Məhkəmə qərarları › İş №2(102)-5380/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5380/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5380/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5380/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «borcun, onun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7600/2021 nömrəli, 22.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin (hazırkı "PARA” BOKT ASC) Nəsimi filialı və Cavabdeh arasında 28.01.2016-cı il tarixdə 212/16/NF/PB №-li kredit müqaviləsi bağlanaraq sonuncuya illik 19 faizlə 84 ay müddətinə 236 428 ABŞ dolları, eyni tarixdə bağlanmış 212/16/NF-PK saylı müqavilə əsasında isə illik 28 faizlə 24 ay müddətinə 50 000 ABŞ dolları kredit verilmiş, müqavilələr üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evi və onun tərkibindəki həyatyanı tikili və qurğular, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 588 d saylı bağ evi və bağ evinin həyətyanı tikili və qurğuları ipotekaya qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. "PARA” BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə bankın xeyrinə 206 138,95 ABŞ dolları əsas, 219 768,01 ABŞ dolları faiz, 245 556,06 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 671 463,02 ABŞ dollarının, 2016-cı il 28 yanvar tarixli 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 2455,44 ABŞ dolları əsas, 1357,04 ABŞ dolları faiz olmaqla cəmi 3812,48 ABŞ dollarının və 30 manat dövlət rüsumunun əvəzinin BOKT-un xeyrinə tutulması, hər iki kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evinə və onun tərkibindəki həyatyanı tikili və qurğulara, 01.03.2013cü il tarixli 045/PBNB nömrəli ipoteka müqaviləsinə 29.01.2016-cı il tarixli 3 nömrəli əlavəyə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 5 88 d saylı bağ evinə və bağ evinin həyətyanı tikili və qurğularına yönəldilməsi, ipoteka predmetlərinin müvafiq olaraq 440 000 manat və 72 000 manat qiymətləndirilməsi, əmlakların açıq hərracda satılaraq borc tələbinə yönəldilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əhmədov Elman küçəsində yerləşən 26c nömrəli fərdi yaşayış evindən və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 588 d bağ evindən istifadə hüququna xitam verilməklə çıxarılması, fərdi yaşayış evinin, onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2020 nömrəli, 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh və İddiaçı BOKT ASC arasında bağlanmış 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsinə və 2016-cı il 28 yanvar tarixli 212/16/NF-PK №-li kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 2016-cı il 28 yanvar tarixli 212/16/NF/PB №-li kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə 206 046,13 ABŞ dolları əsas, 30 775,28 ABŞ dolları hesablanmış faiz, 1500 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 238 321,41 ABŞ dollarının, 2016-cı 28 yanvar tarixli 212/16NF-PK №-li kredit müqaviləsi üzrə 2455,44 ABŞ dolları əsas, 715,81 ABŞ dolları hesablanmış faiz olmaqla cəmi 3171,25 ABŞ dollarının tutulması, 445 000 manat dəyərində qiymətləndirilmiş Cavabdeh tam mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzazə qəsəbəsi, Əhmədov Elman küçəsindəki istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 191 kv/m yaşayış, 254.3 kv/m köməkçi sahədən ibarət 26 c nömrəli fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan 72 000 manat dəyərində qiymətləndirilmiş Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən 588 d saylı bağ evinin və bağ evinin həyətyanı tikili və qurğuların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əhmədov Elman küçəsində istifadədə olan 0,02572 ha torpaq sahəsində yerləşən 2 mərətbəli, 6 otaqlı, 191 kv/m yaşayış, 254.3 kv/metr köməkçi sahədən ibarət 26 C nömrəli yaşayış evindən Cavabdeh çıxarılması, f ərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində istifadədə olan 0,01191 ha torpaq sahəsində yerləşən bağ evindən istifadə hüququna xitam verilməklə X1 oradan çıxarılması, fərdi yaşayış evinin və onun tərkibindəki həyatyanı tikili və qurğuların boşaldılması, 245 (iki qırx beş) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

4. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 442, 445.1, 448.1, 449.1, 741-ci və “İpoteka haqqında” Qanununun 36, 39.3.3, 59.3 və 59.4-cü maddələri nə istinad etmişdir.

5. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir.

6. Birinci instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 22.10.2020-ci il tarixli, 2(103)-7600/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2020 nömrəli, 24 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətl ərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

9. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 1500 ABŞ dolları müəyyən etməkdə haqlı olmuşdur. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki, tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzə rdə tutmur.

10. Apellyasiya Məhkəməsi cavabdehin apellyasiya şikayətində irəli sürdüyü – faiz və cərimə borcunun tutulması hissələri üzrə dəlilləri formal mülahizə kimi qiymətləndirmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən əlavə ekspertiza keçirilmədən, ipote ka ilə yüklü edilmiş əmlakın mövcud bazar qiymətləri müəyyənləşdirilmədən əmlakın açıq hərraca çıxarılması qət edilmiş edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kassasiya baxışının predmetini fərdi yaşayış evinin və bağ sahəsinin qiymətlərinə dair hissə təşkil edir.

29. Kassasiya kollegiyası qeyd edir ki, cavabdeh həmin hissəni apellyasiya qaydasında mübahisələndirmədiyindən, həmin hissə apellyasiya instansiyası məhkəməsinin baxış predmeti olmamışdır.

30. Halbuki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Beləliklə, kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılma aparılmadığından, kassasiya instansiya məhkəməsinin də həmin hissəni işə baxmanın hədlərini aşaraq yoxlamaq səlahiyyəti yoxdur.

32. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7600/2020 nömrəli, 22.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar