Məhkəmə qərarları › İş №2(102)-5375/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5375/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5375/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-195/2020 nömrəli qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxar aq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) xx.xx.2019-cu il tarixli, 2(009)216/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4506F kredit müqaviləsi üzrə yaranmış 49130 manat məbləğində əsas borcun, xx.xx.2017-ci il tarixə olan 38229 manat faiz borcunun, xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixə olan və illik 5% dərəcəsi ilə hesablanmış 2614 manat faiz borcunun, ümumilikdə 89973 manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bild irişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat rüsumun Cavabdeh1 tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi, mənzilin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Ca vabdeh2 verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X2 ən geci bir ay ərzində həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, R.Həsənov) xx.xx.2020-ci il tarixli, 2(103)-195/2020 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-216/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə - faiz borcunun tutulması, cəmi borun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 tutulmalı faiz borcunun 24969,83 manat, cəmi borc məbləğinin 76713,83 manat müəyyən edilməsi, apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində rüsumunun cavabdehlərin özünə aid edilməsi, işin apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizasının dəyəri qismində 120 manat pulun 60 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, 60 manatının isə İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi ü zrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 49130 manat məbləğində əsas borcun, 56850 manat faiz borcunun, 105980 manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra məxsus ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzildə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X2 ipoteka predmetindən əşyaları ilə birlikdə bir ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 49130 manat məbləğində əsas borcun, xx.xx.2017-ci il tarixə olan 38229 manat faiz borcunun, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan və il lik 5% dərəcəsi ilə hesablanmış 2614 manat faiz borcunun, ümumilikdə 89973 manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, i poteka predmeti satıldıqdan sonra məxsus ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzildə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X2 ipoteka predmetindən əşyaları ilə birlikdə bir ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, bank kreditdən istifadə edildiyi bütün müddət üzrə faiz hesablamağa haqlıdır. AR Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, "özgə vəsa itindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur”. Mülki Məcəllənin qeyd olunan maddəsindən aydın olur ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. İşə baxan apelyasiya məhkəməsi nədənsə maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə faizlərin hesablanması ilə bağlı həmin maddəni tətbiq etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən, “faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır". Həmin kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu müqavilənin 3.3-cü bənd ində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlər ikiqat həcmdə hesablanacaqdır.” Göründüyü kimi, məhkəmə maddi hüquq pozuntusuna da yol verərək, iş üzrə əsas sübut olan kredit müqaviləsinin şərtlərini nəzərə almamış və bununla da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Apelyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün ekspertizanın rəyini əsas götürmüş və yeganə mötəbər sübut kimi həmin rəyə istinad etmişdir. Ekspert rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinin şərtləri nəzərə alınmamışdır. Göründüyü kimi bu hal da məhkəmə tərəfindən qərar qəbul edi lərkən nəzərə alınmamışdır. Bakı Apelyasiya Məhkəməsi cavabdehin banka olan faiz borcunu 382xx xxxxxxxx 24969,83 manata dəyişdirərək səhvə yol vermişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-195/2020 nömrəli qətnaməsinin qismən, faiz borcunun 382xx xxxxxxxx 24969,83 manata dəyişdirilməsi hissəsində ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və vəkili Vəkil2 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, əsas məbləğ üzrə faiz borcu düzgün hesablanmamışdır və məhkəmə də bunu nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində işin tam hüquqlu məhkəmə k imi işə apelyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmiş, bununla da Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə də əməl etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-195/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili Vəkil2, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin sə bəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iddiaçının vermiş olduğu kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməs i borcu hesablayarkən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına istinad etmiş, apellyator isə apelyasiya şikayətində borcun şişirdildiyini və düzgün hesablanmadığını olduğunu iddia etmişdir. Yaranmış vəziyyətdə sözügedən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün apelyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 15706 saylı ekspert rəyi ilə Cavabdeh1 kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixə Banka olan əsas borcu 49194,06 manat, faiz borcu 24969,83 manat müəyyən edilmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış faiz borcu məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən f aiz borcundan azdır. Ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Belə olan halda, əsas və faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həcmdə müəyyən edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı faiz borcunun azaldılmasını qeyri-qanuni olmasına istinad etsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, apelyasiya kollegiya faiz borcunu təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən etmiş, ekspert rəyi isə iş materiallarında olan və ekspertiza tədqiqatına təqdim edilmiş sübutlar əsasında verilmişdir. İddiaçı tə rəf isə ekspert rəyinin qeyri-mötəbərliyinə dəlalət edəcək hər hansı sübuta istinad edə bilməmiş, yalnız bankın faiz borcu tələb etmək hüququnun olmasını göstərmişdir. Kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, apelyasiya kollegiyası faiz borcunu müəyyən edərkən hər hansı hüquq normasının pozuntusuna yol verməmişdir. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi borc məbləğinin düzgün hesablanmamasına dəlil olaraq istinad etmişdir. Apelyasiya baxışı zamanı da borc məbləğinin müəyyən edilməsi ilə əlaqədar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və əldə edilmiş rəyə uyğun borc məbləği müəyyən edilmişdir. Hazırki halda cavabdeh də iddiaçı kimi, ekspert rəyinin qeyri-mötəbərliyinə dəlalət edəcək hər h ansı sübuta istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və e yni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdi rilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya l azımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)195/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar