Məhkəmə qərarları › İş №2(102)-539/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-539/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə faiz ödəmək öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5364/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ba kı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-2707/2018 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196,1 m2 olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri, yəni «Podratçı» aşağıdakı tikinti-quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnmiş, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) qur aşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4474/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunması, İddiaçı C avabdeh MTK-ya qarşı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 m2 olan mənzillə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216.000 manat (72 ay x 3000 manat) əldən çıxmış gəlirin və 72.000 manat mənəvi ziyanın (72 ay x 1000 manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 20212-ci il tarixli müqavilənin və 26 aprel 2012-ci il tarixli, 192 saylı kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqavilənin və 26 aprel 2012-ci il tarixli, 192 saylı kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 108.643 manat məbləğində pulun tutulması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)5691/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün 66.489,5 manat maddi zərərin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzilin hər 1 kv.metr üçün 707 manat, cəmi 138.643 manat pulu payçı kimi Cavabdeh MTK-ya 6 ay müddətində ödəməyi, Cavabdeh MTK isə həmin mənzili tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsurs uz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməklə, binanın bütün dəmir-beton və hörgü suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanı fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyalarının quraşdırılması, məhəllənin mühafizə zola ğının yaradılması, ərazinin abadlaşdırılmasını üzərinə götürmüşdür. Müqavilə üzrə tərəfindən ödənilmiş 138.643 manat pul vəsaiti Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş və bu barədə ona 192 saylı, xx.xx.2012-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyinə baxmayaraq Cavabdeh MTK ötən 6 ildən artıq müddət ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2-ci bəndində göstərilən, yuxarıda qeyd edilən işləri görməmiş, binada yaşayış üçün zəruri olan şəraiti yaratmamış, mənzili ona təhvil verməmiş, mənzilin təmir işlərinə başlamağa icazə verməmişdir. Bununla bağlı iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.A.Bağırov 2(009)-2707/2018) iddia qismən təmin edilmişdir. ünv an 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri yəni, ‘'Podratçı" aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmirbeton və hörgü, suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəb əkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmiş, iddiaçı “Mars-A" Mənzil Tikinti Kooperativinin iddiaçıya qarşı «müqavilənin ləğvi, ödənilmiş məbləğin qaytarılması» barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn: 2(103)-4474/2019) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Mars-A" MTK-nın apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixl i qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzillə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72ayX3000manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72ayX1000manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutular aq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmişdir. İddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqli iddiası təmin edilmiş, İddiaçı ilə "Mars-A” MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, "xxxx" MTK-dan İddiaçı xeyrinə 108.643 manat (yüz səkkiz min yüz qırx üç ) manat məbləğində pulun tutulması qət edilmişdir. Bu qərar Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli. 2(102)- 5691/2019 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Məhkəmə araşdırmaları ilə sübuta yetirilmişdir ki, cavabdeh 26 aprel 2012-ci il tarixdən 108.643 manat vəsaiti özündə saxlamaqla ona zərər vurmuşdur. 2012-ci ildən sonra manat bir neçə dəfə devalvasiyaya uğramış, dəyərdən düşmüşdür, qiymətlər bir neçə dəfə artmışdır. Cavabdeh isə bu vəsaiti hələ də qaytarmamış, məhkəmə qərarını da icra etməmişdir.

6. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyinə əsasın Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunmişdur: xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108.643,00 (AZN)+19.7%=21.402,67 manat; xx.xx.2012-ci ildən xx.xx.2021-ci il tarixə - 108.643,00 (AZN)+57,8%=62.795,65 manat.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) xx.xx.2022-ci il tarixli, 2(009)-133/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 21402,67 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş 108.643 manat məbləğin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2022- ci il tarixə hesablanmalı cari dəyəri 21.402,67 manat (108.643,00(AZN)+19.7%) təşkil edir.

9. Cavabdeh iddiaçıya məxsus 108.643 manat pulu qanunsuz olaraq özündə saxladığı üçün bu müddətə uyğun olaraq iddia tələbi qismən təmin olunmalı və gecikdirməyə görə iddiaçıya dəymiş 21.402,67 manat məbləğində maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

10. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 449-cu maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şika yəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, 108643 manat pul 26 aprel 2012-ci il tarixdən cavabdehin istifadəsində qalmışdır. Lakin hesablama bu zamandan olmamışdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108643,00 (AZN) + 19.7 % = 21.402,67 manat; xx.xx.2012-ci ildən xx.xx.2021-ci il tarixə - 108643,00 (AZN) + 57,8 % = 62.795,65 manat. Bu na baxmayaraq məhkəmə buradakı aşağı məbləği əsas götürərək qətnamə qəbul etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi) N.Ş.Cəfərov və X.Ə.Sarıyev) 2(103)-5364/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş ekspertizanın rəyində hesablanmış məbləğin aşağı həddini tutması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin qeyd edilən tələblərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5691/2019 saylı qərarının qəbul edildiyi tarixdən başlanaraq 108.643 manat pul vəsaitinə görə faizin hesablanması qənaətinə gələrkən haqlı olmuşdur.

15. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1.-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçının 108.643 manat pulu 26 aprel 2012-ci il tarixindən cavabdehin istifadəsində qalmışdır. Hesablama isə Ali Məhkəmənin qərarının elan edildiyi xx.xx.2019-cu il tarixindən olmuşdur. Cavabdeh MTK İddiaçı məxsus olan 108.643 (bir yüz səkkiz min altı yüz qırx üç) manat puldan 26 aprel 2012-cı ildən tarixindən 2022-ci ilin mart ayına qədər faydalanmışdır. Məhkəmə qanunsuz olaraq məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyindəki aşağı məbləği əsas götürərək qətnamə çıxarmışdır. İddiaçının tələbi pulun verildiyi 26 aprel 2012-ci il tarixindən olan Mərkəzi bankın elan etdiyi faiz uçot dərəcəsi ilə hesablanmış kompensasiya məbləğidir. Lakin Bakı Apellyasiya məhkəməsi tələbi nəzərə almamış və ekspertiza təyin etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanu nsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

29. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələ binə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. Belə ki, iddiaçı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xeyrinə tutulan 108.643 manat pulun cavabdeh tərəfindən vaxtında ödənilməməsinə görə xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün 66.489,5 manat maddi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan 449-cu maddəsinə istinad etmişdir.

35. İşə mahiyyəti üzrə baxmış məhkəmələr qətnamələrində həmin normanı qeyd etsələr də, cavabdehin ödəməli olduğu pul məbləğini tələb edilən dövr üzrə bank uçot dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdi rilmiş istehlak qiymətləri indeksi faizlərinə əsasən müəyyən etmişlər. Bundan əlavə, gecikdirmənin tarixini iddiaçının tələb etdiyi xx.xx.2012-ci il tarixdən deyil, xx.xx.2019-cu ildən hesablamışlar.

36. Kollegiya əvvəlcə onu qeyd edir ki, məhkəmələr pul məbləğinin faizini istehlak qiymətləri indeksinə əsasən müəyyən olunmasını hər hansı maddi hüquq norması ilə əsaslandırmamışlar.

37. Məlum olduğu kimi, ödənilməli pul məbləğlərinin indeksasiyası Mülki Məcəllə ilə deyil, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər (§ 28-2 9).

38. Göründüyü kimi, ödənilməli pul məbləğlərinin indeksasiyası ayrıca iddia tələbi üzrə məhkəmə qətnaməsi ilə deyil, məhkəmə aktının icrası zamanı tərəfin ərizəsi üzrə qərardadla həll edilir.

39. Odur ki, məhkəmələr hazırkı iddia tələbi üzrə pul məbləğinin faizini istehlak qiymətləri indeksinə əsasən hesablamaqda haqlı olmamışlar.

40. Belə ki, iddiaçı, 108.643 manat pulun geri qaytarılması öhdəliyinin cavabdeh tərəfindən vaxtında icra edilməməsinə görə qeyd olunan məbləğin bank uçot dərəcəsi ilə faizinin tutulmasını istəyir.

41. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (məsələn, pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi əsa slarından biri də Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslardır (§ 19-20).

42. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (§ 21-22).

43. Belə olan halda, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsasını müəyyən etməli, irəli sürülmüş tələbin həmin normanın dispozisiya şərtlərinə uyğunluğunu (uyğunsuzluğunu) yoxlamalıdır. Əgər tələbin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) rədd edilir.

44. İddiaçının əsaslandığı Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-c u maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

46. Odur ki, hazırkı işdə əvvəlcə iddia tələbinin Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğunluğu tərəflərin təqdim etdikləri sübutlar əsasında yoxlanılmaqla ona hüquqi qiymət verilməlidir.

47. Kol legiya onu da vurğulayır ki, tərəfin bildirməsindən asılı olmayaraq, iddianın düzgün həlli üçün hüquq normalarını tətbiq etmək məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.

48. Odur ki, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi də nəzərdən keçirilə bilər. Həmin normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

49. Göründüyü kimi, kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbl əğ tələb edə bilmədiyi halda pul məbləğinin ödənilməsini gecikdirən borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək vəzifəsi qanunda nəzərdə tutulmuş öhdəlikdir və bu öhdəlik hər hansı şərtdən asılı edilməmişdir.

50. Odur ki, kreditor, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borcludan pul məbləğinin gecikdirildiyi dövr (vaxt) üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, gecikdirmə dövrü dedikdə, pulun ödənilməsinə dair təkcə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən sonrakı müddət deyil, vəsaitin borcluda qanunsuz şəkildə saxlanıldığı bütün müddət nəzərdə tutulur.

51. Buna baxmayaraq məhkəmələr iddiaya bu normanın tətbiqini də müzakirə etməmişlər.

52. Qeyd edilənlər iş üzrə maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulduğuna dəlalət edir (§ 25-27).

53. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5364/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar