Məhkəmə qərarları › İş №2(102)-5388/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5388/2019

07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5388/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli 2(103)3899/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-271/2018) İddiaçı ASC-nin cavabdehlər “N” firmasına və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcu n tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bankın Lənkəran filialı ilə “N” firması arasında 17 avqust 2005-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən firmaya illik 7 faiz olmaqla 5 il müddətinə 93.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bankın ipotek a hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin avqust ayında bank firmaya və ipoteka qoyan Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “N” firmasından kredit borcuna görə cəmi 136.093 manatın tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus fərdi yaşayış evinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məluma tlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə kredit borcunun tutulması tələbinin rədd edilməsinə dair hissədə ləğv edilərək iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Apellyasiya instansiyası məhkəməsi bankın iddia tələbinin rədd olunmasını əsaslı sayıb birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməklə məhkəməyə müraciət olunmasını, iş üzrə Cavabdeh2 tərəfindən isə iddia müddətinin tətbiqi barədə ərizə verilməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə qismən qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflərin tələb və öhdəliklərini müəyyən edən kredit müqaviləsi 17 avqust 2005-ci il tarixdə bağlanmış və müqavilənin müddəti 5 il müəyyən olunmuşdur. Lakin borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb bank tərəfindən 2017-ci ilin avqust ayında qaldırılmışdır. Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (372.1.) Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (372.2.) Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin tətbiqinin mümkünlüyünü müəyyən edən Mülki Məcəllənin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İşdən görünür ki, kredit müqaviləsi üzrə borclu “N” firmasının nümayəndəsi işə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən iştirak etməmiş və məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. İpoteka qoyan Cavabdeh2 tərəfindən müddətin tətbiqi barədə ərizə isə borcluya münasibətdə iddianın müddətin ötürülməsi səbəbindən rədd edilməsi üçün əsas verməmişdir. Məhkəmə instansiyaları tərəfindən gəlinmiş nəticəyə görə isə cavabdeh “Fərid-95” firması dəfələrlə tələb edilməsinə baxmayaraq banka olan kredit borcunu ödəməmişdir. Borclu tərəfindən müddətin tətbiqi barədə ərizə verilmədiyi üçün kollegiya hesab edir ki, məhkəmə belə vəziyyətdə borcun ödənilməməsi barədə gəldiyi nəticəyə uyğun olaraq qətnamə qəbul etməli idi. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə kredit borcunun tutulması tələbinə dair hissədə maddi və prosessual hüquq normalarının pozulma sı ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 mart 2019-cu il tarixli qətnaməsi İddiaçı ASC-nin cavabdeh “N” firmasına qarşı kredit borcunun tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin. Həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar