Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5373/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5373/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3526/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanmın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB АSC-nin xeyrinə 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 686,15 ABŞ dolları, cərimə borcu üzrə 2,83 ABŞ dolları, borcun cəmi məbləği 17.650,60 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, xidmət haqqı kimi ödənilmiş 30 mana t məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 17.650,60 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması barə də qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB АSC-nin xeyrinə 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 5.972,54 ABŞ dolları, cərimə borcu üzrə 3.827,78 ABŞ dolları, borcun cəmi məbləği 26.761,94 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönləndilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kən dində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 26.761,94 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişinin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq "xxxx" KB АSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 25.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzind ə həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, 3 ay güzəşt müddəti olmaqla, 26.07.2015-ci il tarixədək, illik 22% ödəmək şərtilə 21.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2012-ci il tarixi 18Uİ/12 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bala kən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB АSC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB АSC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh 12.08.2013-cü il tarixə 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 686,15 ABŞ dolları, cərimə borcu üzrə 2,83 ABŞ dolları, borcun cəmi məbləği 17.650,60 ABŞ dolları təşkil edir. 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB АSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 oktyabr 2014-cü il tarixli, 2(006)-1028/2014 saylı qərardadı ilə (hakim Pərviz Hüseynov) məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, məhkəməmühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə tikintitexniki ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10.12.2014-cü il tarixli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. "xxxx" MMC-nin 11.12.2014-cü il tarixli ekspert rəyinə əsasən, olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 11.12.2014-cü il tarixinə bazar dəyəri 25.000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 yanvar 2015-ci il tarixli, 2(006)-39/2015 saylı qərardadı ilə (hakim Pərviz Hüseynov) məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası M ərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 17.04.2015-ci il tarixli, 3288 saylı rəyinə əsasən, 07.01.2015-ci il tarixinə Cavabdeh "xxxx" ASC-nə əsas borc üzrə - 16975.20 ABŞ dolları, faiz borcu üzrə - 5977.23 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin 07 may 2015-ci il tarixli, 2(006)-39/2015 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia tələbi qismən təmin edilərək, 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 23134,16 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolarının manata məzənnəs i əzərə alınmaqla manat hesabı ilə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" KB АSC-yə ödənilməsi, tələb cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 25.000 manat edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 23134,16 ABŞ dolları məbləğində pul tutulduğu andan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının məzənnəsi nəzərə alı nmaqla manat hesabı ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul "xxxx" KB ASCnin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iddianın digər hissədə təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 30 manatının iddiaçı "xxxx" KB ASC-dən, 120 manatı isə Cavabdeh alınaraq “Əmlak Ekspert Mərkəzi" MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 20 manatı iddiaçı "xxxx" KB ASC-dən, 30 manatının isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavil ə ilə nəzərdə tutulan vaxta və qaydada ödəməmiş, bununla müqavilə şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, əsas kredit borcunu müqavilələrdə razılaşdırıldığı kimi faiz və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən eidlməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ cavabdehə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış əlavə kredit müqaviləsinin 6.3-cü bəndində kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi halda cərimə məbləğinin hesablanması da nəzərdə tutulmuşdur. Lakin iddia ərizəsində tələb edilən cərimənin məbləği tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 200 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 1.4-cü bəndində, habelə "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 25000 manat təşkil etməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması” hissəsi üzrə qeyd edir ki, hazırki mərhələdə iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 39.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının (hakimlər – Şərafət Məmmədovasədrlik edən və məruzəçi, Emin Mehdiyev, Ziya Şirinov) 15 aprel 2021-ci il tarixli, 2(103)3526/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli, 2(006)-39/2015 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarından görünür ki, Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)657/2017 saylı Qətnaməsi ilə iddiaçı "xxxx" KB АSC-nin Cavabdeh qarşı tələbi təmin edilərək "xxxx" KB АSC-nin mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 115,5 kv/m. ibarət olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldıl ması qət olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, 01DMİ/20 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı və ipoteka saxlayan "xxxx" KB АSC olmaqla qeyd edilən fərdi yaşayış evi alıcı (ipoteka qoyan) X1. Beləliklə, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli 2(006)-39/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti versə də, bu şikayəti verməzdən çox əvvəl Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)-657/2017 saylı Qətnaməsindən (iddiaçı "xxxx" KB АSC-nin Cavabdeh qarşı tələbi təmin edilərək "xxxx" KB АSC-nin mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 115,5 kv/m. ibarət olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur.) məlumatlı olduğu halda həmin qətnam əni mübahisələndirməmiş, nəticədə iş materiallarından və tərəflərin izahatından göründüyü kimi, 01DMİ/20 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı və ipoteka saxlayan "xxxx" KB ASC olmaqla qeyd edilən fərdi yaşayış evi alıcı (ipoteka qoyan) X1. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qənaəti düzgündür. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi qanunsuz və əsassızdır, o, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından əvvəl ipoteka predmeti olan Cavabdeh məxsus Balakən rayonu, Mahamalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin likvid dəyəri, ilkin satış qiyməti 25000 manat müəyyən edilmişdir. Bu məbləğin d aşınmaz əmlakın real dəyərindən çox aşağı olmasına, həmçinin 9 ildən artıq müddətin keçməsi və bu müddət ərzində əmlak bazarında daşınmaz əmlakın qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, apelyasiya instansiyası tərəfindən bu mühüm xüsusat araşdırılmamış, nəticədə cavabdehin hüquqları pozulmuşdur. Bundan başqa, məhkəmə kollegiyası faiz və cərimə borclarının düzgün hesablanmadığına da əhəmiyyət verməmişdir. Belə ki, iddiaçının özü tərəfindən 12 avqust 2013-cü ildən faiz borclarının hesablanmasının dayandırılmasına baxmayaraq, birinci instansiya məhkəməsində araşdırma aparıldığı zaman əvvəlki müddətə olan 686,15 ABŞ dolları faiz borcunu yenidən hesablayaraq 5972,54 ABŞ dolları müəyyən etməsi ədalətsiz olmaqla yanaşı, qanunsuzdur. Apelyasiya instansiyası mülki və ipoteka haqqın da qanunvericiliyi düzgün tətbiq etməmiş, maddi hüquq normalarını səhv təfsir etmişdir. Məhkəmə kollegiyası prosessual hüquq normalarını pozmuş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları faktiki qəbul etsə belə tədqiq etməmiş, işə birtərəfli yanaşmışdır. Bu pozuntular düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdi rilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını işə apelyasiya baxışında baxılarkən ilkin birinci instansiya məhkəməsinin təyin edib əldə etdiyi ekspert rəyi ilə müəyyən edildiyi zamandan uzun müddət keçməsi, əmlakın bu müddətdə dəyərinin əhəmiyyətli dərəcədə artmasının nəzərə alınmadığı ilə əsaslandırmağa çalışsa da, bununla bağlı qeyd edilməlidir ki, ipoteka predmeti müstəqil qiymətləndirici tərəfindən birinci instansiya məhkəməsində işə baxıldığı bazar qiymətinə uyğun qiymətləndirilmiş və həmin qiymətləndiriici rəyi əsas götürülməklə ilkin satış qiyməti müəyyən edilmişdir. İddia tələbinin bu hissəsi üzrə apelyasiya kol legiyası düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, əmlak işə baxıldığı zaman bazar qiymətinə uyğun qiymətləndirilmişdir. Cavabdeh isə qiymətləndirmə rəyinin əsassız olması barədə hər hansı sübuta istinad edə bilməmişdir. Kasasiya şikayətinin faiz və cərimə borcu ilə bağlı hissəsi üzrə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, faiz borcu da işə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş ekspert rəyinə uyğun müəyyən edilmiş, cavabdeh isə onun banka olan faiz borcunun az və ya heç olmaması barədə hər hansı sübuta istinad edə bilməmişdir. Cərimə borcuna gəldikdə isə, hələ işə rayon məhkəməsində baxılarkən məhkəmə tənasübü nəzərə alaraq cərimə borcunu əhəmiyyətli dərəcədə azaltmışdır. Odur ki, apelyasiya kollegiyası bu halları da nəzərə alıb cavabdehin apelyasiya şikayətini bu hissəl ər üzrə də təmin etməməkdə düzgün hüquqi mövqedə olmuş və qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3526/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.