmuş A440723984M59994 nömrəli, AMPY markalı 5219A-GTB tipli sayğacın göstəricilərinin etibar sız hesab edilməsi, həmin elektrik sayğacının avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi, MPM-in 120-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC-dən onun xeyrinə məbləğin tutulması, MPMin 232-ci maddəsini rəhbər tutaraq "xxxx" ASC-dən tələb etdiyi məbləğin indeksləşdirilməsi, ona dəymiş mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilərək "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 5 il ərzində "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi onunla müqavilə bağlamaqdan imtina etmiş, ayda bir dəfə qanunsuz olaraq onun evinin elektrik xətlərini kəsmiş və xəttin bərpası üçün hər dəfə ondan 100 manat p ul tələb olunmuşdur. xx.xx.2013-cü ildə növbəti dəfə evinə gələn elektrik xətləri kəsilmişdir. Müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət ərizələrinin nəticəsi olaraq, xx.xx.2013-cü ildə İdarəyə çağırılmış, alqı-satqı müqaviləsinin bağlanmasına zəmin yaradılması və kəsilmiş elektrik xətlərinin bərpası üçün razılaşma protokolunda göstərilən şərtləri qəbul etməsi və imzası ilə təsdiq etməsi ondan tələb olunmuşdur. Məcburiyyət qarşısında qalaraq razılaşma protokolunu imzalamış və 300 manat məbləğində pul ödəmişdir. Evində quraşdırılmış və xx.xx.2008-ci il tarixində istismara buraxılmış AMPY markalı 5219A-GTB tipli 3x220/380V 5(125) elektrik sayğacının istismar müddəti xx.xx.2011-ci il tarixində bitmişdir. Vaxtaşırı idarədən alqısatqı müqaviləsinin bağlanmasını tələb edərək, enerji təchiz atı üçün 7681 manat pul köçürmüşdür. 2017-ci ilin aprel ayından hər ay elektrik xətlərinin kəsilməsi başlanılmış və o, xəttin bərpası üçün hər ay 100 manat ödəməyə məcbur olmuşdur. Bu hal 2019-cu ilin oktyabr ayınadək 31 ay ərzində davam etmiş, 31 ay ərzində 3100 manat pul ödəmişdir. 31 ay ərzində qanunsuz kəsintilər nəticəsində 2600 manat dəyərində ərzaq məhsulları xarab olmuşdur. "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ona qarşı törədilən hüquqazidd əməllər barəsində Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroruna və Xəzər rayon prokuroruna teleqramlarla müraciət etmiş və teleqramlara görə 26,15 manat pul ödəmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1322/2021 n ömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

11. Məhkəmənin ilkin iddia tələbinə dair mövqeyi ondan ibarət olmuşdur ki, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi «Elektrik enerjisindən istifadə qaydaları»na uyğun tərtib edilmiş elektrik enerjisinin alqısatqı müqaviləsi əsasında həyata keçirilməsi, elektrik enerjisindən istifadəyə görə hesablaşmalar yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılması nəzərdə tutulduğundan, hazırda isə iş üzrə tərəflər arasında elektrik enerjisinin alğı-satqısına dair müqavilə olmadığından, tərəflər arasında vəzifə və öhdəliklər yaranmamışdır. Vəzifə və öhdəliklərin yaranması üçün yalnız tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi nəzərdə tutulduğundan, elektrik enerjisinin istifadəsinə görə yaranmış borcun Cavabdeh tələb olunmasının hüquqi əsası müəyyən edilmədiyindən məhkəmə, ilkin iddia tələbini əsaslı hesab etməmişdir.

12. Məhkəmə, elektrik enerjisinin alğı-satqı müqaviləsinin bağlanması tələbi hissəsinə qiymət verərək qeyd etmişdir ki, hazırki halda Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisinin alğı-satqı müqaviləsinin bağlanılmasından imtina etməsi halı müəyyən edilmədiyindən, onunla "xxxx" ASC arasında məcburi qaydada elektrik enerjisinin alğısatqı müqaviləsinin bağlanması öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması tələbini əsaslı hesab etməmişdir. 1

3. Məhkəmə, qarşılıqlı iddia tələbinin "xxxx" ASC ilə müqavilənin bağlanması üçün çəkilmiş cəmi 10.807,15 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək qeyd etmişdir ki, həmin məbləğin bir hissəsi olan 7.681 manat məbləğində pulun elektrik enerjisinin istifadəsinə görə onun tərəfindən könüllü olaraq ödənilmiş pul məbləği olduğundan (məcburi qaydada ödənilməsinin tələb olunması halı müəyyən edilmədiydən, əksinə ünvanına quraşdırılmış sayğac vasitəsilə elektrik enerjisindən istifadə etməsi halı müəyyən edildiyindən), digər hissəsi isə (3.100 manat və 26.15 manat) kəsilmiş elektrik xətlərin yenidən bərpa edilməsi üçün onun tərəfindən ödənilməsi və həmin pul məbləğinin əsassız olaraq ondan tələb olunması, teleqram vasitəsilə göndərdiyi şikayətlər üçün ödədiyi 26.15 manat pulun qarş ı tərəfin qanunsuz əməllər nəticəsində baş vermiş xərc olması sübuta yetirilmədiyindən həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, evinə gedən elektrik xətlərinin kəsilməsi səbəbindən evində olan 2.600 manat məbləğində ərzaqların xarab olması nəticəsində ona dəymiş 2.600 manat məbləğində ziyanın "xxxx" ASC-dən tutulması hissəsində də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 324.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 1.1, 4.1, 8.1, 8.2, 9.13.2, 9.13.4, Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 120, 232.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 15. "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ilk iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinə dair hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmunu na uyğun əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-8744/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, ilk iddia qismən təmin edilmiş, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış borca görə 3252.62 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3282.62 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin cavabdeh tərəfindən mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilənin olmaması əsasına görə ilk iddianı rədd etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Kollegiya hesab etmişdir ki, xx.xx.2017-ci il tarixdən iddia qaldırılan dövrə qədər elektrik enerjisindən istifadəyə görə yaranmış borca görə 3252,62 manat pul (419,06+294,97+584,07+1954,52) cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da əsas götürür ki, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtaşırı ödənişlərə aid olduğundan və vaxtaşırı ödəmələrə görə 5 il keçdikdən sonra öhdəliyə xitam verildiyindən, əvvəlki dövr üçün "xxxx" ASC tərəfindən Cavab deh elektrik enerjisindən istifadə haqqı tələb oluna bilməz. Kollegiya həmçinin qeyd etmişdir ki, tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə olmasa belə, bu hal abonenti istifadə olunmuş elektrik enerjisinə görə haqqın ödənilməsi öhdəliyindən azad etmir.

19. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" ASC-dən müqavilə bağlanması üçün çəkdiyi xərclərin əvəzi kimi 10807,15 manat, maddi ziyana görə 2600 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 13437,15 manat pulun tutulması, onunla "xxxx" ASC arasında məcburi surətdə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması, istismar müddətini xx.xx.2011-ci il tarixdə başa vurmuş sayğacın göstəricilərinin etibarsız hesab edilməsi, həmin elektrik sayğacının avtomatlaşdırılmış təhlükəsiz lik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi, MPM-in 120-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASCdən onun xeyrinə məbləğin tutulması, MPM-in 232-ci maddəsini rəhbər tutaraq "xxxx" ASC-dən tələb etdiyi məbləğin indeksləşdirilməsi, ona dəymiş mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilərək "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə tələb əsassız olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı təmin etməmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh istər iddia ərizəsi, istərsə də apellyasiya şikayəti formal mülahizələrdən ibarət olduğundan, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məc əllənin 21, Mənzil Məcəlləsinin 135.1, 136.4, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6, 8.1, 8.2, 8.5, 8.15, 8.34, 9.13.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixindən indiyədək cavabdehlə alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir.xx.xx.2021-ci il tarixində qəbul edilmiş qətnamənin izah edilməsi və mövcud alqı-satqı müqaviləsinin surətlərinin cavabdehə təqdim edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə, xx. xx.2020-ci il tarixində ərizəyə məhkəmə iclasında baxaraq, həm qətnamənin izah edilməsindən, həmdə müqavilələrin surətlərini mənə təqdim etməkdən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanunvericinin imperativ göstərişi kobud surətdə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mənzil Məcəlləsi

26. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkil atlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

27. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Elektrik enerjisindən istifadə Qaydalar”

28. Qayda 7.6. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçın ın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

29. Qayda 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

30. Qayda 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi is tehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

31. Qayda 8.5. Abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir.

32. Qayda 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir.

33. Qayda 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar.

34. Qayda 9.13.2. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisə si tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandıra bilər. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiy a şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

48. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.

49. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilənin olmaması əsasına görə ilk iddianı rədd etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtaşırı ödənişlərə aid olduğundan və vaxtaşırı ödəmələrə görə 5 il keçdikdən sonra öhdəliyə xitam verildiyindən, əvvəlki dövr üçün "xxxx" ASC tərəfindən Cavabdeh elektrik enerjisindən istifadə haqqı tələb oluna bilməz. Kollegiya həmçinin qeyd etmişdir ki, tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə olmasa belə, bu hal abonenti istifadə olunmuş elektrik enerjisinə görə haqqın ödənilməsi öhdəliyindən azad etmir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-8744/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar