Məhkəmə qərarları › İş №2(102)-539/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-539/2019

14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İş № 2(102)-539/2019 Bakı şəhəri 14 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X13, cavabdehlər X9, X10 və Cavabdeh2 və onların vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(105)335/2018 nömrəli qətnaməsindən cavabdehlər X9, X10 və Cavabdeh2 kassasiya ş ikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Məmmədov) 13 mart 2017-ci il tarixli, 2(060)-3485/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X9 ilə “xxxx Bank Olmayan Kredit X5 Cəmiyyəti arasında imzalanmış 25 dekabr 2014-cü il tarixli SUMG11313-6355 saylı kredit müqaviləsinə xitam verilməsi, X3, X4 və Cavabdeh2 müştərək qaydada, 38.980 (otuz səkkiz min doqquz yüz səksən) ABŞ dolları 78 sent əsas borc, 10.052 (on min əlli iki) ABŞ dolları 07 sent faiz borcu və 53 (əlli üç) ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 49.086 (qırx doqquz min səksən altı) ABŞ dolları 18 sent və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 51 (əlli bir) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin “xxxx” BOKT MMC-nin xeyrinə tutulması, tutmanın X6 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 19/27 nömrəli evin 68 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 19/27 nömrəli evin 68 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 (əlli min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan pul vəsaitinin X9, X10 və Cavabdeh2 "xxxx” Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin X6 qaytarılması, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 19/27 nömrəli evin 68 nömrəli mənzilin hərracdan satıldıqdan bir ay sonra boşaldılması və həmin mənzildə yaşayan şəxslərin məcburi qaydada çıxarılmaları qət edilm işdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Ə.Abbasov, Ş.R.Abasov və T.Q.Məmmədov) 04.09.2018-ci il tarixli, 2(105)-335/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2017-ci il tarixli qətnaməsi X3, X4 və Cavabdeh2 müştərək qaydada 10052 (on min əlli iki) ABŞ dolları 07 sent faiz borcu tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər X3, X4 və Cavabdeh2 müştərək qaydada faiz borcu üzrə 8.981,97 (səkkiz min doqquz yüz səksən bir dolar doxsan yeddi sent) ABŞ dolları pulun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 45 (on) manatı iddiaçıdan, 100 (yüz) manatı cavabdehlərdən alın araq dövlət büdcəsinə aşağıdakı Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməsi qət edilmişdir. Cavabdehlər X9, X10 və Cavabdeh2 və onların vəkili X7 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. 14 yanvar 2019-cu il tarixdə məhkəmə iclasında iddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi X13 və cavabdehlər X9, X10 və Cavabdeh2 məhkəmə kollegiyasına barışıq sazişi təqdim etmişdirlər. Barışıq sazişindən göründüyü kimi, tərəflər mübahisənin həlli üzrə aşağıdakı qaydada razılaşmışlar: 1.1 Tərəflər cavabdehlərin 25 dekabr 2014-cü il tarixli SUMG-11313-6355 saylı Kredit Müqaviləsi üzrə iddiaçıya olan ümumi borc məbləğini 14 yanvar 2019-cu il tarixinə 48 081 (qırx səkkiz min səksən bir) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Göstərilən 48 081 (qırx səkkiz min səksən bir) ABŞ dolları məbləğində borcun 15 000 (on beş min) ABŞ dolları təşkil edən hissəsi, bu saziş imzalanan gün, qalan 33 081 (otuz üç min səksən bir) ABŞ dolları təşkil edən hissəsi isə 2019-cu ilin fevral ayından başlayaraq altmış təqvim ayı ərzində, hər təqvim ayı ən azı 550 (beş yüz əlli) ABŞ dolları olmaqla cavabdehlər tərəfindən birgə qaydada iddiaçıya qaytarılmalıdır. 1.1. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək həyata keçirilməlidir. 2.1 Bu Saziş bağlandığı andan 2024-cü ilin fevral ayının sonunadək cavabdehlər tərəfindən, hər təqvim ayı ən azı 550 (beş yüz əl li) ABŞ dolları qaytarmaq şərtilə, iddiaçının xeyrinə cəmi 48 081 (qırx səkkiz min səksən bir) ABŞ dolları qaytarılacağı halda, cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri icra olunmuş hesab olunacaq. 3.1 Bu Saziş imzalandığı tarixdən etibarən 48 081 (qırx səkkiz min səksən bir) ABŞ dolları və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 32.00 (otuz iki) manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30.00 (otuz) manat dövlət rüsumu qaytarıldıqdan sonra cavabdehlərin 25 dekabr 2014-cü il tarixli SUMG-11313-6355 saylı Kredit Müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh2 Bəhruz oğluna məxsus olun, Sumquyıt şəhəri, 4-cü mikrorayon, 19/27 s aylı binanın 4-cü mərtəbəsində yerləşən 56.38 kv.m ümumi, 42.57 kv.m yaşayış və 13,81 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 68 nömrəli mənzil) ipoteka ilə yüklülükdən azad ediləcək və 25 dekabr 2014-cü il tarixli SUMG-11313-6355+SUMG1-İ 1314 saylı Zaminlik Müqaviləsi ləğv ediləcəkdir. 4.1 Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən aylıq 550 (beş yüz əlli) ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi, yəni cari təqvim ayında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 4.2 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.2.1 Cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 48 081 (qırx səkkiz min səksən bir) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur; 4.2.2 Tutma ipoteka predmeti olan X8 məxsus olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 19/27 saylı binanın 4-cü mərtəbəsində yerləşən 56.38 kv.m ümurni, 42.57 kv.m yaşayış və 13,81 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 68 nömrəli mənzilə yönəldilir, mənzil, ilkin satış qiyməti tərəflərin razılığı ilə 45 000 (qırx beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılınası ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir; 4.2.3 İpoteka predmetinin və girov əşyalarının satışından əldə olunmuş pul vəsaiti bu sazişin 3.1 - ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmadığı halda çatışmayan məbləğ cavabdehlərin digər gəlirləri, onlara məxsus olan digər daşınar və daşınmaz əmlaklar hesabına ödənilir. 4.2.4 ABŞ dollarının ($) Azərbaycan Respublikası ərazisində alğı-satqı məzənnəsi 1 ABŞ dolları=1.80 (AZN) (bir manat səksən qəpik) yuxarı olarsa tərəflər ödənilməmiş borc məbləğini 1 ABŞ dolları=1,80 (AZN) (bir manat səksən qəpik) olmaqla yenidən hesablaycaqlar. 5.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzr ə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olduğundan, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı idd iadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eləcə də həmin Məcəllənin 261.0, 261.0.5-ci maddələrində nəzərdə tutulmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu sazişi məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müva fiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, tərəflərin barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin və cavabdehlər X9, X10 və Cavabdeh2 barışıq sazişi qərardadın əsaslandırılmış hissəsində göstərilmiş məzmunda təsdiq edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 04 sentyabr 2018-ci il tarixli, 2(105)335/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin i craatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sədrlik edən: Sənan Hacıyev Hakimlər: Qürbət Əsgərov Elşanə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar