Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5378/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı2 vəkili Nümayəndə və LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3423/2020 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxılarkən, iddiaçı lar İddiaçı2 və “X2” ASC iddiadan imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-6091/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddiaçılar İddiaçı2 və “X2” ASC cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı “kredit borcunun silinməsi, borcun olmaması barədə arayışın verilməsi, mərkəzləşdirilmiş kredit reyestrində borcun olmaması barədə müvafiq qeydlərin aparılması və ipotekaya xitam verilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 ASC Yasamal filialı ilə “X1” ASC arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli, 76 saylı təminatlı kredit müqaviləsi üzrə sonuncunun öhdəliklərini icra etmiş hesab edilməsi, onlar arasında sözügedən kredit müqavil əsi üzrə borcun olmaması barədə iddiaçılara arayışın verilməsi, bank əməliyyatı sistemində həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması və kredit müqaviləsi üzrə öhdəliyin olmaması barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyinin LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, həmçinin sözügedən kredit müqaviləsinin təminatı kimi girovqoyan İddiaçı2lə xx xxxxxx 2007-ci il tarixli qiymətli kağız sertifikatına əsasən ona məxsus olan “X2” ASC nominal dəyəri 2 manat olan 166024 ədəd adi adlı səhmlərinin ipotekasına (girovuna) xitam verilməsi və həmin səhmlərin LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçılara qaytarılması və qalan hissədə iddianın rədd olu nması qət edilib. Cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3423/2020 saylı qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kasasiya şikayəti verib. xx xxxxxx 2020-ci il tarixdə iddiaçılar İddiaçı2 və “X2” ASC nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizələrlə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, hazırki mülki iş üzrə iddiadan imti na etdiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Hər iki ərizədə iddiadan imtinanın nəticələrinin iddiaçılara izah olunduğu qeyd edilib. Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddiaçıların iddiadan imtina barədə ərizələrini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə ərizələr təmin edilməli, iddiaçıların iddiadan imtinası qəbul edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların iddiadan imtina etmələri əsasına görə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə iddiaçılar İddiaçı2 və “X2” ASC nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizələrlə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, hazırki mülki iş üzrə iddiadan imtina etdiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər, qanunda nəzərdə tutlan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Göründüyü kimi iddiaçılar kasasiya instansiyası məhkəməsi nə yazılı ərizə təqdim edib, könüllü şəkildə iddiadan imtina etmişlər və onların öz iradəsini ifadə edib iddiadan imtina etmələri qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və mülki iş materiallarında iddiaçıların iddiadan imtina etmələrinin qəbul edilməsini istisna edən heç bir hal yoxdur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinin mənasına görə, iddiaçı iddiadan imtina etdiyi və bu imtina məhkəmə tərəfindən qəbul olunduğu halda işə baxan məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq ol araq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub hesab edir ki, iddiaçılar iddiadan imtina etdiyindən və bu imtina qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından, iddiaçıların iddiadan imtina barədə ərizələri təmin edilməli, onların iddiadan imtinası qəbul edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların iddiadan imtina etməsi əsasına görə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və “X2” ASC iddiadan imtina barədə ərizələri təmin edilsin, onların iddiada n imtinası qəbul edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3423/2020 saylı qətnaməsi iddiaçılar İddiaçı2 və “X2” ASC iddiadan imtina etmələri əsasına görə ləğv edilsin. İddiaçılar İddiaçı2 və “X2” ASC cavabdeh LPO Cavabdeh1 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı “kredit borcunun silinməsi, borcun olmaması barədə arayışın verilməsi, mərkəzləşdirilmiş kredit reyestrində borcun olmaması barədə müvafiq qeydlərin aparılması və ipotekaya xitam verilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5378/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5378/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver