Məhkəmə qərarları › İş №2(102)-5373/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5373/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5373/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5373/20 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4912/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətləri üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən qalan 80.000 manat əsas borc, 26.915 manat 71 qəpik faiz, 33.920 manat 10 qəpik cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq ) əsasən hesablanmış borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ləğv prosesində olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 % dərəcəsi olmaqla 80.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 80.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, mü qavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 80.000 manat əsas borcu, 12.124 manat 48 qəpik faiz, 25.422 manat 24 qəpik cərimə olmaqla, cəmi 117.546 manat 72 qəpik borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən, yazılı xəbərdarlıqlar edil miş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-74/2020) iddia tələbi qismən təmin edilərək, 80.000 manat əsas borc, 25.457 manat 78 qəpik faiz, 5.000 manat cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış faiz və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 121.542 manat 23 qəpiyin Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, 145 manat və 145 manat olmaqla keçirilmiş iki ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsinə əsasən, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 16 % ödəmək şərti ilə 80.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 344/14/1 saylı kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli 344/14 saylı kredit müqaviləsinə əsasən verilmiş 80.000 manat məbləğində kreditin qalıq məbləği 80.000 manatın ödəniş müddəti kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə 80.000 manat əsas, 26.915 manat 71 qəpik faiz, 33.920 manat 10 qəpik cərimə, 11.054 manat 45 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumununxx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış borc olmaqla, cəmi 151.890 manat 26 qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il ta rixli 16221 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 334/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx xxxxxx 2015-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 92.657 manat 78 qəpik məbləğində, xx xxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixdən illik 5 % hesablanmaqla) olan cəmi borcu isə 100.435 manat 56 qəpik məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2015-ci il tarixə - əsas borc üzrə – 80.000 manat, - faiz üzrə – 12.657 manat 78 qəpik. xx.xx.2017-ci il tarixə əsas borc üzrə – 80.000 manat, - faiz üzrə 20.435 manat 56 qəpik. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə Cavabdeh cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31986 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi borc alan Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan əsas borc və faiz aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə - əsas borc üzrə – 80.000 manat; faiz üzrə – 25.457 manat 78 qəpik. xx.xx.2019-cu il tarixə (illik 5 %hesablanmaqla) - əsas borc üzrə – 80.000 manat; faiz üzrə 36.513 manat 33 qəpik. İş materiallarında xx xxxxxx 2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini m üəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınc a icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), İ.Kərimli və H.Əhmədov, iş № 2(103)4912/2020 ) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-74/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apely asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 448.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayəti vermiş cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir.Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə tərtib olunan ekspert rəylərini mübahisələndirsə də, rəylərin məlumatlarını şübhə altına almaq üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a)Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədlər i Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət veri lməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktla r göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti t əmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4912/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar